Badclause - Wikipedia
Badclause (əsl adı: Mirmövsüm Elşən oğlu Əhmədov; 5 iyul 1997, Xırdalan) — Azərbaycan rep sənətçisi.
BadClause | |
---|---|
Mirmövsüm Elşən oğlu Əhmədov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 5 iyul 1997 (27 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 2013-cü ildən |
Səs tembri | bariton |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBadclause ləqəbli Mirmövsüm Əhmədov 5 iyul 1997-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı Türk Anadolu Liseyində almış, daha sonra isə Ankara Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur.[1]
Yaradıcılığı
redaktəRep musiqisi ilə ilk dəfə 10–11 yaşlarında Türkiyə repindən olan Ceza ilə tanış olub, yerli qrup olan H. O. S. T ilə maraq dairəsini genişləndirib, bənzər mətnlər yazmağa başlayıb. Dövrünün gənc nəsil musiqiçilərinin yaradıcılıqları ilə yaxından maraqlanaraq sənəti barədə kifayət qədər məlumat və dünyagörüşü toplamağa çalışıb.[1][2]
2013-cü ilin ortalarından rap musiqisiylə məşğul olmağa başalayır. Bir müddət sonra "X. R. B Records" tərkibinə daxil olur.
2014-cü ilin əvvəlləri həvəskar olaraq ərsəyə gətirdiyi "İLK" adlı EP albomunu hazırlayır, amma tam formatda albom olaraq işıq üzü görmür.
2015-ci il 30 mart tarixində "Mən Piyanam" adlı ikinci (ilk peşəkar) albomu 45 nüsxə olaraq, albom təqdimatıyla işıq üzü görür.
2016-cı il 9 yanvar tarixində "Günbatımı" adlı track kütlə tərəfindən böyük maraqla qarşılanır və bu da növbəti albomun işlənməyinə şərait yaradır.
2016-cı il 5 iyul tarixində "Qızılgül" adlı növbəti albomu 150 nüsxə şəklində, albom təqdimatıyla uğurlu olaraq işıq üzü görür. Bu albomdan olan "Qızılgül" və "Sübh" adlı parçalar dinləyicilər tərəfindən sevilir və lazımi qədər tanınır.
2016-cı il 27 noyabr tarixində "Insomnie" adlı ilk konsert 1984 Pub-da baş tutur. Dinləyicilərin və qonaqların (TarlanThis, Hasan Badalbayli, Eren Mumcu) müşayiəti ilə konsert, 130+ nəfərlik auditoriya ilə uğurlu şəkildə başa çatır.
2017-ci il 19 fevral tarixində "Insomnie" adlı sayca dördüncü albomu 30 xüsusi nüsxə ilə dinləyicilərə təqdim olunur. Digər albomlardan fərqli olaraq bu albom daha peşəkar işlənilir. Və albomda yerləşən 7 parçanın hər biri fərqli musiqiçiylə duet şəklində işıq üzü görür. Bu albomun ardından isə "Geridə Qalan 3 il","Günəş","Sevdim Səni" və.s bənzər proyektlərlə gündəmdə qalmağı bacarır.
2018-ci il boyunca "Rəsm","Qürur","Deyəsən unutmusan" kliplərini təqdim edir və bənzər parçaları ilə yaradıcılığına davam edir.[3]
2018-ci ildə isə PRoMete və Alim Qasımovun da duet ortağı olduğu 4 parçadan ibarət "Havaodsutorpaq" adlı sayca beşinci albomu işıq üzü görür.
Albomun ardından bir müddət fasilədən sonra sırası ilə Şahin Əlizadə ilə birgə ifa etdiyi "Güzgüdə bir kəs" trekini, "Heyif" trekini, Həsən Bədəlbəyli ilə birlikdə ifa etdiyi "4 Fəsil Öncə" trekini 2019-cu il 5 iyul tarixində isə sözügedən treklərin də daxil olduğu "Sonuncu Səhifə" adlı sayca altıncı albomunu izləyicilərə konsertlə birlikdə təqdim edir.
Albomun ardından bir neçə sinql onlayn olduqdan sonra 2020-ci ildə "BadClause Acoustics" başlığı altında 4 akustik parça işıq üzü görür.
Hazırda karyerasına solo olaraq davam edir.
Solo konsertlər
redaktə- 2016-cı il 27 noyabr tarixində "Insomnie" adlı ilk konsert.
Diskoqrafiya
redaktə2015 – "Mən Piyanam" Albomu
redaktə- Intro
- Ölüm-yaşam
- Lalələr
- Miri Salam Deyir
- Mən Piyanam
- İsti Cappuccino
- Ondoqquz
- Yaz Şair
- Bəzən
- Interlude
- Bayatılar (Dəniz ilə)
- Travmal
- Ömrüm
- Oyuncaq
- Qucaqla
- Yuxu (Lalələr II)
- Sənətağa Darıxma
- Bakı (Əlavə)
- Outro
2016 – "Qızılgül" Albomu
redaktə- Qüssə
- 9 Noyabr
- Ayrılıq
- Sübh (Rza ilə)
- Nələr İtirdik?
- Qızılgül (Rza ilə)
- Mənsiz Qocalma
- Kim Bilir? (Rza ilə)
- Əvəzsiz
- Qızılgül (Akustik)
2017 – "Insomnie" Albomu
redaktə- LeCiel (Lakonik ilə)
- Marron (Həsən B. ilə)
- Decembre (Hasan B. ilə)
- Insomnie (Orxan M. ilə)
- Cafune (TarlanThis ilə)
- Jenesaispas (Fidan Ə. ilə)
- Cheminee (Eren M. ilə)
2018 – "Havaodsutorpaq" Albomu
redaktə- Hava (ProMete ilə)
- Od (Alim Qasımov ilə)
- Su
- Torpaq
2019 – "Sonuncu Səhifə" Albomu
redaktə- 4 Fəsil Öncə (Həsən Bədəlbəyli ilə)
- Güzgüdə Bir Kəs (Şahin Əlizadə ilə)
- İki Dünya (Şahin Əlizadə ilə)
- İyirmibeş
- Məktub
- Səndən Sonrası
- Sevgilər
- Unutdun (Kamil Səmədli ilə)
- Yanımda Qal
- Sonuncu Səhifə
2020 – "BadClause Acoustics"
redaktə- Naxoş Dinləmələr (Kamil Səmədli ilə)
- Deyəsən Unutmusan (Şahin Əlizadə ilə)
- Qəfəs (Şahin Əlizadə ilə)
- Üfüq (Şahin Əlizadə ilə)
2024 – "Bir gün" Albomu
redaktə- Dünyada
- Danışan mahnılar
- Heç olmasa (ft. Vüsal Xasıyev)
- Park
- Bir gün
Sinqıllar
redaktə- Hi Fame (2013)
- Portret (2013)
- Məktub (2013)
- Portret (2013)
- Səninlə Qış (2013)
- Armageddon (2013)
- HipHoprat Andı (2014)
- Şeir Gözlü Gözəl (2015)
- Şərhsiz (2015)
- Üz Cizgilərin (2015)
- Naxoş Dinləmələr (2015)
- Gecən Xeyrə (2015)
- Yaralı Göz Qapaqlarım (2015)
- Lirika (2015)
- Günbatımı (2016)
- Sakitləşdirici (2016)
- Eyvallah (2016)
- Çərpələng (2016)
- Rəf (2017)
- Günəş (2017)
- Geridə Qalan 3 İl (2017)
- Sevdim Səni (2017)
- 23:10 (2017)
- Rəsm (2018)
- Neçə Belə Əlvidalara (2018)
- Qürur (2018)
- Deyəsən Unutmusan (2018)
- Mövhumat (2018)
- Pərdə Arxası (2018)
- Heyif (2019)
- Ayrı Dünyalar (2020)
- Bülleten (2020)
- Çərçivə (2020)
- Şübhə (2020)
- Şərqi (2020)
- Ata Yurdu (2020)
- Eyni Şeylər (2021)
- Şəhər Və Şər (2021)
- Cheerz (2021)
- 02 (2021)
- Qatarlar (2021)
- Tək Sən (2021)
- EVE (2021)
- Və Yenə Mən Oyanıram (2022)
- Ucuzvari (2022)
- Bir müddət (2024)
- Dönmə geri (2024)
- Monoxrom (2024)
- Günlər var idi (2024)
İstinadlar
redaktə- ↑ 1 2 ""BadClause" Qaraqanla niyə duet oxumaq istəmir? - Tanınmış reperlə müsahibə". Aznews.az (az.). 2018-09-12. 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
- ↑ "Gənc reperdən bəşəriyyətə ismarış - Deyəsən, hər şey yaxşı olacaq". Faktor.az (az.). 2019-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
- ↑ TV, Baku. "BadClause ləqəbli Mirmövsüm Əhmədovdan maraqlı ifa". baku.tv. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
- ↑ "iTicket.AZ — biletlərin onlayn satışı". iTicket.AZ — biletlərin onlayn satışı (az.). 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.
- ↑ "BADCLAUSE - Solo Konsert Hayal Kahvesi -da onlayn bilet almaq. | iTicket.AZ — Biletlərin onlayn satışı". BADCLAUSE - Solo Konsert Hayal Kahvesi -da onlayn bilet almaq. | iTicket.AZ — Biletlərin onlayn satışı (az.). 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
- ↑ "BADCLAUSE - Open Air Concert in Al Breeze Beach buy tickets online. | iTicket.AZ — Online ticket sales". BADCLAUSE - Open Air Concert in Al Breeze Beach buy tickets online. | iTicket.AZ — Online ticket sales (ingilis). 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.