Daloa - Wikipedia
Daloa Kot-d'İvuar Respublikasının paytaxtı Yamusukronun qərbində yerləşir. Kot-d'İvuar Respublikasının ən böyük 3-cü şəhəridir. Daloa özəlliklə kakao ticarəti üçün önəmli mərkəzdir.
Daloa | |
---|---|
fr. Daloa | |
6°52′ şm. e. 6°27′ q. u.HGYO | |
Ölkə | Kot-d'İvuar |
Region | Sassandra-Marahoué |
Rayon | Daloa Departmanı |
Tarixi və coğrafiyası | |
Sahəsi | 1.080 km 2 (420 sq mi) |
Mərkəzin hündürlüyü | 299 m (981 fit) |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəDaloa Kot-d'İvuarın qərbində yerləşən bir şəhərdir. Həm Sassandra-Marahoué bölgəsinin həm də Haut-Sassandra bölgəsinin mərkəzidir. Eyni zamanda Daloa departmanının mərkəzi və bir alt vilayətidir. Daloa eyni zamanda bir kommunadır. 2014-cü il əhalinin siyahıya alınmasına görə 245.360 əhalisi ilə ölkənin 3-cü böyük şəhəridir. Şəhərə Daloa hava limanı xidmət edir və Cathédrale du Christ-Roi'dəki katedralla Roma Katolik yepiskopluğuna ev sahibliyi edir.
Tarixi
redaktəŞəhər 2002-dən 2004-ə qədər davam edən Kot-d'İvuar vətəndaş müharibəsində dəfələrlə əl dəyişdirib.16 oktyabr 2002-ci ildə hökumət qüvvələrinin şəhəri ələ keçirməsindən sonra şimaldan 50 sivilin hökumət qüvvələri tərəfindən öldürüldüyü iddia edildi.Beynəlxalq Amnistisya Təşkilatı bu hadisəni bir qətliam olaraq adlandırdı və hərbi üniformalı şəxslərin Kot-d'İvuar Yurtsevər hərəkatını dəstəklədiyindən şüphələnilən insanları öldürdüyünü bəyan etti.Qurbanların müsəlman adlarına dayandırıldığı və ya Mali,Burkina-Faso və Qvineya mənşəli olduğu iddia edildi. Kot-d'İvuar rəhbərliyi bu hadisə ilə bağlı araşdırma əmri verdi,ancaq hökumət qüvvələrinin günahkar olmadığı deyildi.Bununla birlikdə heç bir ittiham gətirilmədi və Mart 2007-də prezident Laurant Gbagbo ilə üsyançı lider Guillaume Soro arasında Ouagoudaugou sülh müqaviləsi imzalandı.Bu müqavilə insanlığa qarşı işlənmiş cinayətlər,müharibə cinayətləri,iqtisadi cinayətlər və bu dönəmdə işlənən cinayətlər üçün ümumi əfv sərəncamını əhatə edirdi. Fevral 2012-də Beynəlxalq Cəza Məhkəməsi bu hadisəni araşdırmağa qərar verdi. [1]
Dil
redaktəQru şöbəsinə ait bir Niger-Konqo dili olan Bete dili danışılır.
Yaşayış məntəqələri
redaktəDaloa vilayətinin otuz dört kəndi və 2014-dəki əhalisi nunlardır:
- Balon (712)
- Daloa (245 360)
- Derahouan (3 603)
- Gbokora (1 087)
- Gogoguhé (1 206)
- Sapya (1 268)
- Tagura (1 405)
- Zaguiguia (713)
- Bekir (2 222)
- Bla (950)
- Bobua-Bahouan (4 404)
- Bolya (2 662)
- Brizeboua (6 997)
- Dagbaboua (1 274)
- Debéguhé (257)
- Digba (1 072)
- Gaboua (4 257)
- Gbalagova (864)
- Gbetitapea (917)
- Guédéguhé (605)
- Madoguhé (8 343)
- Nioboua (2 136)
- Seria (1 873)
- Tahiraguhé (Guéya) (3 513)
- Teyp (2 598)
- Tchébloguhé (2 306)
- Toroguhé-Gueya (2 453)
- Vandaguhe (952)
- Zah (1 423)
- Zekeriya (731)
- Zakoua (1 001)
- Zaragua (971)
- Zépréguhé (5 372)
- Zokoguhé-Didéguhé (3 920)[2]
Məşhurlar
redaktə- Musiqiçi Ernesto Djédjé
- Akademik siyasətci ve qısa hekayə yazarı Séry Bailly
- Tarixçi və diplomat Pierre Kipré
- Kelt futbolçusu Vakoun Issouf Bayo.
Qardaş şəhərlər
redaktəİstinadlar
redaktə- ↑ https://www.amnesty.org/en/documents/afr31/006/2002/en/ Arxivləşdirilib 2023-03-11 at the Wayback Machine Daloa qətliamları
- ↑ https://www.citypopulation.de/en/ivorycoast/cities/ Arxivləşdirilib 2023-01-24 at the Wayback Machine Kot-d'İvuar şəhərlərinin əhalisi və bölgələrinin əhalisi