Ayaz Qemberli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qəmbərli Ayaz Vahab oğlu — azərbaycanlı bəstəkar.
Ayaz Qəmbərli | |
---|---|
Ayaz Vahab oğlu Qəmbərli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Həyatı
redaktəAyaz Qəmbərli 1984-cü il, sentyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (hazırkı Milli Musiqi Konservatoriyası nəzdində Musiqi Kolleci) pianoçu kimi təhsil alıb. 2003–2007-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin bakalavr pilləsində (prof. Arif Məlikov), 2019–2021-ci illərdə Latviya Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin magistratura pilləsində (prof. Roland Kronlaks) oxuyub. 2008-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən "Omnibus-laboratorium" ustad dərslərinin (meksikalı bəstəkar Viktor Rasqado, alman bəstəkarı Şteffen Şleyermaxer) iştirakçısı olub və bu festivalda "Köhnə qramofondan vals" (I redaksiya — flute, english horn, arpa, hapricord, violin, viola, cello) əsəri ilə çıxış edib. 2008-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən IX beynəlxalq "Музыка Молодых" (azərb. "Gənclərin Musiqisi") forumunda "Köhnə qramofondan vals" (II redaksiya — flute, clarinet, piano, violin, cello), 2010-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" beynəlxalq musiqi festivalında "Ludwigstuck", 2011-ci ildə "III Qəbələ beynəlxalq musiqi festivalında" Piano və orkestr üçün konsert, elə həmin il Üzeyir Hacıbəyli adına III beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment, 2012-ci ildə Almaniyanın Drezden şəhərində keçirilən "Tonlagen" beynəlxalq müasir musiqi festivalında "Qovuşma I", 2012-ci il Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" festivalında "Nöqtələrə həll olunmuş kompozisiya", 2013-cü ildə V Qəbələ beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment əsəri ilə çıxış edib. 2016-cı ildə ABŞ-nin New York şəhərində keçirilən və dünyanın ən məşhur müasir musiqi festivallarından sayılan MISE-EN MUSIC FESTIVAL'ının iştirakçsı olub. 2011-ci ildən 2021-ci ilə qədər "Bülbül" adına Orta İxtisas Musiqi məktəbində bəstəkarlıq, alətşünaslıq və orkestrləşdirmə fənnləri üzrə dərs deyib.
Mükafatları
redaktə- 2011-ci ildə Azərbaycan İdman və Turizm Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı"na layiq görülüb.
- 2011-ci ildə Amerikanın Boston şəhərində keçirilən bəstəkarların 29-cu Alea III beynəlxalq müsabiqəsində "Hisslər üzərində özünütəlim metodu" əsəri I yerə layiq görülüb.
- 2014-cü ildə Avstriyanın Graz şəhərində keçirilən bəstəkarların 9-cu Franz Schubert und die Musik der Moderne Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine beynəlxalq müsabiqəsində "Elementlərin müqaviməti" adlı əsəri ilə I yer qazanıb.
- 2019-cu ildə Avstriyanın Vyana şəhərində keçirilən bəstəkarların Mauricio Kagel adına beynəlxalq müsabiqəsində "İlğım" adlı əsəri ilə I yerə layiq görülüb.
- 10 may 2019-cu ildə[1], 7 may 2020-ci ildə[2], 7 may 2021-ci ildə[3], 6 may 2023-cü ildə[4] və 9 may 2024-cü ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.
Əsərləri
redaktə- Altı eskiz (piano) 2003
- Divertisment (simfonik orkestr) 2005
- Simli kvartet No.1 / 2006
- Piano və simfonik orkestr üçün konsert 2007
- "Köhnə qramafondan vals" (fl., cl.in B, piano, vln., cello) 2008
- "Dörd şərti obraz" (cello, piano) 2009
- "Nöqtələrə həll olunmuş kompozisiya" (fl., cl.in B, piano, vln., cello) 2010
- "Hisslər üzərində özünütəlim metodu" (ansambl) 2011
- "Elementlərin müqaviməti" (piano trio No.1) 2013–2014
- "Suprematik fiqurlar" (piano trio No.2) 2014
- "Şaquli sapınma" (hazırlanmış piano) 2015
- "Rezonans" (solo piano) 2015
- "Sentyabr buludları" (solo piano) 2015
- "Exolalia" (simfonik orkestr) 2016
- "Retrospektiv" (simfonik orkestr) 2015–2017
- "İlğım" (solo piano) 2018
- "Naxışlar" (qədim musiqi alətləri ansamblı) 2018
- "Mozaika" (simfonik orkestr) 2019
- "Miniatür" (vln., bass cl., piano) 2019
- "Riqa yağışda" (2020) "Hüzn" (2019) solo piano üçün "Akvarel" silsiləsi
- "Melanxoliya" (bariton, ansambl) 2020
- Cello və simfonik orkestr üçün konsert 2019–2020
- "Atəşgah" (simfonik orkestr) 2020–2021
- Simli Kvartet No.2 "Kiçik Dəniz Küçəsi" 2021
- "Hüzn" (kamera orkestri üçün işlənmə) 2022
- "Sentyabr Buludları" (kamera orkestri üçün işlənmə) 2022
- "Triptix" (solo violin) 2023
- Altı uşaq pyesi (solo piano) 2021–2023
- "Nar Çiçəkləri" (soprano, ansambl) 2024
- "Maqnoliya" (solo viola) 2024
- A.Məlikovun Xatirəsinə Memorial (solo violin və kamera orkestri üçün) 2024
- Humay Variasiyaları (solo piano) 2024
Filmoqrafiya
redaktə- Döngələr (teleserial, 2012)
- Arzular bağı (tamaşa, 2013)
İstinadlar
redaktə- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.