Bodiam Qesri - Wikipedia
Bodiam qəsri (ing. Bodiam Castle) — Susseks qraflığında, Roter çayı sahilində yerləşən qəsr. İngiltərədə yaşayış üçün əlverişli nadir qəsrlərdən biridir. Qala xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm də ətraf ərazidən çox ustalıqla ayrılmışdır.[1] Dərin xəndək və su qəsrin kənar hücumlardan qorunmusı üçün nəzərdə tutulmuşdur.[2] Maraqlıdır ki, qəsrin mövcud olduğu müddətdə o heç bir hücuma məruz qalmayıb və özünün müdafiə özəlliyini həyata keçirə bilməmişdir.[3]
Bodiam qəsri | |
---|---|
ing. Bodiam Castle | |
51°00′08″ şm. e. 0°32′36″ ş. u.HGYO | |
Ölkə | İngiltərə |
Yerləşir | Robertsbric, Şərqi Susseks |
Memar | Edvard Delinqric |
Tikilmə tarixi | 1385 |
Rəsmi sayt | nationaltrust.org.uk/bod… |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəsr III Eduardın cəngavəri olmuş Edvard Delinqric tərəfindən inşa olunmuşdur. Qəsri Yüzillik müharibə zamanı fransızların bölgəyə hücumlarından müdafiə olunmaq üçün tikmişlər.
Tarixi
redaktəIII Eduard 1360-cı ildə, Yüzillik müharibə zamanı Fransa ilə müqavilə imzaladı və könüllü olaraq Fransa taxtından imtina etdi. Bu zaman Akvitaniya, Kale ərazilərinə o nəzarət etsə də, buradan öz ordularının çıxarılması məsələsini tam həll etmədi. 1377-ci ildə Fransadan qayıdan Robert Nollesə və Edvard Delinqricə 1385-ci ildə İngiltərə kralı II Riçard La-Manş tərəfdən fransızların hücum təhlükəsinə görə həmin ərazilərdə möhkəmləndirmə işləri aparmağa icazə verdi.[1][4]. Edvard bu məqsədlə yeni bir qəsr tikməyi qərara aldı. Roter çayı yanında tikilən bu qəsr, daha çox hücuma məruz qalma yeri olsa da, bu heç vaxt baş vermədi[1]. Qəsr çox tez tikildi. Arxeoloq Devid Tekrey güman edir ki, səbəb Fransa tərəfdən ola biləcək təhlükə idi[5].
Delinqriclər
redaktə1390-cı ildə hücum təhlükəsi azalan zaman artıq Edvard Fransa kralının səfirliyində Kale və Pikardiyanın möhkəmlənməsi və yekun sülh sazişində iştirak etdi. 1395-ci ildə Eduard Tauerdə Kralın Qoruyucusu və şəhərin qubernatoru seçildi. Ancaq elə həmin il Eduard vəfat etdi və qəsrin vərəsəliyi oğlu Con Delinqricə keçdi[1]
Leuknorlar
redaktə1483-cü ildə qəsr Leuknorların vərəsəliyinə keçdi. Tomas Leuknorun xanım Delinqriclə evlənməsi ilə Delinqriclərin qəsrə sahibliyi bitdi. Qısa zaman keçdikdən sonra qəsr III Riçardın əmri ilə hərbi qarnizona çevrildi. Leuknorlar ailəsi 1500-cü illərdə yenidən qəsrə sahib oldular. 1639-1645-ci illərdə ölkədə gedən İngiltərə vətəndaş müharibəsindən qəsr çox ziyan gördü. Oliver Kromvelin göstərişinə əsasən Parlament əsgərləri qəsri talan etdilər. O zaman Kromvel bütün kral qəsrlərinə "nifrət" edirdi. Qısa zamanda qəsrin interyeri talan edildi, xarici görünüşü isə öz əvvəlki formasını qoruyub saxlaya bildi[6]. Bosuort döyüşündən sonra qəsr yenidən Leuknorlara qayıtdı.
Pauellər
redaktə1644-cü ildə qəsrin sahibi Con Haneti onu Nаtaniel Pauelliyə satdı. Nataniel respublikaçı olduğundan qəsr ölkədə gedən müharibədən nə zərər gördü, nə də müharibədə iştirak etdi. Bundan sonra qəsr uzun müddət istifadə olunmadı və tədricən dağılmağa başladı. 18-ci əsrdən isə ətraf kəndlərin əhalisi qəsrin daşlarından vaxtaşırı istifadə etməyə başladılar. 1815-ci ildə qəsrin birdəfəlik yıxılmasına qərar verildi[1].
Satışı
redaktəBodiam qəsrini Conn Fuller (Dəlisov Cek) xilas etdi. O qəsr üçün 3000 funt ödədi. Tanınmış bir adam olsa da, çılğın hərəkətinə görə onu Parlament üzvlüyündən məhrum etmişdilər. Ətraf bölgələrdə o həm də xeyriyyəçiliyi ilə də məşhur idi. Onun haqqında bir çox maraqlı əhvalatlar danışılır və hətta kitab belə yazılmışdır. 1864-cü ildə Fullerin nəvəsi qəsri 5000 funta Lord Eşkomba satdı. Eşkomb 40 il ərzində qəsrdə əhəmiyyətli dərəcədə təmir işləri apardı və onun xarici divarlarını tam bərpa etdi. 1905-ci ildə Corc Kerzon ilk dəfə qəsri gördükdə heyran oldu və 1916-cı ildə qəsri əldə etdi. Kerzonun təşəbbüsü ilə qəsrdə Uilyam Ueyrom restavrasiya işlərinə başladı. Kerzon ölümündən əvvəl qəsri Böyük Britaniyadakı memarlıq abidələrinin bərpası və qorunub saxlanması ilə məşğul olan National Trust təşkilatına verdi.[1]. 2013-cü ildə qəsri 170 minə yaxın turist ziyarət edib[7]
Memarlıq üslubu
redaktəQəsr memarlıq baxımından çox unikaldır. Xarici ilə daxili görünüşündə böyük təzad var. Qəsrin daxili demək olar ki, dağıdılmış və talan edilmişdir. Dördbucaqlı plana malik olan qəsrin başqalarından fərqli cəhəti, əsas binanın donjonnun (fr. donjon — əsas qüllə, lat. dominionus[8]) olmamasıdır.
Yerləşməsi və xarici görünüşü
redaktəXaricdən qəsr çox möhtəşəm görünür və divarlar öz bütövlüyünü qoruyub saxlamışdır. İlk vaxtlar qəsrin hər tərəfindən xüsusi taxta körpülər olmuş buda qəsrin daha yaxşı müdafiəsinə xidmət edirmiş. Hal-hazrda bir əsas girişdə körpü qalmaqdadır. Qəsrə gələn yolda, körpüdən sonra kiçik bir tikilinin qalıqları da var. Ehtimal olunur ki, o da müdafiə xarakteri daşıyır və İngiltərənin bütün qəsrlərində də bu tip tikili mövcuddur. Ətrafda ki, su xəndəyə öncə daha geniş olmuşdur. Bodiam qəsri düz xəndəyin mərkəzində yerləşir[9]. Qəsr həm də çox məharətlə maskalanmışdır. Ətrafda əkilən bitkilər onu görünməz edir. Ancaq yaxına gəldikdə, sudan boylanan qəsri gördükdə onun gözəlliyi qarşısında heyran olmamaq mümkünsüzdür.
Daxili görünüşü
redaktəCənub hissəsində böyük zal, mətbəx və anbar yerləşir. Böyük zalın ölçüsü 7.3х12 мetrdi. Zaldan qərbdə ərzaq saxlamaq üçün yer var ki, oradan zala xüsusi girş var. Böyük zal qəsrin ictimayi hissəsi hesab olunur və sahib burada qonaqlarla istirahət edirmiş. Cənub-qərb qüllədə su quyusu mövcudmuş. Şərq divar tərəfdə keşikçilər üçün otaq yerləşir və bu hissə diğər divarlardan fərqli olaraq 2,7 m irəliyə çıxır. Bu otaqdan cəbuda isə artıq əsas otaq - sahib və onun ailə üzvülərinin istirahət otağı yerləşir[10]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Замок Бодиам". 2013-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
- ↑ SU İÇİNDƏ QƏSR VƏ YA DÜNYANIN ƏN GÖZƏL 20 QƏSRƏTRAFI XƏNDƏYİ[ölü keçid]
- ↑ "Бодиам / Восточный Суссекс". 2014-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ Quoted in Thackray, 2004. səh. 59.
- ↑ Thackray,David(2004)1991, Bodiam Castle,The National Trust,ISBN 978-1-84359-090-3
- ↑ "ЗАМОК БОДИАМ,АНГЛИЯ". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ "VISITS MADE IN 2013 TO VISITOR ATTRACTIONS IN MEMBERSHIP WITH ALVA". 2015-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ Ст. Dominionus: J.F. Niermeyer, Mediae Latinitatis Lexicon Minus, Leyden, Brill, 1976.
- ↑ Liddiard, Robert (2005), Castles in Context: Power, Symbolism and Landscape, 1066 to 1500, Macclesfield: Windgather Press Ltd,ISBN 0-9545575-2-2
- ↑ "Bodiam Castle". 2014-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.