Batumi Deniz Limani - Wikipedia
Batumi dəniz limanı (gürc. ბათუმის საზღვაო პორტი ) — Gürcüstanın ən böyük konteyner, bərə və ümumi yük dəniz limanı. Liman Batumi şəhərində, Qara dənizin cənub-şərq sahilində yerləşir və həm də Qazaxıstan və Azərbaycandakı neft emalı üçün əsas tranzit liman kimi istifadə olunur. Limanın beş terminalı var: neft terminalı, quru yük terminalı, konteyner terminalı, dəmir yolu-bərə keçidi və sərnişin terminalı. Bu terminallar müvafiq kranlarla təchiz olunub ki, bu da yüklərin vaxtında və keyfiyyətli emalını asanlaşdırır və limanın müştərilərinin tələblərinə cavab verir.[1]
Batumi dəniz limanı | |
---|---|
ბათუმის საზღვაო ნავსადგური | |
Yerləşməsi | |
Ölkə | |
Koordinatlar | 41°38′50″ şm. e. 41°39′26″ ş. u.HGYO |
UN/LOCODE | GEBUS |
batumiport.com batumiport.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBatumi dəniz limanının tarixi Roma imperiyasına, Adrianın hakimiyyəti dövründə Batumi limanının Romanın ticarət şəbəkəsinin ən mühüm nöqtələrindən biri olduğu zamana gedib çıxır.
Batumi limanı geostrateji və təbii üstünlükləri ilə seçilib və hələ də seçilməyə davam edir. Limann təbii dərin suda yerləşməsi böyük tonajlı gəmilərin girişinə icazə verir. 19-cu əsrin ikinci yarısında mövcud qlobal iqtisadi şəbəkənin formalaşması zamanı limanın yuxarıda göstərilən üstünlükləri Batumi limanının 1878-ci ildən 1885-ci ilə qədər “Porto-Franko” (freeport) statusu alması ilə nəticələnmişdir. Batumi şəhərinin və limanının inkişafında əsas amil Bakıdan Batumiyə dəmir yolu ilə daşınan neft idi. Neft emalı ilə yanaşı müxtəlif tələblər də artmışdır ki, bu da şəhərin infrastrukturunun yaxşılaşmasına səbəb olmuşdur. 1900-cü ildə çəkilmiş Bakı-Batumi neft kəməri dünyada ilk neft kəmərlərindən biri idi.
Cambridge Energy Research Associates şirkətinin prezidenti Deniel Ergin "The Prize" kitabında qeyd edir ki, limanın geostrateji yerləşməsi və üstünlükləri səbəbindən neft ilk dəfə tanker vasitəsilə 1892-ci ilin avqustunda bu limandan daşınmışdır.
Bu layihənin müəllifləri Nobel, Rotşild, Samuel (“Shell firmasının yaradıcısı), Mantaşev və başqaları kimi görkəmli şəxsiyyətlər idi. Odur ki, Batumi limanı uzun müddətdir Avrasiya və beynəlxalq nəqliyyat dəhlizinin ən mühüm hissəsi kimi tanınır. Bu gün Batumi limanı Avropanı Asiya ilə və əksinə birləşdirən birləşdirici nəqliyyat xəttidir. Liman avtomobil və dəmir yolu vasitəsilə ilə Qafqaz, Orta Asiya, Rusiya və Türkiyə kimi ölkələr ilə əlaqələndirilib.[2]
Qalereya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Batumi Sea Port". 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
- ↑ "Საქართველოს პორტები". 8 October 2013. 23 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2023.