Bellinqham Vasinqton - Wikipedia
Bellinqham (ing. Bellingham) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əyalətin ən böyük şəhəri və inzibati mərkəzidir. Böyüklüyünə görə ştat üzrə 13-cü, metropoliten ərazisinə görə isə 6-cı yerdə olan şəhərin 2010-cu il əhalininin siyahıya alınmə məlumatına əsasən 80885 nəfər[1] əhalisi olmuşdu. Şəhərin indiki ərazisini əvvəlki Feyrheyvn, Uatkom, Sihom və Bellinqham təşkil edir.
Şəhər | |
Bellinqham | |
---|---|
ing. Bellingham | |
48°45′01″ şm. e. 122°22′30″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Region | [[Vaşinqton ştatı]] |
Rayon | Uatkom Əyaləti, Vaşinqton |
Mer | Kelli Linville |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 29 İyul, 1904 |
Sahəsi | 74.85 km² |
Mərkəzin hündürlüyü | 22 m |
Saat qurşağı | UTC−8 , yayda UTC−7 |
Əhalisi | |
Əhalisi | 80.885 nəfər (2010) |
Sıxlığı | 1153.2 nəf./km² |
Etnoxronim | Bellinghamster |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 360 |
Poçt indeksi | 98225, 98226, 98229 |
Digər | |
cob.org (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəƏrazidə uzun müddət Sahil Saliş dilində danışam Lummi, Nuksak və Semiyahmu qəbiləsindən olan hindular məskunlaşmışdı[2],[2]. Onlar balıq, molyusk, maral və bitiki ilə qidalanırdılar [3],[4].
Şəhərin yaranması 19-cu əsrin sonlarına təsadüf edir.
İqlimi
redaktəOrta illik temperatur 10.9 °C-dir. Ən isti ay Avqust (orta aylıq temperatur 17.7 °C), ən soyuq ay Dekabrdır (orta aylıq temperatur 4.7 °C). Ən yüksək temperatur 33.3 °C, ən aşağı temperatur isə -15.6 °C olmuşdur.
Orta illik yağıntı miqdarı 896.6 mm-dir.[5]
Bellinqham şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 18,3 | 18,9 | 25,6 | 24,4 | 28,3 | 28,9 | 33,3 | 32,8 | 28,9 | 23,9 | 20,0 | 18,3 | 33,3 |
Maksimum orta, °C | 8,6 | 9,9 | 12,0 | 14,7 | 17,8 | 20,5 | 23,0 | 23,1 | 19,9 | 15,1 | 10,8 | 7,9 | 15,3 |
Orta temperatur, °C | 5,3 | 5,9 | 7,8 | 10,1 | 13,1 | 15,6 | 17,6 | 17,7 | 15 | 11 | 7,4 | 4,7 | 10,9 |
Minimum orta, °C | 2,0 | 2,1 | 3,7 | 5,4 | 8,2 | 10,7 | 12,2 | 12,4 | 10,1 | 7,0 | 4,1 | 1,4 | 6,6 |
Mütləq minimum, °C | −12,8 | −15 | −8,3 | −2,2 | −1,1 | 2,8 | 6,1 | 6,7 | 2,8 | −5 | −15,6 | −14,4 | −15,6 |
Yağıntı norması, mm | 116,8 | 73,7 | 78,7 | 66 | 63,5 | 45,7 | 27,9 | 33 | 45,7 | 91,4 | 147,3 | 104,1 | 896,6 |
Mənbə: http://www.weatherbase.com/weather/weatherall.php3?s=61737&cityname=Bellingham%2C+Washington%2C+United+States+of+America&units= |
Əhalisi
redaktə2010-cu il əhalinin siyahıyaalınması
redaktə2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 80885 nəfər əhali, 34671 şəxsi təsərrüfat və 16129 ailə vardı. Əhalinin sıxlığı 1153.2 nəfər/km²-di. Burada 36760 ev var və evlərin sıxlığı 524.1/km²-di. Əhalinin etnik tərkibini 84.9%-i Ağ amerikalılar, 1.3%-i Afroamerikalılar, 1.3%-i Hindilər, 5.1%-i Asiyalılar, 0.3%-ni Okeaniya adalarından olanlar, 2.8%-i digər irqdən olanlar və 4.3%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
34671 şəxsi təsərrüfatın 21.1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 34.2%-ində evli ailə, 8.9%-ində əri olmayan qadın, 3.5%-ində arvadı olmayan kişi, 53.5%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 35.3%-ində tək bir şəxs və 10.8%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.18 nəfər, hər ailədə isə ortalama 2.79 nəfər vardı.
Şəhər əhalisinin orta yaşı 31.3-dür. Əhalinin 15.6%-i 18 yaşdan kiçik, 23.5%-i 18-24 yaş arasında, 25.9%-i 25-44 yaş arasında, 22%-i 45-65 yaş arasında, 12.8%-i isə 65 yaşdan böyükdür. Əhalinin 48.8%-i kişi, 51.2%-i qadındır.[1]
2000-ci il əhalinin siyahıyaalınması
redaktə2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 67171 nəfər əhali, 27999 şəxsi təsərrüfat və 13990 ailə vardı. Əhalinin sıxlığı 957.7 nəfər/km²-di. Burada 29474 ev var və evlərin sıxlığı 420.2/km²-di. Əhalinin etnik tərkibini 87.9%-i Ağ amerikalılar, 1.0%-i Afroamerikalılar, 1.5%-i Hindilər, 4.2%-i Asiyalılar, 0.2%-ni Okeaniya adalarından olanlar, 2.2%-i digər irqdən olanlar və 3.1%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
27999 şəxsi təsərrüfatın 23.1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 37.5%-ində evli ailə, 9.2%-ində əri olmayan qadın, 3.3%-ində arvadı olmayan kişi, 50.0%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 33.0%-ində tək bir şəxs və 10.3%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.24 nəfər, hər ailədə isə ortalama 2.83 nəfər vardı.
Şəhər əhalisinin orta yaşı 30.4-dür. Əhalinin 17.7%-i 18 yaşdan kiçik, 23.9%-i 18-24 yaş arasında, 26.5%-i 25-44 yaş arasında, 19.5%-i 45-65 yaş arasında, 12.4%-i isə 65 yaşdan böyükdür. Hər 100 qadına 92.7 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 90.5 kişi düşür.
Hər şəxsi təsərrüfatın orta illik gəliri $32,530, hər ailənin orta illik gəliri isə $47,196 təşkil edir. Kişilərin orta illik gəliri $35,288, qadınların orta illik gəliri isə $25,971 olmuşdu. Şəhərdə adam başına düşən illik gəlir $19,483 olmuşdu. Ailələrin 9.4%-i, əhalinin isə 20.6%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 17.2%-ini 18 yaşdan kiçik olanlar, 9.0%-ini isə 65 yaşdan böyük olanlar təşkil edir.
Qardaş şəhərlər
redaktəBelliqnham 7 şəhərlə qardaşlaşmışdır.[6][7][8]
- Tateyama, Çiba prefekturası, Yaponiya (1958) [9]
- Port Stefens, Yeni Cənubi Uels, Avstraliya (1982) [10]
- Naxodka, Primorsk diyarı, Rusiya (1989) [11]
- Punta Arenas, Magellan və Antartika Çilenası, Çili (1996)
- Çeongcu, Şimali Çungçeong, Cənubi Koreya (2000) [12]
- Vaasa, Ostrobotniya, Finlandiya (2009)
- Çeçerleq, Arxanqay, Monqolustan (2011)
İstinadlar
redaktə- ↑ 1 2 "US Census". 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-12.
- ↑ 1 2 "Bellinghamster". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
- ↑ "http://www.u-s-history.com/". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
- ↑ "HistoryLink". 2016-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
- ↑ "WeatherBase". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
- ↑ "Bellingham Sister Cities Association". 2015-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
- ↑ "Sister Cities". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
- ↑ "Lt. Governor Owen". 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
- ↑ "Tateyama Şəhərinin Rəsmi İnternet Səhifəsi". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
- ↑ "Port Stefens Rəsmi İnternet Səhifəsi". 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
- ↑ "Naxodka Şəhərinin Rəsmi İnternet Səhifəsi". 2015-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
- ↑ "Çeongcu Şəhərinin Rəsmi İnternet Səhifəsi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.