Bayan Daskesen - Wikipedia
Bayan (erm. Բանանց)— Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd.[2] 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan 2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.[3]
Bayan | |
---|---|
40°33′16″ şm. e. 46°09′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəToponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım, varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da "əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır.[4]
Tarixi
redaktəXIX əsrdə Bayan kəndi dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında yer alırdı.[5]
Tarixi abidələri
redaktəBayan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4181 | Məbəd[6] | XV əsr | Bayan kəndi | Memarlıq | Yerli |
4182 | Körpü[7] | XV əsr | Bayan kəndi, Quşqara çayının üzərində |
Memarlıq | Yerli |
4183 | Körpü[8] | XIX əsr | Bayan kəndi, Quşqara çayının üzərində |
Memarlıq | Yerli |
4184 | Kilsə[9] | 1863-cü il | Bayan kəndinin 3 kilometrliyində |
Memarlıq | Yerli |
4185 | Monastır[10] | 1823-cü il | Bayan kəndinin 3 kilometrliyində |
Memarlıq | Yerli |
Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi xristianlıqla bağlıdır. Təxminən 3-4-cü əsrlərdə ölkə ərazisində bu qəbildən inşa edilən kilsə və monastırlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian əhali 7-8-ci əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki 3 alban məbədi də (Bayan monastırı, Çiçərvəng məbədi, Bayan kilsəsi) məhz bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir.
Alban məbədləri maraqlı tikinti və arxitektura quruluşuna görə diqqəti cəlb edir. Qalınlığı təxminən 1 metr olan divarlar əvvəlki görkəmində qalsa da, bəzi hissələrdə sonradan təmir işlərinin aparılmasını istisna etmək olmaz. Məbədin indiyədək uçub dağılmayan və toxunulmayan hissələrində xristianlıqla bağlı dini işarələr bu gün də qamaqdadır. Hər 3 məbəd kəndin yüksək ərazilərində inşa olunub. Məbədlərin damından ətrafı aydın görmək mümkündür. Burada olan ocaq yerləri isə onu deməyə əsas verir ki, bu məbədlər həm də istehkam xarakteri daşıyıb. Yadelli işğalçılara qarşı birgə mübarizəni təşkil etmək üçün həmin məbədlərin damında ocaqlar qalanıb. Bununla da əhali düşmənə qarşı səfərbər olub. Bu abidələr böyük tarixi əhəmiyyətə malikdr. Abidələrin üzərində alban memarlığına məxsus naxışlar mövcuddur. Abidələr indiyədək öz görkəmini saxlaya bilib. Hər üç məbəd rayonun tarixi abidələri siyahısında qeydiyyatdadır.
Coğrafiyası və iqlimi
redaktəÇay Qoşqarçayın sol sahilində, dağ ətəyində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[11] | 1982 | 1007 | 975 |
2009[12] | ↗2086 | ↗1066 | ↗1020 |
Tanınmış şəxsləri
redaktə- İsmixan Didərgin (1933–1994) — şair, jurnalist, müəllim.
- Haqverdi Talıboğlu (1930–2018) — şair, aşıq, müəllim.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Bayan kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.[13]
Sovet hakimiyyəti illərində kənddə mərmər, müxtəlif filiz mədənləri fəaliyyət göstərirdi. Lakin hazırda bu mədənlərin bir çoxu istifadə olunmur.
Mədəniyyəti
redaktəKənddə Almabağı və Bayan kənd kitabxana filialları, Bayan kənd Mədəniyyət Evi, Bayan kənd klubu fəaliyyət göstərir.[14]
Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsalı olan və "Mən ki, gözəl deyildim" povesti əsasında ekranlaşdırılan eyniadlı filmin əksər kadrları 1968-ci ildə məhz bu kənddə çəkilib.[15]Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsalı olan "Qocalar, qocalar..." filminin əksər kadrları da bu kənddə çəkilmişdir.
Təhsil
redaktəKənddə Daşkəsən rayon Bayan kənd M.Mustafayev adına tam orta məktəb və Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[16]
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə Bayan kənd həkim məntəqəsi yerləşir.[17]
Şəkillər
redaktə-
Daşkəsən rayonunun Bayan kəndində evlər
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
- ↑ Bayan (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 85. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycanın Etnoqrafiyası Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine 1-ci Cild, səh 391 – Prezident Kitabxanası
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 107" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 107" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 107" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 107" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 107" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
- ↑ "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
- ↑ Dağlara sığınan Bayan kəndi - REPORTAJ VİDEO Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine azertag.az, 25 dekabr 2018.
- ↑ "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.