Bicenek Asirimi - Wikipedia
Biçənək aşırımı — inzibati cəhətdən Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın mənbə hissəsində olan aşırımdır (hünd. 2346,9 m). Biçənək kəndi ərazisində yerləşir. Öz adını yaxınlığında yerləşən kəndin adından götürmüşdür. Mühüm əhəmiyyət kəsb edən Naxçıvan-Laçın-Yevlax avtomobil yolu aşırım ərazisindən keçir. Naxçıvan ilə Azərbaycanın tazixi torpaqları olan Zəngəzuru birləşdirir.
Biçənək aşırımı | |
39°32′40″ şm. e. 45°48′40″ ş. u.HGYO | |
Hündürlüyü | 2346,9 m |
Ölkə | Azərbaycan |
Alt pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacı orta pleystosen yaşlı flüvioqlasial konqlomeratlarla örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir. Aşırımın gəzdək hissəsi və yamacında şimal-qərb istiqamətli eyniadlı fay qırılması və onun şaxələri müşahidə olunur.[1]
Tarixi
redaktəTarixi qaynaqlara görə, Biçənək aşırımı qədim və orta əsrlərdə Naxçıvandan Beyləqana və oradan da Bərdəyə gedən yolun üstündə idi. IX əsr ərəb tarixçilərinin məlumatına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Bu aşırım Naxçıvanla Arranı birləşdirən yeganə yol olmuşdur.
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.