Covanni Batista Tyepolo - Wikipedia
Covanni Batista Tyepolo, (digər adı Janbatista və ya Jiambatista Tyepolo) 1696-1770-ci illər ərzində yaşayıb, fəaliyyət göstərib. Venesiyalı rəssam, qravür ustası idi. Tyepolo Venesiya freskaçılarının son “böyük usta”sı olaraq tanınırdı.
Covanni Batista Tyepolo | |
---|---|
(İtalyanca: [dʒoˈvanːi baˈtːista ˈti̯ɛːpolo]) | |
Doğum adı | Giovanni Battista Tiepolo |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Uşaqları | 10 |
Fəaliyyəti | rəssam-qravürçü[d], memarlıq çertyojçusu[d], rəssam, qrafika ustası[d], çapçı[d], işləmə ustası, vizual incəsənət rəssamı |
Janrlar | Freska, dini rəssamlıq[d][3][4], Animalistika[4], məişət janrı[4], peyzaj[4], mifologiya rəssamlığı[d][4], Kapriççio[4], portret[4], karikatur[4] |
Stillər | rokoko[5], barokko[5] |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığı və gəncliyi (1696-1726)
redaktəJanbatista Tyepolo Venesiyada kapitan Dominiko Tyepolonun ailəsində doğulub. Bu soyad aristokrat nəslinə aid idi. Amma Dominiko aristokrat rütbəsini almaq istəmədi. Rəssam yaşadığı bölgədəki Pietro di Castello da xaç suyuna salınıb. Xaç atası Covanni Batista Dorianın adına uyğun olaraq bu adı veriblər. Tyepolonun bir yaşı olanda atası ailəsini maddi çətinliklər içində qoyaraq vəfat edir. Janbatista əvvəllər Gregorio Lazzarinin şagirdi olub. Lakin buna baxmayaraq əsərlərində dövrün yaşlı rəssamları Sebastiano Riccinin və Covanni Batista Piazettanın təsiri aydın duyulur. 19 yaşı olanda ilk böyük sifarişi- “İsanın qurban edilişi”ni tamamladı. 1717-ci ildə Lazzarinin atelyesindən uzaqlaşır. Bunun ardınca Fraglia rəssamlar birliyinə qəbul olunur. 1719-cu ildə Venesiyalı rəssamlar Frençesko və Covanni Antonio Guardilərin bacısı olan Mariya Sesiliya Guardi ilə evlənir. Onların 9 övladı dünyaya gəlir. Ancaq dörd qızı və üç oğlu yaşamını davam etdirir. Dominiko və Lorenso adlı oğulları rəssamın asistenti olur. Sonralar öz adlarıyla da tanınmağa başlayırlar. Üçüncü oğlu isə rahiblik edir.
Ilk yetkinlik işləri (1726-50)
redaktəUdinenin Frulian qəsəbəsinin aristokratlarından Dionisio Delfino qəsəbədəki kiçik kilsə və sarayın freskalarlla dekor edilməsini Tyepoloya tapşırır. Tyepolo bu şi 2 ilə tamamlayır (1726-1728). Venesiyada hazırladığı əsərləri isə Ca' Dolfinin qəbul otağına çəkdiyi antik mövzulu, zəfərləri əks etdirən freskalardan ibarət idi (1726-1729). Bütün bu işləri onun daha çox tanınmasını təmin edir. Verolanova kilsəsi, Scuola dei Carmini (1740-47) və Scalzi (1743-1744) üçün böyük tablolar, Milandakı Archinto və Casati-Dugnani Sarayları (1731), Bergamodakı Colleoni kilsəsi (1732-1733) və yenə Milandakı Palazzo Clerici (1740) üçün tavan rəsmləri çəkmişdi. Montecchio Maggiorda yerləşən “Villa Cordellini”nin dekorasiyasını hazırladı (1743-1744). “Palazzo Labia”nın hazırda televiziya studiyası olaraq istifadə edilən bal salonunu “Kleopatra'nın hekayəsi” adlı rəsmlərlə bəzədi (1745-1750).
Würzburg iqamətgahında freskalar (1750-1753)
redaktə1750-ci ildə Tyepolonun adı bütün Avropada məşhurlaşmışdı. Şahzadə Karl Filipp von Griffenklaunun dəvətilə oğlu Giandomenicoyla bərabər 1750-ci ildə Würzburga gedir. Tyepolo burada üç il yaşayır və tikintisi 1744-cü ildə tamamlanmış olan Würzburg iqamətgahının tavanında təsvirlər çəkdi. Bu freskalar dünyanın ən böyük freskaları idi. Ümumi ərazisi 677 m² olan freskalar öz maraqlı tərtibatı ilə seçilir. Bu işdə ona oğulları Giandomenico və Lorenso da kömək edir.
Venesiyaya qayıdış (1753-1770)
redaktə1753-cü ildə Venesiyaya qayıdan və işlərinə artıq həm İtalyada, həm də xarici ölkələrdə böyük tələb olduğunu görən Tyepolo, Padua Akademiyasının rəhbəri seçilir. Bəzi kilsələr üçün teatral freskalar, Chiesa della Pietà üçün “İnancın Zəfəri” adlı freskanı, Palazzo Barbarigonun tavan freskalarını, Ca' Rezzonico üçün panel freskaları çəkdi. Ayrıca Veneto çollərindəki Villa Valmarana (Vicenza) kimi aristokrat evlərinə, Stradakı Villa Pisaniyə böyük bir tavan rəsmi hazırlayır. Palazzo Labiadakı məşhur freskalarında Kleopatranın həyatı ilə əlaqədar səhnələrə yer verir. Onlardan biri “Antonio ilə Kleopatranın görüşü”, digəri isə “Kleopatranın ziyafəti” adlanırdı. Ayrıca əsas tavandakı freska “Bellerophonun Zamana Qarşı Zəfəri”ndən bəhs edirdi. Tyepolo bu işlərdə perspektiv hazırlanmasında Girolamo Mengozzi Colonna ilə məsləhətləşir. Opera əsərləri üçün səhnə tərtibatını işləməkdə olan Colonna öz freskalarını səhnədə oynanılan əsərlər əsasında qururdu. “Kleopatranın Ziyafəti”ndəki memarlıq tərtibatı bu rəssamın “Kann şəhərində toy” adlı freskasını xatırladırdı.
Madriddə kral sarayının freskaları
redaktə1761-ci ildə İspaniya kralı III Karls Madriddə yerləşən sarayının kral otağında çəkilməli olan böyük bir tavan freskasını Tyepoloya sifariş edir. Mədiyyə xarakterli bu freskanın əsas məzmunu İspaniyanın Tanrılaşması idi. Tyepolo İspaniyada olanda Anton Rafael Mengsin kəskin tənqidlərinə və paxıllığından irəli gələn bəzi rəftərlarına məruz qaldı. Tyepolo 27 Mart 1770-ci ildə Madriddə vəfat edir. Ölümündən sonra sərt neoklassisizm üslubunun inkişafı və kral mütləqiyyətinin hökm sürməsi dahi rəssamın əsərlərinin gətirdiyi stilin unudulmasına səbəb oldu. Buna baxmayaraq, onun əsərlərini bu sahənin inkişafında sonraki dövrlərdə rol oynayır.
- ↑ 1 2 Тьеполо Джованни Баттиста // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.getty.edu/vow/ULANFullDisplay?find=Giovanni+Battista+Tiepolo&role=&nation=&prev_page=1&subjectid=500018523.
- ↑ Pallucchini R. Giovanni Battista Tiepolo // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 RKDartists (nid.).
- ↑ 1 2 National Gallery of Art - Collection (ing.).