Boeing 787 - Wikipedia
Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir.
"Boeing 787 Dreamliner" | |
---|---|
Tipi | Sərnişin |
Hazırlayan | Boeing |
İstehsalçı | ABŞ |
Dizayner | "Boeing" |
İlk uçuş | 15 dekabr 2009 |
İstismara verilmə tarixi | 26 oktyabr 2011 |
İstismarçılar | "All Nippon Airways" |
Buraxılış sayı | 7 – sertifikatlaşdırma üçün istifadə olunur, sertifikatlaşma bitdikdən sonra sifarişçilərə 23 ədəd veriləcək |
Vahidinin qiyməti |
787-3: $150,0–155,5 mln 787-8: $161,0–171,5 mln 787-9: $194,0–205,5 mln |
Vikianbarda əlaqəli mediafayllar |
Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir[1]. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır.[2]
Hal-hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur.
Xüsusiyyətləri
redaktəModellər | 787-3 | 787-8 | 787-9 |
---|---|---|---|
Pilot sayı | 2 nəfər | ||
Sərnişin sayı | 290–330 | 210–250 | 250–290 |
Uzunluğu | 56,6 m | 62,8 m | |
Qanad qolay; | 51,8 m | 60,0 m | 63,4 m |
Hündürlüyü | 16,92 m | ||
Füzelyajın uzunluğu | 5,91 m | ||
Füzelyajın eni | 5,75 m | ||
Kabinanın eni | 5,49 m | ||
Yük bölməsinin həcmi | 124,6 m³ | 152,9 m³ | |
Boş təyyarənin çəkisi | 101 151 kq | 109 769 kq | 115 212 kq |
Maksimal qalxmaçəkisi | 165 108 kq | 219 539 kq | 244 940 kq |
Kreyser sürəti | 0,85 MAX - 903 km/s (12 200 m yüksəklikdə) | ||
Maksimal kreyser sürəti | 0,89 MAX - 945 km/s (12 200 m yüksəklikdə) | ||
Uçuş məsafəsi | 4 650 – 5 650 km | 14 200 – 15 200 km | 14 800 – 15 750 km |
Maksimal yanacaq həcmi | 41 965 l | 126 917 l | 138 898 l |
Uçuş yüksəkliyi | 13100 m | ||
Mühərrik (2×) | "General Electric GEnx" və ya "Rolls-Royce Trent 1000" |
Bənzər təyyarələr
redaktəXarici keçidlər
redaktə- 787 Dreamliner - İnglis dilində.
İstinadlar
redaktə- ↑ "787 Model Orders and Deliveries summary". 2018-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-08.
- ↑ "Arxivlənmiş surət". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-08.
- AZAL 5 "Boeing" ƏVƏZİNƏ 8-Nİ ALIR[ölü keçid]
- Newairplane.com
- Boeing вновь отложил первый полет "Лайнера мечты"
etdi: Turan Akif oğlu Məmmədli