Dedebaba - Wikipedia
DədəBaba - Haqqında Məlumat
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
DədəBaba — Azərbaycanda fəaliyyət göstərən və əsasən, rok üslubunda ifa edən satirik qrup.
DədəBaba | |
---|---|
Əsas məlumatlar | |
Üslub | pank-rok, rok, rok-n-roll, reqqi, ska |
Fəaliyyət illəri | 2015–indiyə kimi |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Dil | Azərbaycan |
Heyət |
|
Keçmiş üzvlər | Laçın Ağasıyev |
Qrup haqqında
redaktəDədəBaba qrupunun üzvləri 2015-ci ilin yayında bir araya gəlsə də, qrup rəsmi olaraq həmin ilin dekabrında fəaliyyətə başlamışdır. Qrupun mahnıları, əsasən, satirik xarakterli olmaqla cəmiyyətdə olan sosial problemlər haqqındadır.[1]
2018-ci ilin martında qrupun "Molotov kotleti" adlı ilk klipinin təqdimatı olmuşdur.[2]
27 may 2019-cu ildə qrupun "Buyurun, keçin, baxın" adlı 15 mahnıdan ibarət ilk albomunun təqdimatı keçirilib. Təqdimatdan sonrakı konsert zamanı qrup Niyaməddin Musayev ilə birlikdə müğənninin "Dünya sənin, dünya mənim" mahnısını ifa etmişdir.[3]
Qrup üzvləri
redaktə- Orxan Musayev — bas gitara, vokal (2015–indiyə kimi)
- Əli Nəsib — baraban (2015–indiyə kimi)
- Hafiz Baxışlı — gitara (2018–indiyə kimi)
Keçmiş üzv
- Laçın Ağasıyev — gitara (2015–2018)
İstinadlar
redaktə- ↑ "Hər kəs eyni mövzunu oxuyur, eşq gəldi, məhəbbət getdi" (rus). qaynarinfo.az. 2017-06-17. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
- ↑ ""«Molotov kotleti»: новый клип рок-группы «DədəBaba»" (az.). 1news.az. 2018-03-16. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
- ↑ ""DədəBaba" qrupunun albom təqdimatı olub" (az.). baku.ws. 2019-05-27. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.