Braziliya Metbexi - Wikipedia
Braziliya mətbəxi — Braziliya Federativ Respublikasında inkişaf etmiş, zənginliyi və müxtəlifliyi ilə məşhur olan bir milli mətbəx.
Əsas qida məhsulları
redaktəBraziliya mətbəxi ilk növbədə ət, balıq, dəniz məhsulları və düyü ilə tanınır[1]. Ölkənin cənub-şərqində və sahil xətti boyu ərazilərində balıq, balina və krevet kimi dəniz məhsulları həm çox ləzzətlidir, həm də boldur[1]. Buna görə də Braziliyada balıq ətlə müqayisədə daha çox istifadə edilir[1]. Bundan başqa italyan mətbəxinin təsiri ilə qida məhsulları arasında makaron da çox istehlak olunur[1].
Yemək bişirmə texnikaları
redaktəBraziliyalılar aşağıdakı yemək bişirmə texnikalarından istifadə edirlər[1]:
- qızartma;
- sote;
- sobada yemək;
- qazanda yemək;
- qaynatma.
Xarici mətbəxlərin təsiri
redaktəBraziliya mətbəxi ilk növbədə Portuqaliya, İtaliya, İspaniya, Avstriya, Afrika və Rusiya mətbəxindən təsirlənmişdir[1]. Bu mətbəxdə xüsusilə Orta və Cənubi Afrika mətbəxinin böyük təsiri vardır[1]. Braziliyaya Portuqaliyadan gələn afrikalıların təsiri daha çox olmuşdur[1].
Bəzi yeməkləri sırf hindköklüdür və Avropaya heç bir aidiyyatı yoxdur[2]. Onlarda müxtəlif ədviyyatlardan istifadə edilir[2].
Milli yeməkləri
redaktəGünümüzdə Braziliyalıların sanki milli yeməyi halına gələn "qara paxla" yeməyi, Afrika mətbəxindən təsirlənərək ortaya çıxmışdır[1]. Təbii ki, bu yemək sonra da Avropa mətbəxinin təsiri ilə inkişaf etmişdir[1]. "Qara paxla" yeməyini cənub-şərqdə yerlilər müxtəlif qoxulu otlardan istifadə edərək çox dəyişik və özlərinə xas bir şəkildə hazırlayarlar[1].
Braziliya dünyanın ən ləzzətli ətlərini ixrac edən bir ölkədir[1]. Onun üçün braziliyalıların digər bir milli yeməyi də "Chourasco" dedikləri manqalda qrildir[1].
Bundan əlavə, Braziliyalılar "sarapatel" adlı qızardılmış qaraciyər və "karne-du-sol" ət xörəyinə də üstünlük verirlər[2].
Kassava kökünü rəndələyib qurudaraq un əldə edilir. Farinha unu üçün rəndələnilmiş kökləri qovrular. Qovurulmuş un kərə yağı, ət və bəzən yumurta, banan və ya ispanaqla qarışdırıldıqda Braziliya mətbəxinin "farofa" deyilən yemək əldə edilir.[3]
Şirniyyat
redaktəBraziliyada çox zəngin bir tort və şirniyyat mədəniyyəti vardır[1]. Burada şirniyyat mədəniyyəti XVIII əsrdə ölkəyə gələn avstriyalıların təsiri ilə başlamışdır[1]. Həmin əsrin sonlarında və XIX əsrin əvvəllərində cənuba enən avstriyalılar özlərinin məşhur tort və şirniyyat mədəniyyətini bu ölkədə də tətbiq etmişlər[1]. Təbii Portuqaliya mətbəxinin şirniyyatlara olan təsiri də çox böyükdür[1]. Avstriya və Portuqaliya təsiri ilə yayılan tort və şirniyyat Braziliya yerlilərinin köməyi ilə daha da genişləmişdir[1].
Braziliya şirniyyatları ilk növbədə meyvə ilə hazırlanır[1].
Xüsusilə meyvədən hazırlanan "köpük", yəni köpüklü şirinlər çox məşhurdur[1]. Onların arasında manqo və portağal "köpük"ləri ən məşhurlarıdır[1].
Meyvəli pudinqlər də Braziliya mətbəxinin əhəmiyyətli şirniyyatlarındandır[1].
Braziliya milli mətbəxinin daha bir xüsusiyyəti də ondan ibarətdir ki, şirniyyatın içinə kartof, kəsmik, bişmiş kələm əlavə edilir[2].
İçkilər
redaktəBraziliyalıların özünəməxsus içkiləri var[2]. Onlar içkiləri əsasən tropik iqlimdə yetişmiş meyvələrdən hazırlayır[2].
Alkoqol içkilərə gəldikdə isə, ən çox pivə sevilir, sonra rom, araq və "kaşasa" və "kaypirinya" adlanan limon kokteyli[2]. Braziliyalıların ən mühüm içkisi, milli içkiləri olan "kaşasa"dır[1]. Bu içki şəkər qamışından hazırlanır[1].
Braziliyalılar dünyanın ən böyük qəhvə istehlakçısıdır. Həmçinin bu ölkə qəhvə istehsalında və ixracatında dünyada birincidir[1]. Braziliyalılar qəhvəni sütsüz, sadə və çox sərt olaraq içirlər. Hər braziliyalı gündə ən az 10-12 fincan qəhvə içir[1].
Günlük menyu
redaktəSəhər yeməyi
redaktəBraziliyalılar səhər yeməyində qəhvə, süd, meyvə suyu, xüsusilə portağal suyu içir və çörək, kərə yağı, meyvə yeyirlər[1]. Xüsusilə "papaya" səhər yeməyində meyvə olaraq əhəmiyyətli bir qidadır[1].
Günorta yeməyi
redaktəGünorta yeməkləri yüngül olan braziliyalılar, bu yeməkdə mütləq qara quru paxla, düyü, ət və xüsusilə də bol miqdarda tərəvəz yeyirlər[1]. Kartof təzə tərəvəzlərin yanında mütləq iştirak edən bir qida məhsuludur[1]. Yemək daim bir şirnniyyat ilə bitir[1].
Axşam yeməyi
redaktəAxşam yeməyi ailənin ən əhəmiyyətli yeməyidir[1]. Bütün ailə eyni süfrə başında toplanır və həmişə birlikdə yeməklərini yeyirlər[1]. Axşam yeməklərində ümumiyyətlə əvvəl şorba içilir; daha sonra isə balıq, ət, toyuq əti, tərəvəz və təbii qara paxla və düyü yeyilir[1]. Axşam yeməyi də mütləq bir şirniyyat ilə bitir[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 Dünya mətbəxi - Braziliya Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. qadin.net, 10.10.2013 (az.)
- ↑ 1 2 3 4 5 6 7 Valehedici şəhər: Rio-de-Janeyro Arxivləşdirilib 2017-09-13 at the Wayback Machine. big.az, 01.10.2011 (az.)
- ↑ "Manioc Showdown:Farofa v. Farinha". The New York Times. 2010. 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.