Albert Eynsteyn - Wikipedia
Albert Eynşteyn (alm. Albert Einstein; 14 mart 1879[1][2][…], Ulm, Vürtemberq krallığı[d], Almaniya imperiyası[1][3][…] – 18 aprel 1955[3][2][…], Prinstom, Nyu-Cersi, ABŞ[9][3][…]) — alman fiziki[11]; nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı (1921), ictimai xadim. Almaniya (1879–1893, 1914–1933), İsveçrə (1893–1914) və ABŞ-də yaşayıb (1933–1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926).[12]
Albert Eynşteyn | |
---|---|
alm. Albert Einstein | |
Doğum tarixi | 14 mart 1879[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1955[3][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | abdominal aort anevrizması[d] |
Dəfn yeri |
|
Elm sahəsi | nəzəri fizika |
Elmi dərəcəsi |
|
Elmi adları | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Alfred Klyayner[d][10], Henrix Burxart[d][10], Henrix Fridrix Veber[d] |
Tanınır |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-cı ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Iki oğlu və 1 qızı dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-yə köçür və Prinston Universitetində professor kimi çalışmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.
İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dəki bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır.
Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında "Kopli Nişanı" (1925) və "Franklin Nişanı" (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.
Nisbilik nəzəriyyəsi və xüsusilə, kütlə və enerjinin ekvivalentliyi: E = mc2 münasibətinə görə məşhurdur. 1921-ci ildə nəzəri fizika elmindəki xidmətlərinə və ələlxüsus da fotoelektrik effektinin kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, tək atomlu qazların kvant nəzəriyyəsi, aşağı şüalanma sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.
1999-cu ildə "Time" jurnalının keçirdiyi səsverməyə əsasən "əsrin adamı", tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.
Uşaqlığı və təhsili
redaktə1879-cu ildə Almaniyanın Ulm şəhərində dünyaya gələn Albert Eynşteyn 1880-ci ildə ailəsi ilə birlikdə Münhenə köçmüşdür. Münhendə atası Herman Eynşteyn və əmisi Cakob elektrik şirkəti qurdular. Anası Paulina Eynşteyn istedadlı pianoçu idi. Onun özündən yaşca kiçik Maya adında bacısı var idi. Məktəbə getməzdən əvvəl danışmaqda çətinlik çəkdiyinə görə Alberti anası və atası həkimə aparmışdılar.
Dörd yaşında xəstə olarkən atası onu əyləndirmək üçün ona maqnitli kompas verir. Hətta bu yaşda kompasın əqrəbinin hərəkəti onda böyük maraq oyatmışdı.
Herman və Paulina Eynşteyn yəhudi əsilli, lakin dindar olmayan ailə idilər. Dini əməllərdən daha çox uşaqlarının təhsillərini düşünürdülər. Albert beş yaşında olarkən onu daha yaxşı təhsil verdiyini düşündükləri Katolik Xristian məktəbinə yazdırırlar. Bundan sonra Albert buradakı kəskin qanunlardan narahat idi, lakin buna baxmayaraq həmişə yüksək qiymətlər alırdı.
Anası Paulina uşaqlarının kiçik yaşlarından musiqiyə bələd olmasını istəyirdi. Buna görə Alberti skripka, Mayanı isə piano dərslərinə aparırdı. Albert skripka dərslərinə altı yaşında başladı, on dörd yaşına qədər davam etdi. Motsartın əsərlərini çox bəyənir və onun sonatalarını çala bilmək üçün çox məşqlər edirdi.
Albert doqquz yaşı olarkən Katolik məktəbindən çıxır və təhsilini Luitpold Gimnaziyasında davam etdirir. Gimnaziya Antik Yunanca və Latıncaya böyük önəm verirdi. O burada Latın dili və riyaziyyat dərslərində ən yüksək qiymətləri alırdı. Gimnaziya orta məktəbdən daha möhkəm qaydalara tabe idi, buna görə Albert tez-tez müəllimlərlə mübahisə edir, müəllimlər isə onun azad və üsyankar xarakterini bəyənmirdilər.
Albertin ailəsi köhnə yəhudi ənənəsi olaraq həftədə bir gün kasıb bir tələbəni şam yeməyinə dəvət edirdilər. Maks Talmud adında yoxsul tələbənin onların evinə ziyarəti Albertin on yaşı olarkən başlamış və beş il davam etmişdi. Albert bu tələbə ilə söhbət etməkdən həzz alırdı, Talmud isə qısa vaxtda onun adi uşaq olmadığını başa düşmüşdü. On üç yaşı olarkən Talmudun gətirdiyi Emanuel Kantın kitabını oxumuş və onu başa düşməkdə qəti çətinlik çəkməmişdi.
On bir yaşı olarkən yəhudi ənənəsi olaraq evdə din dərsləri almağa başlayır. Bu dövrdə Albert dinə dərin meyl duymağa başladı, bütün dini vacib əməlləri mütəmadi olaraq yerinə yetirirdi. Lakin dinə olan marağı uzun çəkmədi. Bir il ərzində oxuduğu elmi kitabların dinlə uyğun olmadığını gördü və bütün dini qaydalara şübhə ilə yanaşmağa başladı.
1891-ci ildə əmisi Cakob ona cəbr kitabı gətirmişdi. Həmin il Albert Pifaqor teoreminin alternativ isbatını yaratdı. On altı yaşı olarkən isə öz ağlı sayəsində diferensial və inteqral hesabı ilə analitik həndəsəni öyrəndi.
1894-cü ildə 14 ildən sonra Albertin atası və əmisinin açdığı şirkət iflas etdi. Buna görə hər iki ailə İtaliyaya getmək qərarına gəldilər. Ailəsi Albertin Münhendə qalıb təhsilini tamamlamasına qərar verdilər. Albertin gimnaziyanı bitirməsinə hələ üç il qalmışdı, lakin üç ay Münhendə tək qaldıqdan sonra ağır depressiv hal yaşamağa başlayır. Həkimdən sinir sistemində olan gərginlik səbəbi ilə arayış aldı, gimnaziyadan tərk etdi və İtaliyaya ailəsinin yanına getdi.
İsveçrədəki təhsili
redaktəTəhsilini yarıda qoyan Albert ailəsinə Federal Politexnik Məktəbinə daxil olmağa söz verdi. Həmin məktəb diplom tələb etmədiyi üçün ondan yalnız imtahandan uğurla keçmək tələb olunurdu. İtaliyada yaşamaq Albert üçün çox rahat idi. O, burada çoxlu muzey, qalereya gəzirdi.
Albert Enşteyn militarizm və məcburi hərbi xidmətə də xoş münasibət bəsləmirdi. Atasına alman vətəndaşlığından çıxıb İsveçrə vətandaşı olmaq istədiyini bildirdi. Atası tərəddüd etsə, də lazım olan sənədləri imzaladı. 1896-cı ildə alman vətəndaşlığından çıxması haqqında sənədi əldə etsədə, 1901-ci ilə kimi İsveçrə vətəndaşı da ola bilmədi və beş il müddətində heç bir yerə aid olmadan yaşadı.
1895-ci ildə Politexnikə imtahan verdi. Bura imtahan vermək üçün on səkkiz yaşından böyük olmalı idi, lakin on altı yaşında olduğuna görə imtahan verə bilmək üçün xüsusi icazə sənədi aldı. Eynşteyn atasının tövsiyəsinə uyun olaraq mühəndislik bölümünə imtahan vermişdi. Riyaziyyat və fizikadan yüksək qiymətlər almasına baxmayaraq digər fənnlərdən yaxşı nəticə əldə etməmişdi. Politexnikin müdiri onun potensialını görüb İsveçrə məktəblərindən diplom alıb yenidən imtahan verməsini tövsiyə etmişdi. Ailəsi bu tövsiyəni qiymətləndirərək onu İsveçrə məktəblərindən birinə göndərirlər. Məktəbdəki təhsil mühiti onun xarakterinə çox uyğun idi, bütün imtahanları uğurla verərək 1896-cı ildə məktəbi bitirdi.
Məzun Eynşteyn lazım olan yaşdan altı yaş kiçik olmasına baxmayaraq Politexnikə qəbul olundu. Gələcək həyat yoldaşı, serbiya əsilli Mileva Maric ilə də burada tanış olur. Mileva bir il əczaçılıq oxuduqdan sonra fizika bölümündə təhsil almağa başlamışdı. Aralarında məhəbbət münasibəti yaranan bu gənclər təhsillərinin son ilində evlənməyə qərar verirlər. Onlar çox vaxt birlikdə fizika, kitablar haqqında söhbətlər edirdilər.
Eynşteyn təhsilinin üçüncü ilində professor Henrix Veberin elektrotexnika laborotoriyasında dərs alır. Burada o həm də özünün icad etdiyi yenilikləri də sınaqdan keçirirdi. Veberə qarşı olan dikbaşlığının nəticəsi olaraq müəllimi məzuniyyətdən sonra onun universitetdə akademik pozisiyaya keçməsinə mane olmuşdu.
1899-cu ildə Albert universitetdən fizika diplomu ilə məzun oldu. Elmi fəaliyyətini davam etdirmək üçün universitetdə iş tapmaq istəsə də, təhsil müddəti ərzində üsyankar xarakterinə görə müəllimləri tərəfindən sevilməyən Eynşteyn heç bir nəticə əldə edə bilmədi. On səkkiz ay axtarışdan sonra Marsel Qrossmanın köməyi ilə patent ofisində işləməyə başladı.
Elmi karyerası
redaktə1908-ci ildə Albert Eynşteyn artıq məşhur alim olaraq tanınırdı və Bern Universitetində müəllim kimi işləyirdi. Ondan sonrakı ildə isə patent ofisindəki işindən və müəllimlikdən çıxaraq Sürix Universitetində fizika dosentliyinə başladı. 1911-ci ildə Praqada Karl-Ferdinand Universitetində professor adını aldı. 1914-cü ildə Almaniyaya qayıtdı, Kaiser Vilhelm Fizika İnstitunda idarəçi, Berlin Humbolt Universitetində isə professor oldu. Bu işlərindəki müqavilələrdə onun müəllimlik fəaliyyətini məhdudlaşdıran çoxlu sayda maddələr var idi. 1921-ci ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür. Mükafat fotoelektrik təsirin izah olunması səbəbi ilə verilmişdi.
Amerika vətəndaşlığı və Prinston
redaktə1933-cü ildə Amerikada universitetləri ziyarət edərkən Alman hökumətinin yəhudilərin müəllimlik daxil olmaqla bütün rəsmi mövqelərdən məhrum etdiyini öyrəndi. Bir ay sonra nasistlər kitab yandırma kampaniyasına başladılar və Enşteynin də kitabları onların arasında idi. Bu ərəfədə Enşteyn artıq Almaniyaya geri qayıtmayacağını açıqladı. 1933-cü ilin mart ayında Avropaya qayıdarkən bir neçə ay Belçikada qaldı. Daha sonra müvəqqəti olaraq İngiltərəyə səfər etdi. Həmin il ABŞ-yə köçmək qərarına gəldi. Burada müxtəlif nüfuzlu universitetlərdə öz fəaliyyətini davam etdirdi. 1955-ci ilə kimi, yəni ölümünə qədər burada yaşadı.
Manhetten layihəsi
redaktə1939-cu ildə fizik olan macar elm xadimi Leo Slizardın da daxil olduğu qrup nasistlərin atom bombası haqqında tədqiqat aparması haqqında Vaşinqtona xəbərdarlıq etdi. Lakin qrupun xəbərdarlığına ciddi yanaşılmadı. Eynşteyn nüfuzundan istifadə edərək bu məsələ ilə bağlı Ruzveltə məktub göndərdi. Bu xəbərdarlıq ABŞ-nin nüvə silahını təkmilləşdirməsi üçün təkanverici qüvvə oldu. Nəticə olaraq, ABŞ nüvə silahı yarada bilən yeganə ölkə oldu.
Albert Enşteyn 1954-cü ildə (ölümündən bir il əvvəl) dostu Linus Paulinqə belə demişdi: "Həyatımda yalnız bir böyük xəta etdim. Prezident Ruzveltə atom bombası tövsiyəsini vermək. Amma onun da səbəbi vardı. Almanların bunu daha əvvəl etmək təhlükəsi."
Ölümü və beyninin oğurlanması
redaktə18 aprel 1955-ci ildə Albert Enşteyn daxili qanaxma keçirdi. İsrailin yaranmasının yeddinci ildönümü münasibətilə televiziya üçün çıxış mətni hazırlayırdı, lakin bu işini tamamlaya bilmədən vəfat etdi. Eynşteyn bu sözləri deyərək əməliyyat olmaqdan imtina etmişdir: "İstədiyim vaxt getmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasızdı. İndi getmək vaxtıdı və bunu nəzakətli şəkildə etmək istəyirəm." 76 yaşında Prinston xəstəxanasında vəfat etmişdir.
Eynşteyn öldükdən sonra elmə olan töhfələrinə görə bütləşdirilməsini istəmirdi. Buna görə də ailəsi onun cəsədinin yandırılması qərarına gəlmişdi. Həmin gecə xəstəxanada Harvey növbətçi idi. Harvey cəsədi yandırmaq üçün hazırladı, beynini isə gizlədərək özü ilə evə apardı.
Beyni oğurlanan Eynşteynin ailəsi şokda idi. Hökumət də daxil olmaqla hamı beyinin geri qaytarılmasını tələb etsə də Harvey bunu qəbul etmədi. Buna görə onu işdən çıxardılar. Harvey beyini yalnız elmi təqdiqatda istifadə edəcəyinə söz verdikdən sonra ailəsi iddialardan əl çəkdi. Eynşteynin bədəninin qalan hissəsi isə yandırılaraq külləri bilinməyən yerə səpildi.
Onun beyni müxtəlif beyin mütəxəssisləri tərəfindən tədqiq edildi və belə nəticəyə gəlindi ki, Albert Enşteynin beyni normal insan beynindən bəzi hüceyrələrinin çox olması ilə fərqlənir. Enşteynin beyni 53 il sonra oğurlandığı Prinston xəstəxanasına qaytarıldı və Hervey bundan üç il sonra özü də vəfat etdi.
Din haqqında fikirləri
redaktə1936-cı ildə Nyu-Yorkda altıncı sinifdə oxuyan bir qız Albert Eynşteynin özünə məktub yazmışdır.
"Hörmətli Eynşteyn!
Məktəbdə dərs zamanı bizdə belə bir sual yarandı: alimlər dua edirlərmi? Bu sualımızdan digər bir sual da törənmişdi: biz eyni zamanda həm elmə, həm də dinə inana bilərikmi? Hazırda biz digər alimlərə və elm sahəsində görkəmli şəxslərə məktub yazırıq və onların bizim məktubumuza cavab verəcəklərinə ümid edirik. Siz bizim sualımızı cavablandırsanız, bu bizim üçün böyük bir şərəf olacaq. Alimlər dua edirlər? Edirlərsə, nə haqda edirlər?
Hal-hazırda mən altıncı sinifdə, missis Ellisin sinfində oxuyuram.
Hörmətlə Fillis."
Beş gündən sonra Eynşteyn məktubu lakonik olaraq cavablandırmışdır. Eynşteynin cavabı bu sual ətrafında Karl Saqanın və yaxud Klavdiy Ptolemeyin düşüncələri ilə yanaşı ahəngdar görünürdü.
"Hörmətli Fillis, Mən sənin sualına bacardığım qədər sadə dildə cavab verməyə çalışacağam.
Mənim cavabım:
Alimlər bütün hadisələrin və hətta insanların fəaliyyətlərinin təbiətin qanunları sayəsində baş verdiklərini hesab edirlər. Bu səbəbdən hər hansısa bir alim hadisələrin gedişatına duaların təsir edəcəyini düşünmür. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fövqəltəbii güclər haqqında biliklərimiz bəsitdir. Buna görə həyatımızın sonu və vahid ruh haqqında inanclarımız imana əsaslanır. Elmin müasir inkişafına baxmayaraq, bu inanclar bütün dünyada geniş yayılıb.
Bundan savayı, elmin dərinliklərinə varan hər bir şəxs fövqəltəbii bir ruhun, insan ruhundan dəfələrlə güclü bir ruhun Bəşəriyyətin qanunlarını idarə etdiyinə əmin olur.
Beləliklə, elm ilə məşğul olmaq insanda digər sadəlövh dini hisslərdən fərqlənən xüsusi bir növ dini hissin yaranmasına gətirib çıxarır.
Hörmətlə, sizin A. Eynşteyn."[13]
Maraqlı faktlar
redaktə- Albert Eynşteynin soyadı almanca "daş" deməkdir.
- Eynşteyndən laboratoriyasının harada olduğunu soruşduqda o, gülümsəyərək qələmini göstərirdi.
- Eynşteynin məşhur dilini çıxardığı foto jurnalist və fotoqrafların onu bezdirməsi nəticəsində yaranıb. Belə ki, növbəti jurnalist ondan "kameraya gülümsəməyi" rica etdikdə o bu şəkildə reaksiya vermişdir.
- Albert Eynşteyn heç vaxt corab geymirdi.[14]
- Albert Eynşteyn ölüm ayağında olarkən son sözlərini yanında olan italyan tibb bacısına demiş, həmin qadınsa alman dilini başa düşmədiyinidən Albert Eynşteynin ölüm ayağında nə dediyi bu günə qədər müəyyənləşməmişdi.
- Albert Eynşteyn 3 yaşına qədər danışmamışdır. Ancaq bir dəfə yeməyinin isti olması nəticəsində o danışdı. Ailəsi indiyə qədər onun nə üçün danışmadığını soruşduqda O demişdir: İndiyə qədər hər şey qaydasında olub.
Mənbə
redaktə- "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh. 606
- Albert Eynşteyn — İşgüzar
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 https://www.ige.ch/de/ueber-uns/einstein.html.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 Эйнштейн Альберт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1978. Т. 29 : Чаган — Экс-ле-Бен. С. 578–579.
- ↑ 1 2 3 4 Sieben Jahre «Schusterhandwerk».
- ↑ 1 2 Albert Einstein und das IGE.
- ↑ 1 2 Leidse Hoogleraren (nid.).
- ↑ 1 2 https://www.library.ethz.ch/en/Resources/Digital-library/Einstein-Online/Einstein-s-Studies-at-the-Polytechnic-Institute-in-Zurich-1896-1900.
- ↑ 1 2 Eynşteyn A., Klyayner A. A New Determination of Molecular Dimensions. 1905. doi:10.3929/ETHZ-A-000565688
- ↑ 1 2 http://www.einstein-bern.ch.
- ↑ 1 2 Eine neue Bestimmung der MoleküldimensionenMathematics Subject Classification: 70—Mechanics of particles and systems (ing.). 1997.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 578.
- ↑ Кузнецов Б. Г., 1980, с. 25–26.
- ↑ "Albert Eynşteynin din haqqında düşüncələri". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-21.
- ↑ Albert Eynşteyn heç vaxt corab geyinməyib Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Factroom.ru saytında
Xarici keçidlər
redaktə- Albert Einstein Biyografi Arxivləşdirilib 2012-07-28 at the Wayback Machine (türk.)