Antoni Martial - Wikipedia
Anthony Joran Martial (5 dekabr 1995[2][3], Massi[d]) — İngiltərənin Mançester Yunayted klubunda və Fransa milli yığmasında hücumçu mövqeyində çıxış edən fransız futbolçudur. O, Avropada 21 yaş altı ən yaxşı gənc futbolçuya təqdim olunan 2015 "Golden Boy" mükafatının sahibidir.[5]
Anthony Martial | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Anthony Martial | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Anthony Joran Martial[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 dekabr 1995[2][3] (29 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Massi, Fransa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Fransa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,84[4] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 76 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sağ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Mançester Yunayted | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Fransanın Les Ulis klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra, peşəkar futbolçu karyerasına Olimpik Lion klubunda başlamış və 2013-cü ildə 6 milyon avro qarşılığında Monako klubuna transfer olmuşdur. Burada iki il çıxış etdikdən sonra isə 2015-ci ildə 36 milyon funt-sterlinq (bonuslarla birlikdə 57.6 milyon funt-sterlinq) qarşılığında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur.[6] Martial Mançester Yunayted forması ilə çıxdığı ilk görüşdə qol vurmağı bacarmış və Premyer Liqada çıxış etdiyi ilk ayda "Ayın futbolçusu" mükafatına layiq görülmüşdür.
Antoni Martial Fransa milli yığması ilə ilk oyununa 2015-ci ildə çıxmış və milli komandanın heyətində UEFA Avro 2016 turnirində iştirak etmişdir.
2024-cü ilin iyun ayında Antoninin klubdan ayrılacağı bilindi.
Milli yığma
redaktəMartial Fransanın fərqli yaş kateqoriyalarında çıxış etdi və bu dövrdə 58 oyunda 25 qol vurmağı bacardı. 26 avqust 2015-ci il tarixində isə Portuqaliya və Serbiya komandalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərində iştirak etmək üçün milli yığmaya dəvət aldı.[7] Milli yığma forması ilə 4 sentyabr 2015-ci ildə Lissabon şəhərinin Estadio Xose Alvalade stadionunda çıxdığı ilk görüşdə Kərim Benzemanın yerinə sonradan daxil oldu və Fransa bu görüşdə 1-0 hesabı ilə qələbə qazandı. 11 oktyabr 2015-ci il tarixində isə 2-1 qalib gəldikləri Danimarka qarşılaşmasında millinin heyətində ilk dəfə start heyətdə meydana daxil oldu və bir məhsuldar ötürmə ilə yadda qaldı.[8]
Şəxsi həyatı
redaktəMartial əslən Qvadelupa adalarındandır.[9] Onun böyük qardaşı Yohan da peşəkar futbolçudur. O, Fransanın Troyes klubunda müdafiəçi mövqeyində çıxış edir. Onun digər böyük qardaşı olan Dorian isə Les Ulis klubunun aşağı yaş qruplarında çıxış edir. Məşqçiləri Martialı xasiyyət cəhətdən daim sakit biri kimi təsəvvür edirlər. Dini baxımdan xristianlığın katolik məzhəbinə etiqad etdiyi bilinir.[10]
Karyera statistikası
redaktəKlub
redaktəSon yeniləmə:21 sentyabr 2017
Klub | Mövsüm | Liqa | Milli kubok | Liqa Kuboku | Avropa | Başqa | Cəmi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Lion | 2012-13 | Liqa 1 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | — | 4 | 0 | |
Monako | 2013-14 | Liqa 1 | 11 | 2 | 3 | 0 | 1 | 0 | — | — | 15 | 2 | ||
2014-15 | Liqa 1 | 35 | 9 | 3 | 2 | 3 | 1 | 7 | 0 | — | 48 | 12 | ||
2015-16 | Liqa 1 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 1 | — | 7 | 1 | ||
Cəmi | 49 | 11 | 6 | 2 | 4 | 1 | 11 | 1 | — | 70 | 15 | |||
Mançester Yunayted | 2015-16 | Premyer Liqa | 31 | 11 | 7 | 2 | 2 | 1 | 9 | 3 | — | 49 | 17 | |
2016-17 | Premyer Liqa | 25 | 4 | 3 | 1 | 3 | 2 | 10 | 1 | 1 | 0 | 42 | 8 | |
2017-18 | Premyer Liqa | 5 | 3 | 0 | 0 | 1 | 1 | 1 | 0 | 0 | 0 | 7 | 4 | |
Cəmi | 61 | 18 | 10 | 3 | 6 | 4 | 20 | 4 | 1 | 0 | 98 | 29 | ||
Karyera cəmi | 113 | 29 | 16 | 5 | 10 | 5 | 32 | 5 | 1 | 0 | 172 | 44 |
Milli komanda
redaktəSon yeniləmə:10 oktyabr 2016
Milli komanda | İl | Oyun | Qol |
---|---|---|---|
Fransa | 2015 | 6 | 0 |
2016 | 9 | 1 | |
Total | 15 | 1 |
Milli komandada qollar
redaktəSon yeniləmə:10 oktyabr 2016
No. | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Turnir |
---|---|---|---|---|---|---|
1 | 1 sentyabr 2016 | San Nikola stadionu, Bari, İtaliya | İtaliya | 1–0 | 3–1 | Yoldaşlıq |
Uğurları
redaktəKlub
redaktəMançester Yunayted
- FA kuboku: 2015-16,2023-24
- Liqa kuboku: 2016-17,2022-23
- UEFA Avropa Liqası: 2016-17[11]
- İngiltərə Super kuboku: 2016
Beynəlxalq
redaktəFransa
- UEFA Avro 2016: İkinci yer
Şəxsi
redaktə- UEFA U-19 Avropa Çempionatı: Turnirin heyəti (2013)
- Premyer Liqada "Ayın futbolçusu": Sentyabr 2015[12]
- Golden Boy: 2015
- Mançester Yunayteddə "Sezonun ən yaxşı qolu": 2015-16 (Liverpula qarşı, 12 sentyabr 2015)[13]
- Premyer Liqa Goal Cup: 2015-16[14]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Squads for 2016/17 Premier League confirmed". Premier League. 1 sentyabr 2016. 2020-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ 1 2 Anthony Martial // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Anthony Martial // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
- ↑ "Anthony MARTIAL". anthonymartial-official.com. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "Anthony Martial wins Golden Boy award - Official Manchester United Website". www.manutd.com. 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "Anthony Martial could cost Man United £57.6 million – Monaco vice-president". ESPNFC.com. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
- ↑ "Deschamps calls up Martial, leaves out Sakho". FourFourTwo. 28 avqust 2015. 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "Giroud at the double as France see off Denmark". UEFA. 11 oktyabr 2015. 2015-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "Un transfert ultra médiatique pour LE [sic] Guadeloupéen Anthony Martial". 2015-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "Worst case scenario for Manchester United striker Anthony Martial as lover and ex-wife team up". 24 iyul 2016. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "Ajax 0 Manchester United 2: Jose Mourinho's team make Manchester proud as they win the Europa League". 2020-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "Martial named Barclays Player of the Month". ManUtd.com (Manchester United). 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "MARTIAL'S DEBUT STRIKE WINS GOAL OF THE SEASON AWARD". ManUtd.com (Manchester United). 2 may 2016. 3 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ "MARTIAL WINS TWITTER GOAL CUP". ManUtd.com (Manchester United). 26 may 2016. 14 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
Xarici keçidlər
redaktə- France profile Arxivləşdirilib 2015-07-11 at the Wayback Machine FFF-də
- Antoni Martial karyera statistikaları Soccerbase-də