Edik Bagdasaryan - Wikipedia
Edik Bağdasaryan[1] (həmçinin, Baqdasaryan;[2] erm. Էդիկ Բաղդասարյան; 7 dekabr 1962, Şuşa, DQMV) — Ermənistan araşdırmaçı jurnalisti. O, Ermənistanda hökumətin korrupsiyasını ifşa edən hekayələri ilə tanınmışdır. Bağdasaryan Ermənistan Araşdırmaçı Jurnalistlər Assosiasiyasının rəhbəri və Ermənistanın yeganə araşdırmaçı jurnalistika qəzeti olan "Hetq"in redaktorudur.[3] O, Ermənistanın paytaxtı İrəvan şəhərində yaşayır.[4]
Edik Bağdasaryan | |
---|---|
erm. Էդիկ Բաղդասարյան | |
Doğum tarixi | 7 dekabr 1962 (62 yaş) |
Doğum yeri |
|
Uşağı | 2 |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, insan hüquqları fəalı, yazıçı |
Həyatı
redaktəEdik Bağdasaryan 7 dekabr 1962-ci ildə Azərbaycan SSR-də, DQMV-nin bir hissəsi olan Şuşa şəhərində anadan olmuşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış, sonradan təhsilini Moskva Dövlət Universitetində telejurnalistika ixtisası üzrə davam etdirmişdir.[5] Bağdasaryan 2006-cı ildə Ermənistanın ən güclü biznesmeni hesab edilən Qaqik Tsarukyanı tənqid edən məqalədən sonra e-poçt vasitəsilə təhdidlər almışdır. E-poçt məktub müəllifinin "kral" adlandırdığı Tsarukyanı narahat edən hər kəsi öldürməklə hədələmişdir.[6]
Bağdasaryan 17 noyabr 2008-ci ildə zorakı hücumun hədəfinə çevrilmişdir. Onun fikrinə görə, bu, onun reportajları ilə bağlı idi.[3][7] O, axşam saat 20:00-da İrəvan şəhərinin mərkəzindəki ofisindən çıxandan az sonra park edilmiş avtomobilinə minərkən üç naməlum şəxs tərəfindən pusquya salınaraq döyülmüşdür. Bağdasaryan hücumun səbəbsiz olduğunu və hücum edənlərin ondan konkret heç nə tələb etmədiyini bildirmişdir.[3] İki nəfər ona hücum edərək ağır zərbələr endirmiş, üçüncü şəxs isə iri əşya ilə başının arxasına vurmuşdur. Hücumçular bu zərbədən sonra huşunu itirən Bağdasaryanın paltarının bir hissəsini çıxararaq onu yarıçılpaq vəziyyətdə buraxmışdılar.[8] Mübahisə nəticəsində yaxınlıqdakı tikinti sahəsinin təhlükəsizlik işçisi havaya atəş açdıqdan sonra hücum edənlər qaçmışdılar. Bağdasaryan xəstəxanaya yerləşdirilmiş və kəllə-beyin travması aldığı ortaya çıxmışdır.[3]
Bağdasaryan 2008-ci ilin sentyabrında Norveçdə keçirilən Qlobal Jurnalistika Araşdırmaları Konfransında Ermənistanın keçmiş təbiəti mühafizə naziri Vardan Ayvazyanın əsasən qızıl və polimetal sahələrində fəaliyyət göstərən mədənləri ondan artıq qohumunun adlarına bölüşdürməsi və beləliklə bir sıra qanunları pozmasını tədqiq edən "Nazir və mədən sektoru" silsilə məqalələrinə görə 2008-ci ildə "Qlobal Parlaq İşıq" mükafatını qazanmışdır.[9][10][11]
İstinadlar
redaktə- ↑ ""Müdafiə nazirini çıxarmaq çox azdır, qərargah rəisini həbs etmək lazımdır" - Bağdasaryan". aqreqator.az.[ölü keçid]
- ↑ "Erməni redaktordan çağırış: Qarabağa geri dönməyin". Axar.Az. 24 noy 2020. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ 1 2 3 4 Investigative Journalist Attacked in Yerevan Arxivləşdirilib 2023-03-24 at the Wayback Machine, Armenia Liberty (RFE/RL), November 18, 2008.
- ↑ "Edik Baghdasaryan Archives". Nieman Reports. 2020-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ "Edik Baghdasaryan | POLICY FORUM ARMENIA". www.pf-armenia.org. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ Siranuysh Gevorgyan. "Pressing the Press: Recent incidents against journalists draw media response". Human Rights. ArmeniaNow.com. July 28, 2008. 2011-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-14.
- ↑ Sara Khojoyan. "Ambushed: Investigative journalist becomes victim of violent attack". News. ArmeniaNow.com. November 14, 2008. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-14.
- ↑ "Assault on Edik Baghdasaryan". Social. www.a1plus.am. November 17, 2008. 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-14.
- ↑ Marianna Grigoryan. ""We're not in Norway any more Toto": A revealing comparison of journalism in the No.1 country for freedom of speech, and the 77th". Features. ArmeniaNow.com. October 10, 2008. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-14.
- ↑ One of the International Investigative Journalism Prizes went to Edik Baghdasaryan Arxiv surəti 22 oktyabr 2008 tarixindən Wayback Machine saytında, Hetq Online, September 15, 2008. Arxivləşdirilib oktyabr 22, 2008, at the Wayback Machine
- ↑ "The Prime Minister Values the Work of a Reporter". Hetq Online. October 6, 2008. May 31, 2011 tarixində orijinalından arxivləşdirilib.