Baki Usaq Demir Yolu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bakı Uşaq Dəmir Yolu (BUDY) — 1947-2009-cu illərdə Bakıda mövcud olmuş uşaq dəmir yolu. 10 Avqust 1947-ci ildə açılış mərasimi olmuşdur. Yolun uzunluğu 1050 metrdir. İki stansiyadan — Dədə Qorqud və Bahar, lokomotiv deposundan, tədris korpusundan, 2 TU2 teplovozundan, 6 Pafawag vaqonundan ibarətdir. Şəhriyar adına parkda yerləşmişdir. 2004-cü ildən etibarən rəsmi adı Azərbaycan Dövlət Uşaq Dəmir Yolu — ADUDY olmuşdur. 2009-cu ildə fəaliyyətini dayandırmışdır[1][etibarsız mənbə?].
Bakı, Azərbaycan | |
Azərbaycan Dövlət Uşaq Dəmir yolu | |
Açılma tarixi: | 10 avqust 1947 |
Bağlanma tarixi: | İyun, 2009 |
Uzunluğu: | 1,05 km |
Dayanacaq məntəqələri: | 2 |
DJD SSRİ saytında |
Tarixi
redaktəBakıda uşaq dəmir yolunun yaradılması ideyası 1945-ci ildə olmuşdur. Azərbaycan Nazirlər Sovetinin 15 İyun 1946-ci il tarixindəki qərarında dəmir yolunun yaradılmasının başlanma və sona çatma tarixləri qeyd olundu. Tikintiyə 14 mart 1947-ci ildə başlanıldı və 1 may 1947-ci ildə başa çatdı. Dəmir yolu xətti Dzerjinski parkında (Şəhriyar, Dədə Qorqud) yerləşirdi. Dəmir yolunun tikintisində Bakı şəhərinin şagirdləri və tələbələri də iştirak etmişdilər. Yolda işə 120 gənc dəmiryolçu cəlb olunmuşdu. Bakı Uşaq Dəmir Yolunun açılışı 10 avqust 1947-ci ildə olmuşdur. Bakı Uşaq Dəmir Yolunun ilk başçısı M. Axundov təyin olunmuşdur.
Əvvəlcə tikintinin planı iki mərhələdən ibarət olması nəzərdə tutulurdu. Birinci Dzerjinski parkından Respublika stadionuna (Tofiq Bəhramov) kimi (2009-cu ilə kimi mövcud olmuş), ikinci mərhələdə isə bu xətt Montin qəsəbə massivinə kimi olmalı idi. Ümumilikdə xəttin uzunluğu 4 kilometrə çatmalı idi. Lakin ikinci mərhələ baş tutmadı. Beləliklə, dəmir yolu xətti Dzerjinski parkından Tofiq Bəhramov adına Respublika stadionuna kimi oldu.
BUDY-nin uzunluğu 1050 metrdir.
1980-ci illərdə yolun uzadılması üçün layihələr mövcud idi. Əsas layihələrdən biri, xətt bütün Şəhriyar parkı boyunca olmalı idi. Lakin bu layihə baş tutmadı. Çünki, teplovozların bu ərazilərdə yuxarı hissələrə qalxmağa gücləri çata bilməzdi.
1990-cı illərin əvvəllərində baş verən hadisələr zamanı BUDY-yə diqqət azaldıldı. BUDY Azərbaycan Dövlət Dəmir Yolları (ADDY) siyahısından çıxarıldı. Bununla da BUDY böhran vəziyyətində idi. Lakin 2002-ci ilin yanvarından etibarən Bakı Uşaq Dəmir Yoluna yenidən diqqət artırıldı və 1990-cı illərdə verilmiş qərarın səhv olunduğu qəbul olundu. Bakı merliyi və ADDY yolları tam təmir etdilər. Vağzal tikililəri və depo təmir olundu, modernləşdirmə həyata keçirildi, bəzi yerlərdə relslər dəyişdirildi, siqnalizasiya və əlaqə tam şəkildə bərpa olundu. Hərəkət heyəti tam bərpa olundu.
2002-ci ilin İyun ayında yolun təmir işlərindən sonra açılışı olmuşdur.
BUDY vaxtı, həmçinin, dəmir yolu modelləri bölməsi yaradılmışdı. Bu zaman modellər yarışlarda qalib də olurdular. Son qələbə 1980-ci illərin ortalarında Nijnı Novoqorodda keçirilən yarışda olmuşdu. Burada Bakıdan olan gənc dəmiryolçuların modelləri ilk yerləri tutmuşdu. Bu modellər ən güclü və ən sürətli lokomotivlər idi.
2009-cu ilin İyununda Bakı uşaq dəmir yolu yığışdırıldı, hərəkət heyəti isə Biləcəri deposuna aparıldı. Əvvəllər bu işlərin yenidənqurma ilə bağlı olduğu bildirilirdi. Daha sonra uşaq dəmir yolunun Gəncədə açılacağı bildirilirdi[2][etibarsız mənbə?].
Lakin o vaxtdan dəmir yolunun bərpası barədə heç bir məlumat yoxdur.
Hərəkət heyəti
redaktəBakı Uşaq Dəmir Yolunun ilk lokomotivi K seriyasından olan parovoz olmuşdur. Bu parovozlar Kolomna zavodunun istehsalı idi və 1947-ci ildəki açılışından bu parovozlardan istifadə olunurdu. 1958-ci ilə kimi yalnız bir ekzemplyarı var idi.
1950-ci illərin ortalarında yollara Podolsk zavodunun istehsalı olmuş 159-141 seriyalı parovoz gətirildi. Köhnə parovozu əvəz etmiş bu parovoz 1960-cı illərin birinci yarısına kimi istifadə olunmuşdur. Daha sonra bu parovozlar TU2 (№019 və №099) teplovozları ilə əvəz olundu. 1978-ci ildə TU2-099 Naxçıvan Uşaq Dəmir Yoluna göndərildi. Əvəzində Naxçıvandan, Bakıya TU2-216 gətirildi. Beləliklə, TU2-216 və TU2-019 Bakı Uşaq Dəmir Yolunun əsas lokomotivinə çevrildi. 2009-cu ilə kimi bu lokomotivdən istifadə edilmişdir. 1987-ci ildə Bakıya yeni teplovoz TU7-0204 gətirildi. Həmin ildə bu teplovoz Naxçıvan Uşaq Dəmir Yoluna göndərildi.
Yollarda istifadə olunuş ən birinci sərnişin vaqonlarından məlumatlar yoxdur. Lakin onların əldəqayırma olduğu məlumdur. Onların hazırlandığı yer və vaxt məlum deyil. 1960-cı illərin sonlarında yollara 8 Polşa istehsalı olan Pafawag vaqonları gətirildi. Onların ikisi 1978-ci ildə Naxçıvan Uşaq Dəmir Yoluna göndərildi. Qalan 6 vaqonlar isə 2009-cu ilə kimi istifadə olunmuşdur.
1996-2002-ci illərdə Bakı Uşaq Dəmir Yolunda baxımsızlıq nəticəsində yolun hərəkət heyəti, demək olar ki, yararsız vəziyyətə düşdü. Bütün siqnalizasiya və əlaqələr sistemi xarab oldu. Vaqonlar və yolların vəziyyəti pisləşmişdi. Lokomotivlərin akkumlyatorları yox idi, yanacağın istifadə olunması ilə problemlər var idi.
2002-ci ildə BUDY-nin bütün hərəkət heyəti təmir olunmuşdur, modernləşdirilmişdir.
Stansiyalar
redaktəBakı uşaq dəmir yolunun iki stansiyası var:
- Dədə Qorqud (əvvəlki Komsomol) — əvvəllər üçbucaq döngəli üçyollu idi. Lakin daha sonra yığışdırılmışdı. Lokomotiv deposu var.
- Bahar — üçbucaq döngəlidir.
Dədə Qorqud stansiyasında parovoz deposu və parovoz hidrokolnu var idi. Lakin sonralar hidrokolonun əvəzinə teplovozlar üçün ekipaj məntəqəsi tikildi. Parovoz deposu isə tədris korpusuna çevrildi.
Yolda avtoblokirovka, semafor və siqnalizasiya sistemi var.
İstinadlar
redaktə- ↑ "forum". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
- ↑ "forum". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.