Aydin Eliyev General Polkovnik - Wikipedia
Aydın Əli oğlu Əliyev (28 may 1957, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2006–2018), gömrük xidməti general-polkovniki.
Aydın Əliyev | |
---|---|
6 fevral 2006 – 23 aprel 2018 | |
Prezident | İlham Əliyev |
Baş nazir | Artur Rasi-zadə |
Əvvəlki | Kəmaləddin Heydərov |
Sonrakı | Səfər Mehdiyev |
18 fevral 1999 – 6 fevral 2006 | |
Sədr | Kəmaləddin Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 may 1957 (67 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi |
Gömrük xidməti general-polkovniki |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980–1992-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.
1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır.
1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.
6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.
27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.[1]
23 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəsindən azad edilib.
Ailəsi
redaktəAiləlidir, 2 övladı var.[2]
Mükafatları
redaktə25 may 2017-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3]
İstinadlar
redaktə- ↑ "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (azərb.). 27 yanvar 2017. 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
- ↑ "Arxivlənmiş surət". 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.