Arpad Sulalesi - Wikipedia
Arpad sülaləsi (mac. Árpádok) — Orta Avropada qurulan Macar krallığının ilk xanədanlığı (896 – 1301).
Arpad sülaləsi | |
---|---|
Ölkə | |
Banisi | Arpad |
Hazırkı rəhbər | Yoxdur |
Əsası qoyulub | 896 |
Soyun kəsilməsi | 1301 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUzun illər Kuban çayı bölgəsində yaşayan Macarlar, Peçeneqlərin təzyiqi nəticəsində qərbə köç etdiler. Bu köç olayı sırasında macarların başına Arpat adlı şəxs dayanırdı.
Macar boyları, 896-cı ildə bugünkü Macarıstana gələrək burda yerləşdilər. 955-ci ilə qədər Balkanlarda böyük bir dövlet qurdular. Bu dövlet, 955-ci ildə Germanlar tərəfindən yıxıldı. Macar tayfaları X əsrdə xristianlığı qəbul etdilər. Ancaq daha sonra təkrar qurulan Macar krallığında 1301-ci ilə qədər Arpad sülaləsi hökm sürdü. Avropalı tarixçilər və o dönəmki Avropa dövlətləri, özəlliklə Bizanslılar Macar dövlətini "Qərbi Türkiyə"[1] olaraq adlandırmışlar, Macar xanədanına "Türklərin şahzadəsi" olaraq xitab etmişdilər[2][3]. Çünkü macarların arasında xəzərlərdən gələn üç Kavar boyu əe Kavar aristokratiyası ön plana çıxmaxdaydı [3]. Bu xəzər Kavarları, Xəzər xaqanlığındaki iqtidar qovgalarında yenilən ve iqtidarla tərs düşən üç xəzər boyuydu.
Macarların kökəni
redaktəMacarların böyük bir qismi Fin-Uqor tayfalarınin Uqor qolundandır. Bu Uqor tayfalarının ana yurdu olan Ural dağları ilə Volga çayı dolaylarıydı.
Fin-Uqor tayfalarının şərqdəki qolu olan Uqorlar daha sonra cənuba enərək Onogurlarla qarışdılar. Daha sonra qərbə köç eden hunlarla qarışdılar. Bu üç boyun qarışmasıyla Volga bölgəsində "Macar" tayfası meydana gəldi.
Sabirlərin təzyiqi ilə yurdlarından ayrılaraq Kuban çayı dolaylarına yerləşdilər. Daha sonra xəzər hakimiyətini kqəbul etdilər (460). Xəzərlərin bir boyu olan və Türki dil danışan Kavarlar da Macarlara qarışdı. Arpadın macarlara daha sonra qarışan bu üç Kavar tayfasından gəldiyi iddia edilməkdədir. Amma Arpad sülaləsində idarədə ən təsirli boylar Kavar boylarıydı [3].
Yəni müasir macarları dörd tayfanın birləşməsindən törəmişdir: Uqorlar, Onoqurlar və Hunlar. Daha sonra da üç xəzər boyu Kavarlar.
Bu tayfalar türk kökənli idi: Onoqurlar, Hunlar və Xəzər kavarları.
Soyağacı
redaktəUgor tayfaları | Onogurlar | Hun boyları | |||||||||||||||||||||||||||||||||||||||||
Ön Macarlar | Üç Hazar Boyu Kavarlar[4] | ||||||||||||||||||||||||||||||||||||||||||
Orta Avrupa Macarları | |||||||||||||||||||||||||||||||||||||||||||
Arpadlar
redaktəArpad ölkəni 907-ci ilə qədər müvəffəqiyyətlə idarə etdi. Atillanın qılıncı ondan sonra ən kiçik oğlu Zoltana keçdi. Zoltan ölkəni 41 il idarə etdi. Zoltandan sonra hakimiyyət və qılınc qısa müddətə Arpadın üçüncü oğlundan olan nəvəsi Fajs keçdi. Fajsın vaxtsız ölümündən sonra taxta Zoltanın oğlu Taksoni keçdi və Avropa ölkələrinə hücumlara başladı. 947-ci ildə İtaliyanın ən cənub bölgələrindən olan Apulyaya qədər gəlib çıxmışdı, 972-ci ildə vəfat etdi. Yerinə oğlu Geza keçdi. Geza xaç suyuna salınıb xristian elan olunsa da, o heç vaxt özünü xristian kimi aparmamışdı. Ondan soruşularkən demişdi: "Mən keçmiş Tanrıya da, yeni Tanrıya da qurban verəcək qədər varlıyam və zənginəm." Ölümündən sonra yerinə oğlu Müqəddəs İştvan keçdi. Müqəddəs İştvan ilk xristian hökmdar idi və ilk Macarıstan kralı hesab olunur. Atillanın qılıncı onun ölümündən sonra bacısı oğlu, əslən Venesiyalı Pyotra keçsə də, Atillanın başqa bir nəvəsi Samuel (Hansı ki, əslən Atillanın oğlu Csabanın nəslindən gəlirdi, eyni zamanda Gezanın kürəkəni idi) onu qovaraq 1041-1044cü illər arası kral oldu. Pyotr almanlar tərəfindən yenidən taxta çıxarılsa da, bu dəfə şamanist Macarların üsyanına qarşı gələ bilməyərək qaçmağa məcbur oldu. Yerinə Taksoninin oğlunun nəvəsi Andras keçdi. Beləliklə Atillanın qılıncı da onun əlinə keçmiş oldu. Andras 1039-cu Kiyev knyazı Yaroslavın qızı Anastasia ilə evləndi və ondan Solomon adlı bir oğlu oldu. Andrasdan sonra taxta qardaşı Bela keçdi. Belanın 1063-cü ildə ölümündən sonra taxta Andrasın oğlu Solomon keçdi. Solomon keçmiş kral Gezanın qardaşı Ladislav ilə taxt mübarizəsi apararkən anasından məsləhət istədi. Anası Anastasiya isə Bavariyalı Ottodan yardım istədi. (Otto, Müqəddəs Roma İmperiyasının ilk hökmdarı I Ottonun nəvəsi idi) Otto isə qarşılığında Anastasiyadan Atillanın qılıncını istədi. Anastasiya da verməyə məcbur oldu. Atillanın qılıncına sahib olmaq, Avropada bir şərəf sayılır və digər xalqlardan üstün olmanın nişanəsi kimi bilinirdi. Otto sonradan bu qılıncı 1084-cü ildə taxta çıxmış Müqəddəs Roma İmperatoru IV Henrixin atası III Henrixə verdi. Atillanın qılıncı daha sonra IV Henrix tərəfindən kürəkəni III Leopolda verildi. Daha sonra isə bu qılınc nəsildən-nəsilə ötürülərək Habsburq sülaləsinin əlinə keçdi. Halhazırda Vyanada Kunsthistorisches muzeyində Habsburq xəzinəsinin bir hissəsi kimi (Schatzkammer) qorunur.
İstinadlar
redaktə- ↑ Eyni dönəmdə Bizanslılar, Xəzər xaqanlığını Şərqi Türkiyə olaraq adlandırmışdılar
- ↑ "Arxivlənmiş surət". 2011-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-06.
- ↑ 1 2 3 Rene Grousset, The Empire of the Steppes
- ↑ "Arxivlənmiş surət". 2008-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-06.
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |