Epik Lirik Janr - Wikipedia
Epik-lirik janr — Ədəbiyyatşünaslıqda buna qarışıq janr (epik və lirik) da deyilir.
Məzmun
redaktəElə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir.
Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur. Hadisələrin epik təsviri üstünlük təşkil edən əsər epik-lirik əsər adlanır. Məsələn, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması epik-lirik əsərdir.
Əsərdə lirika təhkiyəyə nisbətən üstünlük təşkil etdikdə o lirik-epik əsər adlanır. Məsələn, Mirzə Fətəli Axundovun "Puşkinin ölümü haqqında şərq poeması", Səməd Vurğunun "Bəsti" əsərlərində lirika, sənətkarın hiss-həyacanlarının, duyğularının ifadəsi daha qüvvətli olduğundan, onlar lirik-epik poemalardır.
Şifahi xalq yaradıcılığı janrlarından olan dastan da özünəxas xüsusiyyətləri etibarilə epik-lirik növə daxildir.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX-XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı, "Maarif", 2002. səh.93-94