Con Carlz Polani - Wikipedia
Con Çarlz Polani (23 yanvar 1929[1][2][…], Berlin[1][3][…]) — Kanada kimyaçısı, Nobel üzrə mükafata layiq görülmüşdür.
Con Çarlz Polani | |
---|---|
Doğum tarixi | 23 yanvar 1929[1][2][…] (95 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCon Çarlz Polani 1929-cu ilin yanvarın 23-də Berlində (Almaniya) anadan olmuşdur. 1949-cu ildə Mançester Universitetini bitirmişdir. 1952-ci ildə fəlsəfə doktoru dərəcəsi almışdır. O, məşhur kimyaçı Maykl Polaninin oğludur. 1933-cü ildə ailəsi Almaniyadan İngiltərəyə, Mançesterə köçmüşdür.
1952-1954-cü illərdə Ottavada Kanada Dövlət elmi-tədqiqat şurasında işləmişdir. Eyni zamanda Herxard Xerşberqin (1971-ci ildə Nobel mükafatına layiq görülmüşdür) laboratoriyasında işləmiş, burada yod molekulunda titrəyişli və fırlanma həyəcanlanmasını yoxlamaq üçün spektroskopik qurğu yığmışdır. 1954-1956-cı illərdə Prinston Universitetində təcrübə keçmişdir. 1956-cı ildə Toronto Universitetində müəllimliyə başlamış, 1962-ci ildə professor seçilmişdir.
Əsas elmi işləri kimyəvi kinetikaya aiddir. 1960-1970-ci illərdə elementar kimyəvi proseslərin dinamikası sahəsində yeni istiqaməti inkişaf etdirmişdir.
Qeyd edək ki, elementar kimyəvi proseslərin dinamikası sahəsində işlərin əsasını onun atası XX əsrin 30-cu illərində və D.R. Herşbax 60-cı illərdə qoymuşdu.
Con Polani reaksiya məhsullarının energetik vəziyyətlərini ayrı-ayrı molekul ların olduqca zəif infraqırmızı şüalanması hesabına müəyyən etmək üsulunu işləyib hazırlamışdır. Aktivasiya səddini keçərkən reagentlərin energetik ehtiyatlarının müxtəlif rolunu müəyyən etmişdir.
Polani 1986-cı ildə “Kimyəvi elementar proseslərin dinamikası” üzrə işlərinə görə Nobel mükafatına layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://books.google.co.uk/books?id=mA768e7ge0wC&pg=PA357&lpg=PA357&dq=%22marlow+medal%22&source=bl&ots=8FQts7Ri0h&sig=BpwYfF5CReP8WGLfdhxB8JRzE6A&hl=en&sa=X&ved=0ahUKEwj41Iqim_PNAhUMCsAKHd-iBKI4ChDoAQhDMA4#v=onepage&q=%22marlow%20medal%22&f=false.
- ↑ 1 2 John C. Polanyi // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 http://biography.yourdictionary.com/john-charles-polanyi.