Baslibel - Wikipedia
Başlıbel — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.[1] 25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Başlıbel | |
---|---|
39°58′33″ şm. e. 46°07′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBaşlıbel Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Başlıbel çayının sahilindədir. Oykonim başlı (ŞiŞ uclu, yüksək zirvəsi olan) və bel (tirənin üstü) komponentlərindən düzəlib. 1917-ci ildə Başlıbel Seyidlər variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Seyidlər kəndindən gəlmiş ailələr saldığına görə əvvəllər Seyidlər və ya Başlıbel Seyidləri adlanmışdır. Toponim özündə kəndin salındığı coğrafi relyefi əks etdirir[2].
Əhalisi
redaktə"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 26 evdə 120 şiə kürd yaşayırdı.[3]
Başlıbel Kəlbəcər rayonunun ən böyük kəndlərindən biridir. İşğaldan əvvəl (1-4 aprel 1993-cü il) kənddə 350-dən çox azərbaycanlı ailəsi yaşayırdı. Əhalisinin sayı 2000 nəfərə yaxın idi. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin işğalı zamanı 15 nəfər günahsız dinc sakin ermənilər tərəfindən qətlə yetirilmişdir.[4]
İşğal dövrü
redaktəBu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.[5][6]
Coğrafiyası
redaktəBaşlıbel çayı buradan keçir. Tutqunçayın sol qoludur. Adını yerləşdiyi kəndin adından almışdır.[7]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.
- ↑ "ƏSİRLİKDƏ QƏTLƏ YETİRİLƏNLƏR – Azərbaycan Respublikası Ali Məhkəməsi". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-26.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il. (az.)
- ↑ Başlıbel // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.