Amerikalilar Teleserial 2013 - Wikipedia
Amerikalılar (ing. The Americans) — Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq ideya müəllifi və rejisoru olduğu ABŞ teleserialı.[3] Serial dram janrındadır. Serialın premiyerası 30 yanvar, 2013-cü ildə ABŞ-nin FX kanalında olmuşdu və 3-cü mövsümü 22 aprel, 2015-ci ildə tamamlanmışdı.
Amerikalılar | |
---|---|
ing. The Americans | |
Janr | Dram filmi |
İlk baxış tarixləri | 5 fevral 2014[2] |
Rejissor |
Co Uayzberq Coel Filds Qrem Yost Qavin O'Konnor Tomas Şlamme Castin Falvey Derril Frank |
Yaradıcısı | Co Uayzberq |
Rollarda | |
İstehsalçı ölkə | ABŞ |
İl | 2013 |
Dil | İngilis dili, Rus dili |
İlk çıxış tarixi | 30 yanvar, 2013 |
Növü | Teleserial |
Rəng | Rəngli |
Mövsüm sayı | 6 |
Seriya sayı | 75 |
Seriya vaxtı |
42-50 dəqiqə 69 dəqiqə (Pilot)[1] |
Davametmə müddəti | 30 yanvar, 2013 - indiyədək |
Telekanal | FX |
IMDb | ID2149175 |
fxnetworks.com/theameric… | |
Vikianbarda əlaqəli mediafayllar |
Serialın mövzusu 1980-ci illərin əvvəllərində - Soyuq Müharibə dövründə Vaşinqtonda evli amerikalı ailə maskası altında gizlənən iki SSRİ Dövlət Təhlükəsizlik Komitəsi agenti - Elizabet və Flip Cenninqs, onların sirlərindən xəbərsiz Peyc və Henri və qonşuları olan FTB əks-kəşfiyyat agenti Stan Biman haqqındadır.[4]
31 mart, 2013-cü ildə FX kanalı serialın 13 seriyadan ibarət 4-cü mövsümünün çəkildiyini elan etdi. Bu mövsümün premiyerası 16 mart 2016-cı ildə olacaq.[5][6]
İstehsal
redaktəKonsepsiya
redaktəAmerikalılar keçmiş Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq tərəfindən yaradılıb.[3] Baxmayaraq ki, serial casusluq xarakterlidir, Uayzberq evlilik mövzusunu əsas hədəfdə saxlayıb.[7] Hekayə əsasən Cenninqslərin şəxsi və peşəkar həyatına yönəlsə də, bəzən hekayəyə real həyat hadisələri də daxil edilir. Yaradıcısı daha çox evlilik haqqında serial kimi xarakterizə edir.[8] "Amerikalılar evliliyin tam özəyində durur. Beynəlxalq əlaqələr insan münasibətləri üçün sadəcə alleqoriyadır. Evlilikdə və uşaqlarla mübarizə aparmaq bəzən ölüm dirim məsələsidir. Flip və Elizabet üçün bu tez-tez yaşanır." [9] Baş rejissor Coel Filds serialı müxtəlif səviyyəli gerçəkliklərlə işləmək kimi təsvir edir : Elizabet və Flipin uydurma evliliyi və Soyuq Müharibə dövründə real həyatın personajları əhatə etməsi.[9]
—Co Uayzberq, Amerikalılar-ın yaradıcısı və serialdan məsul şəxs[8]
MKİ-də işləməsini səhv kimi qəbul etsə də, Uayzberqin bu təcrübəsi serialda hekayələrin təkmilləşdirməsinə,[10] real həyat hadisələrinə əsaslanmasına [10] və təlim müddətində öyrəndiklərinin əlaqələndirməsinə kömək edib.[11] Ailəsi ilə birlikdə ölkədən xaricdə xidmət edən agentlərdən eşitdiyi hekayələr Uayzberqi heyran etmişdi.[11] O bir şəxsin deyil, ailənin cəsus olduğu konsepsiyanı televiziyaya gətirməklə maraqlanırdı.[11] MKİ-nin ona təsadüfən cəsuslar haqqında serial yaratmağa necə ideya verdiyini o belə izah edir : "Mən poliqraf testinə girdikdə onlar mənə belə bir sual verdilər ki, Siz daha sonra kəşfiyyat kollektivi haqqında məlumat toplayaraq yazıçı olmaq məqsədilə MKİ-də işə başlamaq istəyirsiniz?. Bu mənim heç ağılma gəlməmişdi. Mən MKİ-yə sadəcə cəsus olmaq istəydiyim üçün işə düzəlirdim. Onlar sualı təkrarladıqda mən düşündüm ki, testi keçə bilməyəcəm."[12]
Uayzberq pilot mətnini yazarkən Qanunsuzlar Proqramından ilham almışdı. Onun tədqiqat materialları Vasili Mitroxinin Soyuq Müharibə dövrüna aid qeydləri və MKİ-dəki köhnə iş yoldaşları ilə olan söhbətləri olmuşdu.[7] Baxmayarq ki, Qanunsuzlar Proqramı müasir dövrə aiddir və ən pik nöqtəsinə 2010-cu ildə çatmışdı, o bunun 1980-ci illərin əvvələri kimi göstərmişdi. Uayzberq bunun "müasir dünyaya tətbiqi gözəl ideya kimi görünmədiyini" deyir və əlavə edir ""Həmin dövrdə (2010-cu ildə) insanlar bundan şok olmuşdular və Rusiya ilə artıq düşmən kimi görünmədiklərini əsas gətirərək bu skandaldan imtina edirdilər. Bunun də əlacı serialı Soyuq Müharibə dövrünə geri qaytarmaq idi. İlk əvvəl mən 70-ci illərə müraciət etmək istədim, çünki o dövrün saç dəbi və musiqisini sevirdim. Amma Ronald Reyqanın şeytan imperiyası haqqında qışqırdığı 80-ci illərdən daha yaxşı bir seçim olduğunu düşünə bilərdiniz?"[7]
İnkişaf
redaktəAn Ordinary Spy əsərini oxuduqdan sonra Qrem Yost Uayzberqin cəsus janrında seriallar üçün də senari yazdığını öyrənir. Bu senariləri oxuduqdan sonra onun həddən artıq gözəl olduğunu kəşf edir. Bu isə ona serialı inkişaf etdirməkdə motivasiya olur.[13] Pilot seriyanın çəkilişinə 2012-ci ilin may ayında başlanılmış, iyun ayının ortasında tamamlanmışdı. I mövsümün çəkilişlərinə 2012-ci ilin noyabr ayında Nyu York şəhərində başlanılmışdı. Filmin yaradıcı heyəti əsasən Vaşinqtona bənzər yerləri seçmişdilər. Çəkilişlərin ilk dövründə Sendi qasırğası səbəbi ilə meydana gələn daşqınlar gecikməyə səbəb olmuşdu.[14] II mövsümün çəkilişlərinə 2013-cü ilin oktyabr ayında[10], III mövsümün çəkilişləri 2014-cü ilin oktyabr ayında[15] başlanılmışdı.
Aktyorların seçimi
redaktəUayzberqin öz dediyinə görə, kastinqlər başlamadan əvvəl serialın ulduzunun kim olacağı haqqında heç birfikri yox idi.[16] FX-in rəhbəri Con Landqraf Keri Rasselin serialda rol təklif etmək haqqında düşünürdü.[16] DreamWorks şirkətinin kastinq müdiri Lesli Feldman Metyu Risin oyununu görmüş və onu Uayzberqə tövsiyə etmişdi.[16] Rassel və Ris bir necə il əvvəl qonaqlıqda tanış olsalar da bir-birlərini yaxşı tanımırdılar.[17] Onları seriala cəlb edən rollarının bir-birilə olan əlaqəsi idi. Ris deyir :"Bir çox çətin riskə girərək həyatlarını inanılmaz qədər qəribə yaşayan iki insan var, evlilikləri təmamilə yalandır və ilk seriyanın sonunda onlar sanki bir-birlərini yenidən tanıyırlar."[17]
Rassel pilot mətnini "maraqlı" olaraq xarakterizə edərək deyir: "Bu prosessual üsuldan çox uzaqdır. Və mən bunu istədiyimi bilmirdim. Mən heçnə etmək istəmirdim.(Gülür) Amma bunun haqqında düşünmədən dayana bilmirdim. Onu oxudum və anlamağa çalışdım, çünki bu çox aydın deyildi. Hələ də mənə aydın deyil. Amma burda bir çox səviyyələr var."[18] Ris öz rolu barədə deyir : "Onun çox yönlü və çox istiqamətli olması onun üçün hədiyyə idi. Və siz onunla tanış olduqda o, həyatında bütün hər şeyin dəyişdiyi nöqtədə idi. Siz hər şeyi görürsünüz. Siz kunq-fu, emosional səhnələr və maskalanmağı görürsünüz. Bu bir aktyor üçün tam paketdir. Bu xəyaldır."[18] Noa Emeriç əvvəllər serialdakı rol haqqında tərəddütdə idi. O izah edir : "Həqiqət budur ki, mən ən əvvəldən düşünürdüm ki, silah və döş nişanı gəzdirəcəyim bir serialda oynamaq istəmirdim. Mən silah və döş nişanları ilə işimi bitirdim. Mən artıq bunu istəmirəm. İlk dəfə senarini oxuyanda fikirləşdim : "Bəli, bu çox maraqlı və yaxşıdır, lakin mən FTB agenti olmaq istəmirəm."[19] Yaxın dostu olan ilk seriyanın rejisoru Qavin O'Konnor onu rola daha diqqətlə nəzər salması üçün razı saldı.[19] Emeriç ailəsi və evliliyindən də cavabdeh olduğunu gördü. "Bu, həqiqətən maraqlı idi və həqiqətən ağıllı və qeyri-adi idi və tamamilə yeni idi."[19]
Birinci mövsüm bitdikdən sonra Sandra Biman, Nina və Marta Hanson rollarını ifa edən Suzan Misner, Annet Mahendru və Alison Rayt serialın ikinci mövsümün başlanğıcından əsas heyətinə daxil edildi.[20][21] İlk iki mövsüm bitdikdən sonra isə Arkadi İvanoviç Zotov rolunu ifa edən Lev Qorn üçüncü mövsümün əsas heyətinə qoşuldu.[22]
Çəkiliş və məkanlar
redaktəSerial Nyu-York şəhərinin[23] Bruklin bölgəsində yerləşən Eastern Effects Studios-da çəkilir.[24] Bundan başqa Mamaronek,[25] Koni Aylend küçəsi,[26] Kyu Qardnz,[27] Morninqsayd Heyts,[28] və Farminqdeyldə[29] də çəkilişlər aparılır.
Aktyorlar və rollar
redaktəRus personajların soyadları tam açıq şəkildə ifadə olunmur. Sovet səfirliyində çəkilən səhnələrdə personajlar bir-birinə səmimi və hörtmətlə xitab edirlər, lakin soyadlardan istifadə etmirlər. Əsasən İvanoviç, Serqeyevna kimi istifadə edirlər.
Əsas rollarda
redaktəAktyorun (aktrisanın) adı | Personajın adı | Qeyd |
---|---|---|
Keri Rassell | Elizabet Cenninqs | DTK agenti |
Metyu Ris | Flip Cenninqs | DTK agenti |
Holli Teylor | Peyc Cenninqs | Flip və Elizabetin qızı |
Keydriç Sellati | Henri Cenninqs | Flip və Elizabetin oğlu |
Noa Emmeriç | Stan Biman | FTB agenti |
Maksimiliano Hernandez | Kris Amador | FTB agenti |
Suzan Misner | Sandra Biman | Stanın həyat yoldaşı |
Annet Mahendru | Nina Serqeyevna Krilova | Sovet səfirliyinin işçisi |
Riçard Tomas | Frenk Qaad | FTB nəzarətçisi |
Alison Rayt | Marta Hanson | Qaadın katibəsi |
Lev Qorn | Arkadi İvanoviç Zotov | Sovet səfirliyində rezident |
Kosta Ronin | Oleq İqoreviç Burov | Sovet səfirliyində elm və texnologiya mütəxəssisi |
Köməkçi rollarda
redaktəAktyorun (aktrisanın) adı | Personajın adı | Qeyd |
---|---|---|
Marqo Martindeyl | Klaudiya | Cenninqslərin DTK nəzarətçisi |
Danyel Flaerti | Metyu Biman | Stanın oğlu |
Piter Von Berq | Vasili Nikolayeviç | Sovet səfirliyinin keçmiş rezident |
Derek Lyuk | Qriqori | DTK-ya işləyən köhnə qaradərili hüquq müdafiəsi hərəkatçısı və Elizabetin keçmiş sevgilisi |
Ren Şmidt | Keyt | Cenninqslərin yeni DTK nəzarətçisi |
Kelli OKoyn | Pastor (Keşiş) Tim | Peyc Cenninqsin üzv olduğu kilsənin rəhbəri |
Frenk Lancella | Qabriel | Cenninqslərin keçmiş DTK nəzarətçisi |
Seriyalar
redaktəMövsüm | Seriyaların sayı | Yayım tarixi | ||
---|---|---|---|---|
İlk yayım | Sonuncu yayım | |||
1 | 13 | 30 yanvar 2013 | 1 may 2013 | |
2 | 13 | 26 fevral 2014 | 21 may 2014 | |
3 | 13 | 28 yanvar 2015 | 22 aprel 2015 | |
4 | 13[30] | 16 mart 2016[6] | 8 iyun 2016[31] |
Ümumi sujeti şəxsiyyətlərini uşaqları və ətrafdakılardan gizlədərək Elizabet və Flip Cenninqs adlı amerikalı cütlük roluna bürünən KQB-nin 1-ci Baş İdarəsinin agenti Nadejda və Mişanın Ronald Reyqan-nın ABŞ prezidenti seçilməsindən qısa bir müddət sonra gizli kəşfiyyat əməliyyatları aparması təşkil edir.
1-ci mövsümdə Stan Biman rezidenturada işləyən Nina Krilovanı amerikalı cəsusa çevirir. Biman öz dostunun qətlində şübhəli bildiyi gənc və təcrübəsiz DTK agenti Vladı öldürdükdən sonra Nina rezidenturada cəsusluğunu etiraf edərək üçlü agentə çevrilir. Mövsüm sonunda Nina Elizabetin tutulması üçün hazırlanan əməliyyatı puça çıxarır, lakin Elizabet ağır yaralanır.
2-ci mövsümdə Cenninqslər ABŞ-nin yeni gizli təyyarə hazırlanması cəhdi haqqında məlumat toplamağa çalışırlar. Həmçinin 1-ci Baş İdarənin öldürülən iki əməkdaşının qətlini də araşdırırlar. Cinayətdən məsul olduğunu düşündükləri hərbi donanma kapitanı olan Larriki şantaj edərək ondan Nikaraqua Kantralarının təlim-məşq məəntəqəsinə girmələri üçün şərait yaratmasını tələb edirlər. Mövsümün sonunda Lienn və Emmetin oğlu Cared onların DTK-ya işlədiyini öyrənərək onları öldürür. Bundan sonra onlar Klaudiya ilə görüşürlər. Klaudiya onlara qızları Peycin "İkinci nəsil qanunsuzlar" proqramına seçildiyini açıqlayır. Beləcə o, problemsiz olaraq FTB və MKİ-də işə düzələ bilər.
3-cü mövsümdə Cenninqslər öz sirlərini Peycə açıqlamağın stresini yaşayırlar.
Qəbul
redaktəTənqidçilərin mövqeyi
redaktəMükafatlar və nominasiyalar
redaktəİstinadlar
redaktə- ↑ "The Americans". Amazon.com. October 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 4, 2016.
- ↑ IMDb (ing.). 1990.
- ↑ 1 2 Holson, Laura M. "The Dark Stuff, Distilled". The New York Times. March 29, 2013. February 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2013.
- ↑ Harnick, Chris. "'The Americans': FX Orders Cold War Spy Series Starring Keri Russell". The Huffington Post. August 9, 2012. October 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2012.
- ↑ Hibberd, James. "The Americans renewed for season 4". Entertainment Weekly. March 31, 2015. April 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2015.
- ↑ 1 2 Wagmeister, Elizabeth. "'The Americans' Season 4 Premiere Date Revealed". Variety. January 16, 2016. May 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2016.
- ↑ 1 2 3 Waxman, Olivia B. "The real CIA behind 'The Americans'". Time. January 30, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2013.
- ↑ 1 2 Arnold-Ratliff, Katie. "Spy vs. Spy: A Q&A with The Americans Creator Joe Weisberg". Time. March 12, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
- ↑ 1 2 Thomas, June. "A Conversation With The Americans Showrunners Joe Weisberg and Joel Fields". Slate. January 31, 2013. August 11, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
- ↑ 1 2 3 Leeds, Sarene. "'The Americans' Invade New York's Paley Center". Rolling Stone. October 5, 2013. January 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
- ↑ 1 2 3 "DIRECTV Interview: The Americans Masterminds Joe Weisberg and Joel Fields". DirecTV. April 24, 2013. October 19, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
- ↑ Bernstein, Paula. "'The Americans' Changes Focus in Season Two and Other Intel from PaleyFest". Indiewire. October 7, 2013. October 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2013.
- ↑ Brioux, Bill. "The Americans debuts on FX Canada Jan. 30". The Canadian Press. January 30, 2013. February 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2013.
- ↑ "FX's 'The Americans' Studio Flooded by Hurricane Sandy; Shooting Delayed (Exclusive)". TheWrap TV. November 7, 2012. March 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2013.
- ↑ Sarkar, Samit. "'The Americans' cast and creators preview season 3 at New York Comic Con". Polygon. October 20, 2014. December 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 29, 2014.
- ↑ 1 2 3 Radish, Christina. "Creators Joseph Weisberg and Joel Fields Talk THE AMERICANS Season Finale, Crafting the Cliffhanger, Season 2, and More". Collider. December 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
- ↑ 1 2 Egner, Jeremy. "The Spy Who Married Me: Keri Russell and Matthew Rhys on 'The Americans'". The New York Times. January 24, 2013. December 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
- ↑ 1 2 Prudom, Laura. "'The Americans' Premiere: Keri Russell And Matthew Rhys Talk Sex, Spy Games And America Vs. Russia". The Huffington Post. January 30, 2013. February 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2013.
- ↑ 1 2 3 Potts, Kimberly. "Yahoo! TV Q&A: 'The Americans' Star Noah Emmerich on His Character, His Twitter, and His Celebrity BFF". Yahoo!. March 11, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2013.
- ↑ Mitovich, Matt Webb. "Americans Ups Susan Misner to Series Regular". TVLine. March 8, 2013. March 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2013.
- ↑ Mitovich, Matt Webb. "FX's The Americans Promotes Two for Season 2". TVLine. May 7, 2013. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2013.
- ↑ Andreeva, Nellie. "Lev Gorn Upped To Regular On 'The Americans', Books 'NCIS' Arc". Deadline.com. September 5, 2014. September 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2014.
- ↑ ""The Americans" Filming On The UWS Today". The Upper West Side blog. December 3, 2012. December 11, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
- ↑ "FX's 'The Americans' Studio Flooded by Hurricane Sandy; Shooting Delayed (Exclusive)". TheWrap TV. November 7, 2012. March 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2013.
- ↑ "FX television pilot 'The Americans' filming in Mamaroneck". Sound Shore. June 18, 2012. December 12, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
- ↑ "The Americans, FX Television Show, Filming On Coney Island Avenue". Sheepshead Bites. October 11, 2013. December 18, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
- ↑ Swanson, Carl. "How The Americans Blew Up a House". Vulture. February 25, 2013. December 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
- ↑ Marya, Radhika. "8 Things You Didn't Know About Shooting 'The Americans' in New York City". DNAinfo. March 18, 2015. August 19, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 10, 2015.
- ↑ "FX television show 'The Americans' takes over Adventureland in Farmingdale". Newsday. October 15, 2013. December 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
- ↑ Hibberd, James. "The Americans renewed for season 4". Entertainment Weekly. March 31, 2015. April 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2015.
- ↑ "Shows A-Z - americans, the on fx". The Futon Critic. İstifadə tarixi: February 17, 2016.