Azerbaycan Siyasetinde Qadinlar - Wikipedia
Azərbaycan siyasətində qadın
Tarixi
redaktəŞəxslər
redaktəDövlət və hökumət başçıları
redaktəAzərbaycan SSR
redaktəAzərbaycan Sovet Sosialist Respublikasının dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk və tək qadın 9 sentyabr — 20 noyabr 1920-ci illərdə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri olmuş Yelena Stasova olmuşdur.
Azərbaycan Sovet Sosialist Respublikasının hökumət başçısı funksiyalarını yerinə yetirmiş qadın olmamışdır.
Azərbaycan
redaktəİndiyədək Azərbaycan Respublikasının qadın dövlət və hökumət başçısı olmamışdır.
Hökumətlərdə
redaktəAzərbaycan SSR
redaktəAzərbaycan
redaktəMüstəqil Azərbaycan Respublikasının ilk qadın naziri Mütəllibov hökumətində 5 fevral 1991 – 10 dekabr 1992-ci illərdə sosial təminat naziri vəzifəsini tutmuş Lidiya Rəsulova olmuşdur. O, 2 sentyabr 1993 – 13 sentyabr 1997-ci illərdə təhsil naziri vəzifəsini tutmuş və bu vəzifəni tutan ilk qadın olmuşdur.
Azərbaycan Respublikasının ilk qadın ədliyyə naziri 10 yanvar 1998-ci il tarixindən 18 aprel 2000-ci ilədək bu vəzifəni tutmuş Südabə Həsənova olmuşdur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən bütün rəhbərləri qadınlar olmuşdur. Quruma 1998–2006-cı illərdə Zəhra Quliyeva, 2006–2020-ci illərdə Hicran Hüseynova, 2020-ci ildən isə Bahar Muradova rəhbərlik etmişdir.
Azərbaycan Respublikasının ilk və son qadın dövlət katibi Heydər Əliyevin ilk hökumətində bu vəzifənu tutmuş Lalə Şövkət olmuşdur. O, 7 iyul 1993-cü ildən 11 dekabr 1994-cü illərdə bu vəzifəni tutmuşdur.
Adı və soyadı | Vəzifəsi | Səlahiyyət müddəti | Hökumət | Siyasi partiyalılığı | ||
---|---|---|---|---|---|---|
Başlama tarixi | Bitmə tarixi | |||||
Nazirlər | ||||||
Lidiya Rəsulova | Sosial təminat naziri | 5 fevral 1991 | 10 dekabr 1992 | Mütəllibov hökuməti | Azərbaycan Kommunist Partiyası | |
Bitərəf | ||||||
Təhsil naziri | 2 sentyabr 1993 | 13 sentyabr 1997 | I Heydər Əliyev hökuməti | Bitərəf | ||
Südabə Həsənova | Ədliyyə naziri | 10 yanvar 1998 | 18 aprel 2000 | I Heydər Əliyev hökuməti | Bitərəf | |
Komitə sədrləri | ||||||
Zəhra Quliyeva | Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri |
14 yanvar 1998 | 28 noyabr 2005 | I Heydər Əliyev hökuməti | Bitərəf | |
Hicran Hüseynova | 6 fevral 2006 | 10 mart 2020 | I İlham Əliyev hökuməti II İlham Əliyev hökuməti III İlham Əliyev hökuməti IV İlham Əliyev hökuməti |
Yeni Azərbaycan Partiyası | ||
Bahar Muradova | 10 mart 2020 | Hal-hazırda | IV İlham Əliyev hökuməti | Yeni Azərbaycan Partiyası | ||
Digər | ||||||
Lalə Şövkət | Dövlət katibi | 7 iyul 1993 | 11 dekabr 1994 | I Heydər Əliyev hökuməti | Bitərəf |
Deputatlar
redaktəAzərbaycan SSR
redaktəAzərbaycan
redaktəAzərbaycan Respublikasının ilk hicablı deputatı I və II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əsmətxanım Məmmədova olmuşdur.[1]
Yerli idarəetmədə
redaktəAzərbaycan SSR
redaktəAzərbaycan
redaktəAzərbaycanda yerli idarəetmə formaları olan icra hakimiyyətlərinin başçıları birbaşa dövlət başçısı tərəfindən təyin olunur. Aşağıdakı cədvəldə indiyədək fəaliyyət göstərmiş qadın icra başçıları sıralanmışdır:[2][3]
Adı və soyadı | Vəzifəsi | Səlahiyyət müddəti | Təyin edən | |
---|---|---|---|---|
Başlama tarixi | Bitmə tarixi | |||
Məlahət Xəlilova | Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı | 1991 | 4 iyun 1992 | Ayaz Mütəllibov |
Şahnaz Ələsgərova | 199? | 24 avqust 1993 | Əbülfəz Elçibəy | |
Dilrubə Camalova | Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı | 23 avqust 1993 | 31 may 2000 | Heydər Əliyev |
Sədaqət Qəhrəmanova | Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı | 21 sentyabr 1995 | 18 aprel 2005 | |
Səmayə Piriyeva | Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı | 28 iyun 1999 | 28 iyul 2000 | |
Fidumə Hüseynova | Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı | 3 iyul 2003 | 6 aprel 2005 | |
İradə Gülməmmədova | Abşeron Rayon İcra Hakimiyyətinin başçısı | 2 sentyabr 2015 | 19 yanvar 2022 | İlham Əliyev |
Mahirə Adnayeva | Sədərək Rayon İcra Hakimiyyətinin başçısı | 10 iyul 2021 | 9 avqust 2023 |
Partiyalarda
redaktəAzərbaycanda ilk qadın partiya təsisçisi Azərbaycan Liberal Partiyasının təsisçisi Lalə Şövkət olmuşdur. O, 1998-2003-cü illərdə partiyaya sədrlik edərək Azərbaycan tarixində ilk qadın partiya sədri olaraq tarixə keçmişdir. Ondan sonra partiya sədri vəzifələrini daşımış Azərbaycan Sosial Rifah Partiyasının 2-ci sədri Əsli Kazımlı və Azərbaycan Mübarizləri Partiyasının 2-ci sədri Səadət Müslümova olmuşdur. Onların hər ikisi 2020-2023-cü illərdə partiyalarına rəhbərlik etmişdir. Hər iki partiya özünü buraxdığı üçün hazırda qadın partiya sədri yoxdur.[4][5]
İstinadlar
redaktə- ↑ "Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım… — FOTOLAR". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.
- ↑ "Azərbaycanda hansı qadınlar icra başçısı olub? - SİYAHI". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
- ↑ "Azərbaycanda yalnız 1 qadın icra başçısı qaldı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
- ↑ "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ ""Azərbaycan Mübarizləri" Partiyasının BƏYƏNATI". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.