Almeriya - Wikipedia
Almeriya (isp. Almería) — İspaniyanın Andalusiya bölgəsində yerləşən şəhər. İspaniyanın cənub-şərqində, Aralıq dənizi sahilində yerləşir.[1] Almeriya vilayətinin mərkəzidir. X və XI əsrlərdə Kordoba xilafətinin tərkibinə daxil olan şəhər ticarət, tekstil sənayesi, xüsusilə də ipək istehsalı sayəsində zənginləşmişdir. Şəhər bir çox dəfə hücuma məruz qalmış və 1489-cu ildə xristianların hakimiyyəti altına düşmüşdür. 1522-ci ildə şəhər baş verən zəlzələ nəticəsində dağılmış, lakin XIX əsrə qədər heç vaxt əvvəlki vəziyyətinə qayıda bilməmişdir. 1939-cu ildə İspan vətəndaş müharibəsi ərzində şəhər almanlar tərəfindən bombardman olunmuşdur. İqtisadiyyatı yenidən qurulduqdan sonra əsas diqqət tərəvəz istehsalına yönəlmişdir.[2]
Şəhər | |
Almeriya | |
---|---|
Almería | |
36°50′ şm. e. 2°27′ q. u.HGYO | |
Ölkə | İspaniya |
Region | [[Andalusiya]] |
Başçı | Ramon Fernandez-Paçeqo |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 955 |
Əvvəlki adı | Urçi |
Sahəsi | 295 km² |
Mərkəzin hündürlüyü | 23 m |
İqlimi | Yarımsəhra |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 194 203 nəfər (2015) |
Sıxlığı | 652.75 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodları | 950, 850 |
Poçt indeksi | 04001-04009 |
Digər | |
aytoalmeria.es | |
Vikianbarda əlaqəli mediafayllar |
Demoqrafiya
redaktəAlmeriya öz müsəlman əhalisinin sayına görə, digər bütün İspaniya şəhərləri ilə müqayisədə fərqlənir. Bir çox mənbəyə əsasən, şəhər əhalisinin 11-20%-ni müsəlmanlar təşkil edir.[3]
İllər üzrə əhali sayı aşağıdakı şəkildə formalaşmışdır:[4]
- 1999: 169,027
- 2001: 170,994
- 2003: 176,727
- 2005: 181,702
- 2007: 189,798
- 2009: 188,810
- 2011: 190,349
- 2012: 191,443
- 2013: 192,697
- 2014: 193,251
İqlim
redaktəAlmeriya iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 24,4 | 25,2 | 32,4 | 34,2 | 34,2 | 40,8 | 41,2 | 41,1 | 37,6 | 34,4 | 29,0 | 27,7 | 41,2 |
Maksimum orta, °C | 18,8 | 19,4 | 21,3 | 23,1 | 26,0 | 30,2 | 32,8 | 33,0 | 31,1 | 26,6 | 22,9 | 19,3 | 33,4 |
Minimum orta, °C | 5,9 | 6,5 | 8,1 | 10,5 | 12,0 | 15,7 | 19,3 | 20,0 | 17,2 | 13,5 | 10,6 | 7,6 | 5,9 |
Mütləq minimum, °C | 0,1 | 1,0 | 1,0 | 6,0 | 8,4 | 10,4 | 12,0 | 14,8 | 10,1 | 1,6 | 3,1 | 2,0 | 0,1 |
Yağıntı norması, mm | 24 | 25 | 16 | 17 | 12 | 5 | 1 | 1 | 14 | 27 | 28 | 30 | 200 |
Mənbə: Agencia Estatal de Meteorología[5] |
Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Tourism in Almería in Almería, Spain". Spain.info. 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
- ↑ "Britain's vegetable garden: The sea of Spanish greenhouses as large as the Isle of Wight where the food UK eats is grown". 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
- ↑ "Islam in Spain". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
- ↑ "Arxivlənmiş surət". 2019-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
- ↑ (isp.) "Valores Climatológicos Normales. Almeria & Almeria / Aeropuerto". 2020-01-10 tarixində arxivləşdirilib.