Damali Suilani - Wikipedia
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü.
Damalı suilanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Damalı suilanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xüsusiyyətləri
redaktəAdi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur.
Həyat tərzi
redaktəDamalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar. Gecələri quruda keçirirlər. Gündüz isə balıq ovuna çıxırlar. Yumurta qoymaqla çoxalırlar. Qışı quruda keçirirlər. Qışlamadan mart-aprel aylarında qayıdırlar. Körpə balalar iyul-avqust ayları yumurtadan çıxırlar. Qışlamaya oktyabr-noyabr ayları gedirlər. Onların əsas düşməkləri yırtıcı quşlar, sürünənlər, nərə balıqları və digər zəhərli ilanlardır.
Onlar aqressiv deyillər. İnsanı görərkən ya suyun dibinə enir və ya gizlənirlər. Dişləməsi nadir hallarda baş verir. İnsan üçün heç bir təhlükəsi yoxdur. Onların xariçi görünüşü Gürzəyə oxşayırlar. Bu səbəbdən insanlar tərəfindən tez-tez öldürülürlər. İnsanların çoxu Adi gürzəni damalı ilandan ayıra bilmirlər.
Yayılması
redaktəBu növ ilanlar Cənubi Avropa, Rusiyanın cənubu, Ukrayna, Cənubi Qafqaz və Orta Asiya ərazisində yayılmışdır.
İstinadlar
redaktə- ↑ Pyron R. A., Burbrink F. T., Wiens J. J. A phylogeny and revised classification of Squamata, including 4161 species of lizards and snakes (ing.). // BMC Evol. Biol. BMC, Springer Science+Business Media, 2013. Vol. 13, Iss. 1. P. 93. ISSN 1471-2148 doi:10.1186/1471-2148-13-93 PMID:23627680
- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.