Axsikend - Wikipedia
Axsikənd — müasir Özbəkistanın Namanqan vilayətində, Sırdərya çayının sahilində şəhər xarabalığı.
Axsikənd | |
---|---|
40°53′11″ şm. e. 71°27′02″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəFərqanə böləsində bugünkü Namanqanın 17 km. cənub-qərbində, Kasan-say suyunun Sırdərya ilə birləşdiyi nöqtədə yerləşən Axsikəndə (vəya Axsikət) dair ən qədim qeydlərə Çin qaynaqlarında rastlanır. Şəhərin miladi III–VII əsrlər arasında yerli bir sülalənin idarəsində Fərqanənın paytaxtı olduğu bilinir. Axsikəndə aparılan arxeoloji qazıntılarda tapılan ən qədim materialın Göytürk keramikası olmasından, burda polad istehsalının olmasından[1]., 627–649-cu illər arasında Göytürk xakan soyundan Kan Bağaturun Fərqanənı alıb şimaldakı Kasanı paytaxt edərək Axsikəndə hakim olduğu təxmin edilir.
726-cı ildə Fərqanəyə gedən bir Çinli səyyah, İslam dininin Türkistanda yayılmağa başladığı o dönəmdə Axsikəndən bir İslam şəhəri olaraq söz edir bax.[2], fəqət Fərqanənın böyük bölümü, daha üç əsr əski mədəniyyətinə sadiq qalmışdır.[3] X əsrin əvvəllərində Qaşğarda Abdülkərim Satuk Buğra xanın İslamiyəti qəbul edincə əmisiylə savaşmaq məcburiyyətində qalmasına görə "Fərqanə qaziləri"ndən yardım istəyində olduğu bilinir. X əsrdə Fərqanədə yer alan iki İslami mərkəzdən biri Axsikənd, digəri yenə bir Türk sülaləsinin idarəsində olan daha şərqdəki Özkənd idi. Qaraxanlılar Fərqanə üzərindən qərbə irəliləyərək qısa müddətdə Türkistanın İslamiyəti qəbul etmiş olan hissələrini ələ keçirdilər və bir müddət sonra da Özkəndi paytaxt və bir mədəniyyət mərkəzi halına gətirdilər. 943-cü və 985-ci il tarixlərində Axsikəndə gedən İbn Hövqəl[4] və Məqdisi[5], şəhəri ehtimalən xaqani Türk (Qaraxanlı) dövrünə yaxın bir zamanda, yəni hələ Fərqanənın paytaxtı ikən gördülər. Qaraxanlılar dövründə Axsikənd, Şaş çayının (Siridərya) şimal sahilində, dağlarla çöl arasındakı ağaclıq bir vahə içində, daxili və xarici şəhərdən (mədinə və rabaz) təşəkkül edən çift divarlı və dörd qapılı məmur bir şəhərdi. İdari məqam iç şəhər divarları içində, Siridərya çayıına baxan bir uçurumun üstündə olan çox müstəhkəm qalada idi. Cami-məscid ətrafında böyük imarətlər mövcuddu; evlər də taxta və palçıqdandı. Çaydan gətirilən sular küçələrdə arxlar içində axır və hovuzlarda toplanırdı. Qazıntılarda Xaqani dövrünə aid böyük bir hamamın qalıntıları tapılmışdır. Axsikəndə Xaqani dönəminə aid arxeoloji material çox zəngindir və bu durum şəhərin o dövrdə, İpək yolu üzərində önəmli bir karvan mərhələsi və bir mədəniyyət-sənət mərkəzi olduğunu göstərməkdədir. XI–XII əsrdə Axsikəndə Xaqani hökmdarlarının sikkələri də zərb olunurdu. Yenə bu dövrdə, daşıdıqları Axsikəti nisbəsindən bu şəhərli olduqları anlaşılan hədis, lüğət və tarix alimləri ilə mütəsəvviflər də yetişmişdir.
Qaraxitay və Monqol istilaları sırasındakı savaşlarda zərər gördüyü anlaşılan Axsikənd, 1218-ci ildə Monqol hakimiyyətinə keçdi. Qaraxitay və Monqol dövründə Türkistanda qədim dinlərin canlanması ilə Axsikənd İslami elm mərkəzi olma vəsfini itirmiş kimi görünür. Teymurlulardan Ömər Şeyx mirzə, Fərqanə hökmdarı ikən Axsikəndi paytaxt etmiş və 1494-cü ildə orada ölmüşdür. Axsikəndə atasının yerinə taxta əyləşən Hindistan fatehi Babur, xatirələrində şəhəri bugünkü xarabaya bənzər şəkildə anlatmakdadır. Babur zamanında bir dərəcəyə qədər ayaqda qalan Axsikəndin, qonşu Namanqanın böyüməsiylə getdikcə tərk edildiyi anlaşılır.
Ədəbiyyat
redaktə- W. Barthold, "Ahsiket", İA, I, 226.
- Babur, Vəkayi (trc. və nşr. Rəşit Rahməti Arat), Ankara 1943, I.
İstinadlar
redaktə- ↑ "В России впервые нашли саблю из среднеазиатской тигельной стали". 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ W. Fuchs, s. 452
- ↑ Eməl Esin, İslamiyəttən Öncəki Türk Kültür Tarihi və İslama Giriş, İstanbul 1978, s. 232.
- ↑ İbn Hövkəl, Kitabi Śûrətil-arż, Qahirə, ts., s. 420.
- ↑ Məqdisi, Aĥsənüt-təķāsim, s. 271