Boris Puqo - Wikipedia
Boris Karloviç Puqo (latış. Boriss Pugo, rus. Борис Карлович Пуго; 19 fevral 1937[1], Tver – 22 avqust 1991[1], Moskva) — SSRİ partiya və dövlət xadimi, Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1984–1988), Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin/Sov.İKP Mərkəzi Nəzarət Komissiyasının sədri (1988–1991), SSRİ Daxili İşlər naziri (1990-cı ildən ömrünün sonuna qədər).
Boris Puqo | |
---|---|
latış. Boriss Pugo | |
daxili işlər naziri[d] | |
1 dekabr 1990 – 22 avqust 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1937[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 1991[1] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | ateizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | SSRİ Dövlət Təhlükəsizlik Komitəsi |
Rütbəsi | general-polkovnik (1991) |
Vikianbarda əlaqəli mediafayllar |
Boris Puqo 18 avqust 1991-ci ildən avqustun 21-dək Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin üzvü olmuşdur.
Həyatı
redaktəBoris Karloviç Puqo Kalinin (indiki Tver) şəhərində partiya işçisi ailəsində anadan olmuşdur. O, milliyyətcə latışdır. Puqo rus dilində latış dilindən daha yaxşı danışırdı. Onun ailəsi 1918-ci ildə Latviya müstəqil ölkə elan edildikdən və ardınca baş tutan müharibədə kommunist tərəfi məğlub olduqdan sonra Latviyanı tərk etmiş latış kommunistlər idi.[2]
Atası Karl Yanoviç Puqo Oktyabr inqilabının və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. O, qırmızı "latış atıcısı" və yeraltı döyüşçü olmuş, 1930-cu illərdə Moskvada NKVD-də işləmiş 1940-cı illərin sonunda Latviya Kommunist Partiyası Riqa Şəhər Komitəsinin birinci katib seçilmişdir.[3][2]
Puqo 1960-cı ildə Riqa Politexnik İnstitutunu bitirmişdir. O, 1963-cü ildən Sov.İKP üzvüdür. Puqo 1961-ci ildən komsomol işində: zavodun komsomol komitəsinin katibi, sonra rayon komsomol komitəsinin ikinci və birinci katibi, ÜİLKGİ MK-nın sektor müdiri,Latviya ÜİLKGİ MK-nın birinci katibi, ÜİLKGİ MK-nın katibi olmuşdur.[2]
Puqo 1974-cü ildə Sov.İKP Mərkəzi Komitəsinin inspektoru. 1974–1975-ci illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. O, 1975–1976-cı illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin Riqa Şəhər Komitəsinin birinci katibi olmuşdur. Puqo 1976-cı ildən dövlət təhlükəsizlik orqanlarında fəaliyyət göstərir. O, 1977-ci ildən Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavinidir. Puqo 1980-ci ildən general-mayor hərbi rütbəsi ilə Latviya SSR DTK-nın sədri olmuşdur. O, 1984–1988-ci illərdə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. Puqo 1989-cu ilin sentyabrında Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdir.[2][4]
Mükafatlar
redaktə- "Lenin" ordeni (18.02.1987)
- "Qırmızı əmək bayrağı" ordeni (03.03.1976)
- "Qırmızı ulduz" ordeni (8.10.1980)
- "Şərəf nişanı" ordeni (26.08.1971)
- medallar
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Boris Pugo // Munzinger Personen (alm.).
- ↑ 1 2 3 4 "Пуго Борис Карлович". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-14.
- ↑ Медведев Р.А. Жертвы ГКЧП // Новая и новейшая история. № 1. 2003.
- ↑ Рига: Энциклопедия (1-е изд. 60000 nüs.). Рига: Главная редакция энциклопедий. Гл. ред. П. П. Еран. 1989 [Enciklopēdija «Rīga»]. 585. ISBN 5-89960-002-0.
Xarici keçidlər
redaktə- Тумаркина И. Прежде чем выпустить себе пулю в висок, министр внутренних дел СССР Борис Пуго выполнил последнюю волю своей жены — застрелил её первой // Факты и комментарии. 2007, 23 августа.
- "Борис Карлович Пуго". Портал «Грот». 2013-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
- Зенькович Н. "22 августа Дом на улице Рылеева". Украина криминальная. İstifadə tarixi: 2013-08-19.
- "Как умирал Пуго 16 лет назад (Тумаркина И. // Факты и комментарии)". Комитет противодействия коррупции и организованной преступности. 2013-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
- "Застрелился или застрелили? // Московский комсомолец, 24 августа 1991 г." Новый регион. 2006-08-18. 2013-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.