Boyuk Eyridimdik - Wikipedia
Böyük əyridimdik (lat. Numenius arquata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.
Böyük əyridimdik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Növ: Böyük əyridimdik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Statusu
redaktəNadirdir.
Kateqoriyası
redaktə(NT). Təhlükə həddinə yaxındır.
Genefond əhəmiyyəti
redaktəAzərbaycan faunasında cinsin 3 növündən biridir.
Qısa təsviri
redaktəQarğadan böyükdür (0,5-1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır.
Yayılması
redaktəReproduktiv arealı Avropa və Asiyanın meşə-bozqır zonasında yerləşib. Avropanın qərb hissəsində, Aralıq dənizi sahillərində, Afrikada və Asiyanın cənubunda qışlayır. Azərbaycana qışlamaq üçün gəlir, payızda və yazda buradan ötüb keçən miqrant populyasiyası da var.
Yaşayış yeri və həyat tərzi
redaktəRusiyada reproduktiv populyasiyası meşə-bozqır zonasının bataqlıq sahələrində məskunlaşıb nəsil verir. Azərbaycanda əsas qışlaq və miqrasiya yeri Xəzər dənizi sahilidir. Miqrant populyasiyası yazda mart ayında, payızda isə avqustdan oktyabra qədər müşahidə edilir. Qalıb qışlayanlara tək-tək təsadüf edilir. Əsas yemi həşərat və başqa onurğasız heyvanlardır.
Sayı
redaktəXX əsrin ortalarına qədər miqrant populyasiyası çoxsaylı, Azərbaycanda qalıb qışlayanlar isə adi saylı olublar. Sonralar hər iki populyasiyası azalıb nadir olub.
Məhdudlaşdırıcı amillər
redaktəAzalmasının əsas səbəbi reproduktiv arealında antropogen və antropik təsirlər olub: ovçuların birbaşa təqib etməsi, xam torpaqların istifadəsi, səs-küyün çoxalması, otlaqlarda yuvaların dağıdılması və s. Azərbaycanda miqrant və qışlamağa gələn populyasiyasının ovlanması da olub.
Əhali üçün əhəmiyyəti
redaktəElmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəRamsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Azərbaycanda xüsusi mühafizə statusu yoxdur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəAzərbaycanda ovlanma hallarının aradan qaldırılması və "Qırmızı Kitab"a daxil edilməsi məsləhətdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3