Arpa Xan - Wikipedia
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336).
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan | |
---|---|
monq. Арпа Кэүн хан | |
30 noyabr 1335 – 15 may 1336 | |
Əvvəlki | Əbu Səid Bahadur |
Sonrakı | Musa xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | II minillik |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Sultaniyə |
Fəaliyyəti | suveren[d] |
Atası | Səfyan Borucigin |
Anası | Hacı xatun |
Həyat yoldaşı | Sultan Satıbəy xatun |
Ailəsi | Çingizlilər |
Dini | islam |
Həyatı
redaktəArpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi Tulunun nəslindən idi. Arıq Buğa Münkə, Xubilay və Hülaku xanın ən kiçik qardaşı idi.[1] Onun babası Minqan xaqan Məlik Teymurun və Əməgən xatunun oğlu idi. İrana 1306-cı ildə - Ulcaytunun hakimiyyəti dövründə gəlmişdir.[2] O Arpa Gavon kimi də tanınırdı.[3]
Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı.[4] Hakimiyyətə gələrkən başında qızıl tac əvəzinə keçə və belində isə hakimiyyət rəmzi kimi sadə kəmər var idi.[5]
Hakimiyyəti
redaktəSultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana yürüş etdi və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu.[6] Hakimiyyətə gəldikdən sonra Əmir Çobanın dul qalmış həyat yoldaşı Sultan Satıbəy xatunla evlənmişdi.[4] Əmir Həsənə orduların baş komandanı titulu verilmişdi. O, İslam dininə etiqad etməyən və daha çox Çingiz xanın Yasasının tərəfdarı kimi xarakterizə edilən şəxsiyyətdir. Qazan və Əbu Səid kimi müsəlman xanlarının qanunlarına məhəl qoymurdu. Onun dövründə feodal müharibələri şiddətləndi. Həmdullah Qəzvini yazır ki, "bu dövrdə ölkədə çoxdan gözlənilən fitnə baş qaldırmışdı, dövlət əyanlarının hər birinin iddiası var idi, hər kəs öz nümayəndəsini səltənətə sahib etmək niyyətində idi". Əbu Səidi əvəz etmiş Arpa xanın mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün gördüyü tədbirlər nəticəsiz qaldı.
Oyratların bir hissəsi onun idarəçiliyini qəbul etmədi. Bu oyratların başçısı Bağdad hakimi Əli padşah idi. Əli padşah Əbu Səidin dayısı idi. Oyratlarla Arıq Buğanın nəsli arasında ənənəvi rəqabət var idi. Əbu Səidin həyat yoldaşı Dilşad xatun hələ hamilə olarkən Əli padşah Baydunun nəvəsi Musanın onun qanuni varisi olmasını irəli sürmüş və onu müdafiə etmişdir. [7] Şeyx Həsəni neytrallaşdırandan sonra Əli Padşah Arpa xana qarşı Marağa yaxınlığındakı Cağatu düzənliyində 29 aprel 1336-cı il tarixində döyüşə girmişdir. Arpa xanın ordusu 60 əmir tərəfindən idarə edilirdi. Bu əmirlər içərisində Diyarbəkir hakimi, Sutayın oğlu Hacı Tağay, Uyğur komandir Ögrünç, Torut, Ortuq şah (Alqunun oğlu) və əmir Çobanın oğlu Sorqan Sira. Əmirlərdən bəziləri - Mahmud ibn Əssən Qutluq və Sultanşah Nikruz Əli Padşahın tərəfinə keçərək Arpa xana xəyanət etmişdi. Döyüş Arpa xanın məğlubiyyəti və Sultaniyyənin ələ keçirilməsi ilə nəticələnmişdir. Arpa xan 15 may 1336-cı ildə Mahmudşahın oğlu Əmir Cəlaləddin Məsud şah tərəfindən öldürülmüşdür.
Arpa xandan sonra hakimiyyətə Baydunun nəvəsi Musa xan gətirildi.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Touraj Daryaee (2012). The Oxford Handbook of Iranian History –. Oxford University Press, USA. p. 265. ISBN 978-0199732159.
- ↑ Jackson, Peter (2017-04-04). The Mongols and the Islamic World: From Conquest to Conversion. Yale University Press. p. 206. ISBN 978-0-300-22728-4
- ↑ Touraj Daryaee (2012). The Oxford Handbook of Iranian History –. Oxford University Press, USA. p. 265. ISBN 978-0199732159.
- ↑ 1 2 3 "Arpa xan - Encyclopedia Iranica". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.
- ↑ Lane, George (2018-01-25). A Short History of the Mongols. Bloomsbury Publishing. p. 141. ISBN 978-1-78673-339-9.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007, s. 26
- ↑ Landa, Ishayahu (2016). "Oirats in the Ilkhanate and the Mamluk Sultanate in the Thirteenth to the Early Fifteenth Centuries: Two Cases of Assimilation into the Muslim Environment (MSR XIX, 2016)". The Middle East Documentation Center (MEDOC).
Xarici keçidlər
redaktəSƏLƏF Sultan Əbu Səid Bahadur xan |
Sultan Arpa xan Elxanilər |
XƏLƏF Sultan Musa xan |