Amerika Xalqlari - Wikipedia
Amerika insanların yaranması zonasına daxil deyildir. Amerika müasir fiziki tipli insanlarla (Home Sapiens) məskunlaşmışdır. Yeni dünyanın ilkin sakinlərinin mədəni səviyyəsi Avropanın Mezolit və ya Son Paleolit mədəniyyətinə uyğun gəlir. Geoloji baxımdan Amerikada insanların ilkin məskunlaşması buzlaşma dövrünün sonlarına, 40 min il bundan əvvələ təsadüf edir. Amerikanın yerli əhalisinin böyük əksəriyyəti antropoloji baxımdan monqoloidlərə və avstropoloidlərə daha yaxındır. Hər iki əhali qrupu məhz Berinq boğazı vasitəsilə Amerika ərazisinə keçərək burada məskunlaşmışdır.
Amerikanın kəşfi və məskunlaşma tarixini iki dövrə bölmək olar. Birinci dövr təxminən 40 min il bundan əvvəl başlayaraq, eramızın XV əsrin axırlarına qədər davam etmişdir. İkinci dövr isə X. Kolumbun adı ilə bağlı olan böyük coğrafi kəşflərdən başlayaraq dörd əsrdən çox davam etmişdir.
Amerika tədqiqatçısı M. Suadeşin fikrincə, hələ 15–20 min il bundan əvvəl hindular vahid bir dilin ayr-ayrı dialektlərində danışırdılar. Amerikanın avropalılar tərəfindən üçüncü dəfə kəşfindən sonra orada 2200-dən artq hindu dilinin olması müəyyənləşdirilmişdir.
Amerikada etnoqrafik-mədəni vilayətlər
redaktəY. V. Bromley və Q. Y. Markovanın redaktəsi ilə buraxılan "Etnoqrafiya" dərsliyində Amerika aborigenləri ovçu, yığıcı, balıqçı və əkinçi qəbilələr bölgüsü əsasında qruplaşdırılmışdır. Amerikada etnoqrafik-mədəni vilayətlər aşağıdakılardan ibarətdir:
- Arktika dəniz ovçuları;
- Şimal-qərb sahilinin oturaq balıqçıları;
- Kaliforniyanın yığıcı qəbilələri;
- Şimalın meşə ovçuları;
- Şimali Amerikanın şərq və cənub-şərq vilayətlərinin əkinçi qəbilələri;
- Prerinin ovçu qəbilələri;
- Şimali Amerikanın cənub-qərb vilayətlərinin müxtəlif təsərrüfat tipli qəbilələri;
- Mərkəzi Amerikanın yüksək mədəniyyətli xalqları;
- Oroniko və Amazonka çayı hövzələrinin əkinçi və ovçu qəbilələri;
- Cənubi Amerikada Pampa və Pataroniyanın ovçu qəbilələri;
- Odlu torpağın ovçu-balıqçı qəbilələri.
Amerika xalqları müstəmləkəçilik və müasir dövrdə
redaktəAmerika qitəsinin kəşfindən sonra cənubda ispanların və portuqaliyalıların, şimalda isə ingilislərin, fransızların, qismən də hollandların müstəmləkəçilik siyasəti həyata keçirildi. Müstəmləkəçilik dövründə minlərlə yerli əhali qırıldı, Afrika qitəsindən buraya xeyli zənci köçürüldü. Hazırda Latın Amerikasında hinduların sayı nisbətən çoxdur. Hindular daha çox Meksika, Peru və Qvatemalada yaşayırlar. Şimali Amerika ərazisində də hindular yaşamaqdadırlar. Hinduların ümumi sayı isə 36,5 milyondur. Zəncilər isə, əsasən, ABŞ-də məskunlaşmışdır. Burada zəncilərin sayı təqribən 29 milyondur.
Arktika dəniz ovçuları adlanan eskimoslar və aleutlar, əsasən, Şimali Amerikanın şimalında və Qrenlandiyanın cənubunda yaşayırlar. Şimali Amerikanın şimal-qərb sahilində isə oturaq balıqçılıqla məşğul olan əhali yayılmışdır. Şimali Amerikanın meşə ovçuları adlananlar isə Alqonkinlər və Atapask qəbilələridir. Onlar daha çox materikin meşəlik zonasında həyat tərzi keçirirlər. Preri hinduları isə Şimali Amerikanın mərkəzi hissəsində preri çöl zonasında məskunlaşmışlar. Preri çöl zonası Böyük Göllər rayonunun qərbindən tutmuş qərbdə Qayalı dağlar rayonuna qədər genişlənir. Kaliforniya ərazisində daha çox yığıcılıqla məşğul olan hindu qəbilələri yaşayır ki, bunları da Kaliforniyanın yığıcı qəbilələri adlandırırlar. Amerika etnoqrafi A. Krober Kaliforniya qəbilələrini linqvistik baxımdan 7 qrupa bölmüşdür.
Cənubi Amerikanın cənub qurtaracağında, Antarktida yaxınlığında Odlu torpaq adaları yerləşir. Burada məskunlaşan əhali 3 hindu qrupundan ibarətdir: Ona, Alakaluf və Yaqan. Bu qəbilə qrupları öz dillərinə və mədəniyyətlərinə görə bir-birindən fərqlənirlər. Hazırda isə bu qəbilələrə məxsus əhalinin sayı çox az qalmışdır.
Cənubi Amerikada, Paraqvay, Uruqvayda, Argentina, Braziliya ilə Boliviyanın bəzi bölgələrində quaranilər yaşayırlar.
Şimali Amerikanın şərq və şimal-şərq vilayətlərində isə əkinçi hindu qəbilələri yaşayır. Bu qəbilələr arasında İrokezlər xüsusi yer tutmuşdur. Hazırda bu ərazilərin ABŞ hissəsində 60 min, Kanada hissəsində isə 30 min hindu yaşayır. Şimali Amerikanın cənub-qərb hissəsində də əkinçi qəbilələr yaşayırlar.
Mərkəzi və Cənubi Amerikada yüksək mədəniyyətli yerli xalqlar da yaşamışlar. Mayya, Astek və İnk mədəniyyətləri bu ərazilərin qədimdən bəri ən yüksək yerli mədəniyyətləridir. Mayya mədəniyyəti Qvatemala, Honduras və Meksikada geniş yayılmışdır. Astek mədəniyyəti də daha çox Meksikada yayılmışdır. İnk mədəniyyəti isə, əsasən, And dağları ölkələrində, yəni Peruda, Çilidə, Kolumbiyada və Ekvadorda geniş yayılmışdır.
Amerika xalqlarının dilləri
redaktəHazırda Şimali Amerikada yaşayan əhalinin əksəriyyəti ingilis və fransız dillərində danışır. ABŞ-nin dövlət dili ingilis, Kanadanın dövlət dili isə ingilis və fransız dilləridir. Cənubi Amerikada isə əksər ölkələrin dövlət dili ispan dilidir və əhalinin əksəriyyəti ispan dilində danışır. Latın Amerikası ölkələrində qaraçılar da yaşayırlar. Braziliyada dövlət dili portuqal dilidir. Peruda isə dövlət dili ispan və yerli Keçua dilləridir. Bəzi ərazilərdə qədim yerli dinlər qalmaqdadır. Cənubi Amerikanın mərkəzi hissələrində yerli dinlər daha çox yayılmışdır. Əhalinin əksəriyyəti xristian dininə mənsubdur.
Amerika dillərinin qarşılıqlı əlaqəsinin araşdırılmasından A. Kroberin, F. Boasın və E. Sepirin böyük xidmətləri olmuşdur. Hazırda Amerikada yaşayan yerli xalqların böyük dil ailələri Eskimos-aleut, Penuti, Soke-mayya, Keçua, Aymara, Karib, Je (Jes), Alqonkin – vakaş, Na-dene, Siu-xoka, Tanoyuto-astek, Makrootomi, Sake-mayya, Çibça, Araykan, Aravak, Tupi-quarani, Çon dil ailələridir. Amerikada 58 dil qrupu müəyyən edilmişdir.
Mənbə
redaktə- Quliyeva N. Etnoqrafiya və etnologiya. Bakı,2009
- Народы Америки. Под. ред. А. В. Ефимова, С. А. Токарева М.,1959.
- Садохин А. П. Этнологии. М., 2005.
- Садохин А. П. Этнология (учебный словарь), М., 2002.
- Народы и религии мира. Энсиклопедии. М., 1998.
- Новейшей справочник необходимый знакий. М., 1999.
- Токарев С. А. История зарубежной этнографии. М.,1978.
- Чеснов Я. Б. Лекции по исторической этнологии. М., 1998.
- Этнические процессы в современном мире. М., 1987.
- Этнография (под.ред.) Ю. В. Бромлея и Г. Е. Маркова, M.1982.