Dovlet Fovqelade Veziyyet Komitesi - Wikipedia
Dövlət_Fövqəladə_Vəziyyət_Komitəsi - Haqqında Məlumat
Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) − SSRİ-də 1991-ci ilin 18 avqust − 20 avqust tarixləri arasında hakimiyyəti ələ almış 8 nəfər yüksək vəzifəli şəxsdən ibarət qurum.
Sonradan "Avqust qiyamı" adı ilə tanınan və dövlət çevrilişi kimi qiymətləndirilən bu qurumun hakimiyyət dövrü cəmi 3 gün davam etmişdir. Qurumu təşkil edənlərdən, intihar etmiş 1 nəfər istisna olmaqla, yerdə qalan digərləri həbs olunsalar da, həbs olunanlardan hamısı daha sonra amnistiya ilə azadlığa buraxılmış və onlardan biri məhkəmə hökmü ilə bəraət almışdır.