Besbarmaq Dagi Turkiye - Wikipedia
Beşbarmaq dağı (lat. Latmus; q.yun. Λάτμος, Latmos; türk. Beşparmak Dağı) — Menteşe dağları sistemində yer alan, Bafa gölünün şərqində yerləşən dağ. Aydın və Muğla ərazisinə yayılan dağın ən yüksək yeri 1,375 m olan Təkərləkdağdır.
Beşbarmaq dağı | |
---|---|
türk. Beşparmak Dağı | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Menteşe dağları |
Dağ silsiləsi | Tektogenez dağ |
Mütləq hündürlüyü | 1,375 m |
Marşrutu | Piyada |
Yerləşməsi | |
37°29′53″ şm. e. 27°31′36″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayətlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxeoloji baxımdan çox əhəmiyyətli olan dağın neolit dövründən Osmanlılara qədər izləri var. İbtidai icma quruluşuna dair kəşflərindən biri olan qayaüstü rəsmlər, eramızdan əvvəl 6.000-5.000-ci illərə aiddir. Ovçular və heyvanların əvəzinə, əsasən insanlar çəkilmişdir. İnsanlar tək şəkildə deyil, ailəni xatırladan tərzdə qrup halında tərtib edilib. Bu qayaüstü rəsmlər, şəkil dili və mövzu baxımından dünyanın qayaüstü rəsmləri arasında mühüm yer tutur.[1]
Neolit dövründəki dağ, yağış və hava tanrısının yerini Yunan mifologiyasında göy tanrı Zevs əvəz etdi. Bizans dövründə yağış ibadətinin mərkəzi olmuş və rahibxana inşa edilmişdir.
Menderes massivinə daxil olan ərazidə metamorfik süxurlar arasında qranit, qneys mövcuddur. Qneysin aşınması ilə qayaüstü rəsmlər meydana çıxmışdır. Arxeoloji və tarixi xüsusiyyətlərə malik olan ərazi, çöl şpatları mədəninə görə hal-hazırda təhlükə altındadır.[2]
Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir və dar bölgələrdə şam və digər makvis növləri daha çox yayılmışdır. Beşbarmaq dağlarının şimal istiqamətində yerləşən Bafa gölünün ətrafında endemik şirinqum ağacları yayılmışdır. Dağlar nəsli tükənməkdə olan Anadolu qaplanlarının məskunlaşma mərkəzidir. Həmçinin, bu ərazilərdə tülkü, ayı, kirpi, çöl donuzu, dovşan və şahin yayılmışdır.[3]
Dağda yerləşən qədim Latmos şəhəri eramızdan əvvəl 300-cü ildə qurulmuş və eramızdan əvvəl 4-cü əsrin sonlarında tərk edilmişdir.
İstinadlar
redaktə- ↑ "Latmos Dağları / Beşparmak Dağları" (PDF). latmos-felsbilder.de. 2014-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 mart 2020.
- ↑ "LATMOS (BEŞPARMAK ) DAĞLARI İÇİN SEVİNDİRİCİ GELİŞME". www.ekodosd.org (ingilis). 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
- ↑ "Beşparmak". www.ekodosd.org (ingilis). 2015-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.