Boyaq Dazi - Wikipedia
Boyaq dazı (lat. Hypericum androsaemum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Boyaq dazı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Boyaq dazı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Arealı
redaktəAfrikada (Tunis, Əlcəzair), Avropada, Asiyada (Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Türkmənistan) yayılmışdır.
Botaniki xarakteristikası
redaktəHündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. May ayında çiçəkləyir, iyun-iyul (avqust) aylarında meyvə verir.
Azərbaycanda yayılması
redaktəBQ (Quba), BQ şərq, BQ qərb, Lənkəran dağlıq. Aşağı və orta dağ qurşağında.
Yaşayış mühiti
redaktəMeşələrdə və rütubətli kolluqlarda rast gəlinir.
Ekologiyası
redaktəGünəşli və kölgəli yerdə bitir.
İstifadəsi
redaktəYaşıllaşdırmada yamaclarda, təpələrdə, bağ yollarının yaxınlığında, ağac və kol qruplarının ətrafında əkilir. Bəzi sortları canlı hasarlarda və ya çiçək ləklərində digər çoxillik ot bitkiləri ilə birlikdə istifadə edilir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Androsaemum androsaemum (L.) Huth
- Androsaemum floridum Salisb.
- Androsaemum vulgare Gaertn.
- Hypericum bacciferum Lam.
- Hypericum bacciforme Bubani
- Hypericum floridum Salisb.
Heterotipik sinonimləri
redaktə- Androsaemum officinale All.
- Hypericum androsaemum var. dilatatum Merino
- Hypericum androsaemum f. variegatum D.C.McClint. & E.C.Nelson
- Hypericum webbianum G.Nicholson
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 784.