Anacamptis Laxiflora - Wikipedia
Anacamptis laxiflora (lat. Anacamptis laxiflora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
Anacamptis laxiflora | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Anacamptis laxiflora |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Botaniki təsviri
redaktəÇoxillik, 60-80 sm hündürlükdə olan bitkidir. Kökyumrusu ellipsvari, 2,5 sm-ə qədər uzunluqdadır. Yarpaqları dar xətvarilansetvari, uzunsivridir. Çiçəkqrupu 10- 40 sm uzunluqda, boş yerləşən çiçəklidir. Çiçəkaltlığı lansetvari, iti, sarğıdan uzundur. Çiçəkləri tünd və ya açıq fırfır rənglidir. Dodaqcığı pazvari daralmış, ağtəhər rəngli, 10-15 mm uzunluqda, orta bölümü inkişaf etməmiş ağtəhər rəngli, fırfır ləkəli kənar bölümləri demək olar ki, rombvaridir. Mahmızı silindrvari, əyilmiş, sarğıya bərabərdir.
Azərbaycanda yayılması
redaktəBQ qərbi hissəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Bataqlıqlarda, meşə kənarlarında bitir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Herorchis laxiflora (Lam.) D.Tyteca & E.Klein
- Orchis laxiflora Lam.
- Orchis palustris subsp. laxiflora (Lam.) Batt.
- Paludorchis laxiflora (Lam.) P.Delforge
Yarımnövləri
redaktə- Anacamptis laxiflora subsp. dielsiana (Soó) H.Kretzschmar, Eccarius & H.Dietr.
- Anacamptis laxiflora subsp. dinsmorei (Schltr.) H.Kretzschmar, Eccarius & H.Dietr.
- Anacamptis laxiflora subsp. laxiflora