Anni Fiser - Wikipedia
Anni Fişer (mac. Fischer Annie; 5 iyul 1914[1][2][…], Budapeşt – 10 aprel 1995[2][3], Budapeşt) — yəhudi əsilli macar pianoçusu. Təsirli ifası, "danışan", canlı səsləri, nəfis özünəməxsusluğu ilə daha da məşhurlaşmışdır.
Anni Fişer | |
---|---|
mac. Fischer Annie | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt, Avstriya-Macarıstan |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Budapeşt, Macarıstan |
Dəfn yeri | Farkaşreti qəbiristanlığı |
Vətəndaşlığı | Macarıstan |
Milliyyəti | yəhudi |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
pianoçu pedaqoq |
Janr | klassik musiqi |
Musiqi aləti | fortepiano |
Albom şirkətləri | Hungaroton[d], EMI[d], Doyçe Qrammofon[d] |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAnni Fişer[4] 5 iyul 1914-cü ildə anadan olmuşdur. 1922-ci ildə, 8 yaşında ikən Budapeştdə Bethovenin 1 saylı konsertini ifa etmişdir. Ferens List Musiqi Akademiyasında tanınmış pianoçular Arnold Sekey və Ernst fon Donanyinin sinfində təhsil almışdır. 1933-cü ildə Ferens List adına 1-ci Beynəlxalq Müsabiqənin qalibi olmuşdur. 1940-cı ildə Macarıstan Berlin-Roma-Tokio oxu ölkələrinin ittifaqına qoşularkən həyat yoldaşı ilə birlikdə İsveçə qaçmış və 1946-cı ildə yenidən Budapeştə qayıtmışdır. Ferens List Musiqi Akademiyasında dərs demiş, 1965-ci ildə isə professor adına layiq görülmüşdür.
1926-cı ildə etibarən konsertlər vermişdir. Tamaşaçılar həmişə pianoçunu böyük şövqlə qarşılayır və hətta onun çıxışlarını Svyatoslav Rixterin ifasına bənzədirdilər. Fişerin əsas repertuarını Mosart, Bethoven, Şubert və Şuman kimi bəstəkarlar təşkil edirdi. Lakin pianoçu həmin sıraya List, Bartok, Koday kimi həmvətənlərinin də əsərlərini əlavə etmişdi. Avropa ölkələrində ABŞ-da, Kanadada, SSRİ-də qastrol proqramları ilə çıxış etmişdir.
Verdiyi konsertlər zamanı yazılmış bütün səsyazmaların buraxılışına qəti surətdə etirazını bildirmişdir. Fişer fikrini izah edərək, həmin səsyazmaların orijinal ifanın mükəmməlliyini əks etdirmədiyini əsas gətirirdi. Digər tərəfdən, studiya yazılışının da əleyhinə çıxırdı. Pianoçunun fikrincə canlı tamaşaçı kütləsi olmadan istənilən ifa edilmiş əsər qeyri-təbiilik nümunəsidir. Eyni zamanda, 1977-ci ildən etibarən Bethovenin bütün sonataları üzərində çalışaraq, həyatının 15 ilini studiya işinə sərf etmişdir. Bu silsilə Fişerin sağlığında işıq üzü görməsə də, sonradan yüksək qiymətləndirilmişdir.
Anni Fişer 10 aprel 1995-ci ildə vəfat etmiş və Farkaşreti qəbiristanlığında dəfn olunmuşdur.[5]
Ailəsi
redaktə- Həyat yoldaşı (1937-ci ildən) — Alador Tot (1898–1968), musiqişünas, tənqidçi.
Rəylər
redaktəSovet musiqişünasları Yakov Platek və Lev Qriqoryevin fikrincə, "onun interpretasiyasının hər bir müxtəlifliyini güclü həyatverici qüvvə və nikbinlik birləşdirir. Bu o demək deyil ki, Anni Fişer dramatizmdən, kəskin təzadlardan və dərin həyəcanlardan uzaqdır. Əksinə, məhz musiqidə, bütöv romantik yüksəliş və böyük ehtiraslar sona qədər onun istedadını meydana çıxarır. Lakin bununla yanaşı, musiqiçinin ifasında daima fəal, iradi, təşkilati başlanğıc, özündə fərdiliyi əks etdirən hansısa "müsbət enerji" mövcuddur".[6]
Xatirəsi
redaktə2014-cü ilin aprelində Macarıstan Dövlət Opera Teatrında Anni Fişerin anadan olmasının 100 illiyi münasibətilə konsert təşkil edilmişdir.[7].
Mükafatlar
redaktə- Koşut Mükafatı (1949, 1955, 1965)
- "Qırmızı əmək bayrağı" ordeni (1974)
- Xidmətlərə görə Orden (Macarıstan) (1994).
İstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Annie Fischer // FemBio database (alm.).
- ↑ Anni Fischer // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ İjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, p.50. ISBN 978 2 3505 5192 0.
- ↑ "Annie Fischer" (ingilis). Find a Grave. 2014-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
- ↑ Григорьев Л., Платек Я. Современные пианисты. — 2-е изд., испр. и доп. — М.: Советский композитор, 1990.
- ↑ "Fischer Annie-emlékkoncert az Operaházban" (macar). Nagyar Hírlap online. 2014-04-01. 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-15.
Xarici keçidlər
redaktə- Unofficial Website: Annie Fischer Legendary Pianist (with Biography, Discography, Concertography and Rare Photos) created and managed by Yuan Huang, Dec.2014
- "Фишер Анни (р. 5. VII 1914 — 10. IV 1995)" (rus). Все пианисты. İstifadə tarixi: 2017-04-15.
- Anni Fişer (ing.) Discogs saytında