Eurochannel - Wikipedia
Eurochannel (Evrokanal) — 1994-cü ildə ilk dəfə olaraq Braziliyada "Abril" qruppası tərəfindən yaradılan kabel və peyk televiziya kanalı. 2000-ci ildə isə kanal Multi Thematiques Inc. (Canal + Group və Vivendi) tərəfindən alındı. 4 il sonra kanal "Noos" şirkətinin ilk direktoru Qustavo Vaynşteyn (fr. Gustavo Vainstein) tərəfindən alınıb.
Evrokanal | |
---|---|
Ölkə | Fransa |
Yayım ərazisi |
Rusiya Fransa ABŞ İspaniya Portuqaliya Polşa Serbiya Cənubi Koreya Qazaxıstan |
Baş qərargah |
ABŞ Braziliya |
Yaranma tarixi | 1994-cü il |
Şüar | "Avropada ən yaxşısı" |
Sayt | eurochannel.com/ru/ |
Vikianbarda əlaqəli mediafayllar |
Evrokanal
redaktə- "Evrokanal" bütün dünyada zəngin bir Avropa mədəniyyətini və həyat tərzini təşviq etmək üçün nəzərdə tutulmuşdur. O, 24 saat ərzində yalnız Avropa proqramlarını altyazılarla orijinal versiyada yayımlayır. Hal-hazırda 200-dən çox kabel və peyk provayderləri "Evrokanal"ı təklif edir.
- "Evrokanal" öz verilişlərini ispan və portugal altyazıları ilə bütün Latın Amerikasında, Kanadada və Karib dənizi ölkələrində yayımlayır.
- 25 ölkədə 25 milyona yaxın insana çatan 10,5 milyondan çox evdə mövcuddur.
- "Evrokanal" yayıma filmlər və seriallar, eləcə də moda və incəsənətlə bağlı proqramlar təklif edir.
- 30 aprel 2008-ci ilə qədər ABŞ-da da "Evrokanal" televiziya kanalı mövcud idi.
- 2009-cu ilin iyul ayında Evrokanal abunəçiləri üçün jurnala buraxılış : Evrokanal rəhbərliyi. "Evrokanal Rəhbərliyi" hər ay web saytda mövcuddur.
Evrofilm
redaktəAyda 70-dən çox, həftədə isə 3 yeni film yayımlamaqla, kanal sizə : Penelope Cruz, Antonio Banderas, Gerard Depardye, Catherine Deneuve, Marcello Mastroianni, Monika Bellucci, Olivier Martinez, Geraldine Chaplin, Enthony Hopkins və başqaları kimi ən məşhur Avropa aktyorları ilə tanışlığa imkan yaradır.
- Dövrlər: Bir mövzu ətrafında 1 rejissorun, aktyor və aktrisanın 4 filmi.
- Bədii və ya sənədli filmləri ümumiləşdirən aktyora, aktrisaya, rejissora və ya xüsusi bir mövzuya həsr olunmuş tematik axşamlar.
- Avropa kinosunun ən məşhur şəxsiyyətlərinə həsr olunmuş nostalji axşamlar.
- Mini-seriallar: "Balzak:ehtiras həyatı" — baş rollarda: Gerard Depardye, Fanny Ardant, Jeanne Moreau, Virne Lise; "Nur uşaqları" — baş rollarda: Natalie Bai; "Rastinyak" — baş rollarda: Jocelyn Quivrin və Flannan Obé; "Səfillər" — baş rollarda: Gerard Depardieu, Jeanne Moreau və John Malkovich; "Su aynası" — baş rollarda: Lin Reno və Cristiana Reali.
Evroseriallar
redaktə- Office — Britaniya serialı. Bu realiti-şou bütün gününü ofisdə keçirən şəxslərə məlum olan reallıq əsasında çəkilib. 2004-cü ildə serial "Ən yaxşı teleserial-komediya" və "Teleserial-komediyada ən yaxşı aktyor fəaliyyəti" nominasiyalarına görə "Qızıl Şar" mükafatına layiq görülüb.
- Coupling — Gündəlik həyatda Londonun ictimai yerlərində görüşüb istirahət etmək istəyən dostların həyatından, münasibətindən bəhs edən qısa və gülməli serial — komediya.
- Cendre — Ortopedik klinikada dəlisov professor Ştraus tərəfindən baş verən hadisələrlə dolu bir fransız komediyası.
- Manchild — 30 yaşında ümidsiz şəkildə öz gəncliyinə dönmək istiyən 4 dostun şəxsi xəyallarını təsvir edən yumoristik serial.
- Venera and Apollon — serial "Venus Beauté" filmi əsasında çəkilib. Rahat və sakit bir gözəllik salonunda kişilər və qadınlar bir-birini izləyir, bir-birinə təsəlli verir, bir-birlərinə sirlərini açır, arzulayır və sevgi etiraf edirlər.
- Göyün yeddinci qatı (2005) — "RTBF" tərəfindən çəkilən Belgiya serialı jurnal redaktorlarının həyatından, işindən, eləcə də onların bu işdə əldə etdiyi uğurlardan, rastlaşdığı çətinliklərdən bəhs edir.
- Bizim kimi insanlar (1999) — bu Britaniya serialında hadisələr "bizim kimi" adi insanlar haqqında filmlər hazırlamaq üçün İngiltərəyə gələn istedadlı tədqiqatçı, baş qəhrəman — Roy Mallardın ətrafında cərayan edir.
- Burn it (2003) — Britaniya serialı.
- Fans United (2005) — Britaniya serialı.
- High Times (2004) — Şotland serialı.
- Mopassan əsri. XIX yüzilliyin povest və hekayələri. — Fransız teleserialı — Fransa 2 telekanalının antologiyası
(2007–2011) — XIX əsr fransız ədəbiyyatının tanınmış və az tanınmış klassiklərin (Guy de Maupassant, Viktor Hugo, Honore de Balzac, Emile Zola, Anatole France, Octave Mirbeau, Jules Renard, Emile Gaborio, Gaston Leroux və s.) əsərlərinin ekranlaşdırılmış versiyasını görmək imkanı verir. Ədəbi mənbələrə əsaslanaraq çəkilən seriallar isə özündə XIX əsr Fransa atmosferini əks etdirir. Bu seriallar tamaşaçılar üçün Fransız rejissorluq məktəbinin — Claude Chabrol, Jacques Santamaría, Jacques Ruffio, Laurent Einemann, Gerard Jourdouis, Denis Malval, Marc Rivière, Olivier Szatzky, Jean-Daniel Verhak, Philippe Beranger, Philippe Monnier və s. kimi tanınmış ustaların böyük rejissorluq işlərini görməyə imkan yaradır. Həmçinin, bu seriallarda izləyicilər Jean Rochefort, Cecile de France, Marie-Anne Chazel, Ann Pario, Philip Torreton kimi aktyorların fəaliyyətini görüb Marie Kremer, Tom Chabrol, Ana Girardot, Julien Rochefort, Marie Denarno, Jeremy Renier, Marianne Basle kimi fəaliyyətə təzə başlamış aktyorların işləri ilə də tanış ola bilərlər.
Evromusiqi
redaktəAvropa pop musiqisi haqqında xüsusi reportajlar, konsertlər, müsahibələr, videolar, sənədli filmlər, eləcə də qruppalar və müğənnilər haqqında xəbərlər: U2, Sting, Paul McCartney, Alejandro Suns, Oasis, Fatboy Slim, Coldplay, Craig David, Elton John, Blur, Stereophonics, Rolling Stones,The Chemical Brothers, Robbie Williams, Radiohead, Texas, Jamiroquai, Bjork. Hər bazar konsert və ya "xüsusi proqram" yayımlanır.
Evrosəyahət
redaktə"Evrokanal" Avropanın ən gözəl və qeyri-adi yerlərini, turist marşurutlarını, yaşayışlarını, mağaza və restoranları, tədbirləri öyrənməyə kömək edəcək verilişləri təqdim edir.
Evromoda
redaktəModa aləmində ən məşhur dizaynerlərdən ən son tendensiya və məlumatlar: Giorgio Armani, Christian Dior, Valentino, Jean-Paul Gautier, Gianni Versace, Karl Lagerfeld, Stella McCartney, Alexander McQueen, Vivienne Westwood, Dolce & Gabbana, Issei Miyake, Julien MacDonald, John Galliano…
- Ən məşhur dizaynerlərin portretləri
- Müsahibə
- Dəblə bağlı ən son şou-proqramlar
- Moda dünyasının ən məşhur şəxsiyyətləri haqqında sənədli film
- Həyat və tendensiya tərzi
Evrojurnal
redaktəEvrojurnal öz sahəsində bütün dünyaya tanış olan insanlar haqqında bir çox verilişlər təqdim edir: şou-biznes, moda, memarlıq, fotoşəkil, dizayn, mədəniyyət və ya ədəbiyyat, misalçün: Peter Lindbergh, Philippe Starke, Cartier, Monet, Edith Piaf, Garcia Lorca haqqında. Ticarət mərkəzləri haqqında "Harrods" və "Le Bon Marché" adlı sənədli filmləri, eləcə də Michael Caine, Hugh Jackman, Heather Mills ilə müsahibələri nümayiş etdirir.