Elxani Hokmdarlarinin Siyahisi - Wikipedia
Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur.
Elxani hökmdarlarının siyahısı | |
---|---|
Ölkə | |
Hissəsidir | Çingizlilər |
Banisi | Hülakü xan |
Sonuncu hökmdar | Loğman xan |
Əsası qoyulub | 1256 |
Soyun kəsilməsi | 1357 |
Milliyyət | Monqol |
Vikianbarda əlaqəli mediafayllar |
Siyahı
redaktə
Şah sülalələri
Knyaz sülalələri
Xan sülalələri
|
- Hülakü xan (1256-1265)
- Abaqa xan (1265-1282)
- Əhməd Təkudar xan (1282-1284)
- Arqun xan (1284-1291)
- Keyxatu xan (1291-1295)
- Baydu xan (1295)
- Sultan Mahmud Qazan xan (1295-1304)
- Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1316)
- Əbu Səid Bahadur xan (1316-1335)
- Arpa Xan(1335-1336)
- Sultan Musa xan (1336-1337)
- Məhəmməd xan (1336-1338)
- Sultan Satıbəy xatun (1338-1339)
- Süleyman xan (1339-1343)
- Cahan Teymur (1339-1340)
- II Qazan xan (1356-1357)
Dinləri
redaktəHülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir.[1] Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir.[2] Arqun xan vəftiz edilsə də buddist idi.[3] Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi.[4][5] Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.[6] Sultan Məhəmməd Xudabəndə Olcaytu xan vəftiz edilsədə daha sonra əvvəl buddizmi, sonra isə İslamı qəbul etmişdir.[7]
Nəsil ağacı
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Hildinger, Erik (1997). Warriors of the Steppe: A Military History of Central Asia, 500 B.C. to 1700 A.D. Da Capo Press. ISBN 0-306-81065-4.
- ↑ Runciman, Steven (1987 (first published in 1952-1954)). A History of the Crusades 3. Penguin Books. ISBN 978-0-14-013705-7.
- ↑ Mantran, Robert (Fossier, Robert, ed.) "A Turkish or Mongolian Islam" in The Cambridge Illustrated History of the Middle Ages: 1250-1520, p. 298
- ↑ Atwood, Christopher P. (2004). The Encyclopedia of Mongolia and the Mongol Empire. Facts on File, Inc. ISBN 0-8160-4671-9.
- ↑ Jackson, Peter (2005). The Mongols and the West, 1221-1410. Longman. ISBN 0-582-36896-0.
- ↑ Richard Foltz, Religions of the Silk Road, Palgrave Macmillan, 2nd edition, 2010, p. 120 ISBN 978-0-230-62125-1
- ↑ Histoire de l'Empire Mongol, Jean-Paul Roux, p.408