Baki Sumqayit Yolunda Qeza 2017 - Wikipedia
Bakı-Sumqayıt yolunda qəza — 2017-ci il martın 9-da səhər saatlarında Bakı — Sumqayıt yolunda baş verən ağır qəza. Qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin 16 tələbəsi yaralanmış, 6 tələbəsi isə dünyasını dəyişmişdir.
Bakı-Sumqayıt yolunda qəza | |
---|---|
Tarix | 9 mart 2017 |
Yeri | Bakı-Sumqayıt yolu, Azərbaycan |
Qurbanlar | |
Ölənlərin sayı | 6 |
Zədəlilər | 16 |
Qəzanın təfərrüatları
redaktəQəza zamanı həlak olanlar
redaktə- İbrahim Vüqar oğlu Quliyev (d. 1996)
- İbrahim Xəqani oğlu Nəsibov (d. 1996)
- Rəşad Füzuli oğlu Canıyev (d. 1997)
- Roza Eynulla qızı Muradova (d. 1997)
- Çinarə Azər qızı Quliyeva (d. 1996)
- Lalə Nəsirzadə (d. 1999)[1]
Qəza zamanı yarananlar
redaktə- Orxan Xəqani oğlu Babayev
- Mina Mirzəyeva
- Nicat Faiq oğlu Qocayev
- Aytən Əliyulla qızı Cəfərova
- Oqtay Etibar oğlu Əsgərli
- Xavər Məlik qızı Fərzəliyeva
- Samir Məhəd oğlu Tağıyev
- Əfsər Əli oğlu Cəbiyev
- Bəybala Vüqar oğlu Manafov
- Təranə Şair qızı Kərimova
- İlahə Cəmil qızı Musayev
Rəsmi məlumat
redaktəQəza ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 9 mart 2017-ci il tarixində verilən rəsmi məlumatda belə deyilir[2]:
Martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
İstinadlar
redaktə- ↑ 18 yaşlı Lalə də öldü — Say 6-ya çatdı… Arxivləşdirilib 2017-03-13 at the Wayback Machine qafqazinfo.az, 11.03.2017 (az.)
- ↑ Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine. mia.gov.az, 09.03.2017 (az.)