Daphnia Longispina - Wikipedia
Daphnia longispina (lat. Daphnia longispina) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ.
Daphnia longispina | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Yarımsinif: Dəstəüstü: Dəstə: Fəsilə: Cins: ???: Daphnia longispina |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Morfoloji quruluşu
redaktəDişi fərdin uzunluğu 1,3-4,0, erkəyinki isə 1,1-1,8 mm-dir. Dişi fərdin çanağı oval şəklindədir. Başın forması dəyişkən olur. Lateral til gözün üstündən başlayaraq küt bucaq əmələ gətirir. Rostrum çox itidir. Ön antenalar çıx qısa olub, rostrumun qurtaracağına çatmır. Üzmə antennalarının aşağı şaxəsinin içəri kənarında və yuxarı şaxəsinin birinci və ikinci buğumlarında xırda tükcüklər vardır. Abdomen çıxıntıları yaxşı inkişaf etmişdir. Onlardan yuxarıda yerləşən iki ədədi uzun, aşağıda yerləşənlər isə qismən rudiment halında olur.Postabdomen uzunsov, yuxarı kənarı düzdür, 9-20 ədəd dişciklərlə təchiz olunmuşdur. Abdomen caynaqları uzun, nazik və xırda qıllarla örtülüdür. Erkək fərddə çanaq ensiz olub, bel tərəfi hamardır. Rostrum qısa və girdələnmişdir. Ön antennaların oturacağı uzun və zəif əyilmişdr. Onun qurtaracağında estetakslar, qısa qamçı və hissedici tükcüklər yerləşir [2].
Yayılması
redaktəYer səthinin şirin sularında geniş yayılmışdır. azərbaycan ərazisində Şamaxı rayonunun Fəxrəküş və Zəligöl göllərində, İsmayıllı rayonunun su hövzələrində, Şahbuz rayonundakı Qaragöldə, Göy-göldə, Laçın rayonundakı Qazıgöldə, Ceyranbatan, Mingəçevir və Varvara su anbarlarında, Naxçıvan MR-nın Adilağa, Qaraxanbəyli, Qahabgöl, Dəstəgöl, Qanlıgöl və Batabat göllərində , Batabat və Biçənək kəndəri ətrafında olan sularda, Kür çayında, Kür ətrafı axmazlarda və göllərdə, Dəvəçi limanında, Abşeron yarımadasının bəzi şortəhər göllərində (Xocahəsən gölü, Qu gölləri)[3] [4]qeydə alınmışdır.
Bioloji və ekoloji xüsusiyyətləri
redaktəBu növ müxtəlif tipli su hövzələrində, o cümlədən şortəhər sularda yaşayır. Xəzər və Aral dənizlərinin şorluğu az olan hissələrində yayılmışdır. Çoxalma dövrü yayda başlayıb, payızın axırından başa çatır. Su anbarlarında maksimal miqdarına yayda təsadüf edilir və çoxalması iyun-iyul aylarında sürətli gedir. Yumurtalarının sayı apreldə 16, sentyabrda 12 ədəd olur. Yumurtaların inkişafı 22,8-26,6 °C-də 12 gün, 19,5-26,5 °C-də isə 14 gün dvam edir. Cinsi yetişkənliyə 5-ci mərhələdə çatır. Partenogenetik və cinsi çoxalma payızın ikinci yarısında başlayır. Evriterm növdür, temperaturu 32 °C olan sularda ona təsadüf edilir. Qidasını bakteriyalar və yosunlar (Chlorella, Melosira, Anabeana) təşkil edir. Dişi fərd 40 gün yaşayır, bu dövrdə 100 bala verir.
Azərbaycanın su sutarlarında bu növün 3 yarımnövü (D.longispina hyalina, D.longispina longispina, D.longispina caudata) qeydə alınmışdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Qasımov Ə.H. Azərbaycan faunası IV. Xərçənglər (Crustacea)// Bakı, “Elm” 1976, s. 3-160.
- ↑ Tapdıqova K.A. Abşeron yarimadasi göllərində ibtidai xərçəngkimilərin növ tərkibi və yayilmasi/Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusunda IV Beynəlxalq Elmi Konfransnın Materialları, BDU, Bakı, “CBS” mətbəəsi, 2014, s. 98-99.
- ↑ Tapdıqova K.A. Xocahəsən gölündə ibtidai xərçəngkimilərin növ tərkibi/Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Akademik elım həftəliyi Beynəlxalq Multidissiplinar Forum -2015, s.319-320.