Arif Abbasov Futbolcu - Wikipedia
Arif Mikayıl oğlu Abbasov (23 iyul 1945, Bakı – 14 iyun 2009, Naxodka, Primorsk diyarı) — futbolçu, məşqçi, hakim.
Arif Abbasov | |
---|---|
Ümumi məlumatlar | |
Tam adı | Arif Mikayıl oğlu Abbasov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Mövqeyi | hücumçu |
Həyatı
redaktəArif Mikayıl oğlu Abbasov 23 iyul 1945-ci ildə Bakıda doğulub. Azərbaycan futbolunun yetirməsi 1964 – 1974-cü ildə Tomsk şəhərinin müxtəlif komandalarında çıxış edib. Həmçinin, o, Tomsk Dövlət Pedeqoji İnstitutunun Bədən tərbiyəsi fakültəsini bitirib. Futbolçu karyerasını başa vurduqdan sonra hakimliyə başlayan Abbasov Rusiya çempionatının oyunlarına hakim-inspektor qismində təyinat almaqla yanaşı, Tomsk Futbol Federasiyasına rəhbərlik edib. O, 14 iyun 2009-cu ildə hakim-inspektor qismində təyinat aldığı II divizionun "Okean" – "Smena" görüşündən öncə infarktdan dünyasını dəyişib. Abbasov Rusiyada futbol üzrə qış turnirinin əsas təşkilatçılarından biri olub.
İstinadlar
redaktəBu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |