Albanlar - Wikipedia
Bu məqalə Avropada yaşayan xalq haqqındadır. Azərbaycanda yaşamış tarixi tayfa üçün Qafqaz albanları səhifəsinə baxın. |
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar[5] ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir.
Yaşadığı ərazilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
islam (sünni və bəktaşi), xristianlıq (katolik və paroslav) və dinsizlik |
Tarixi
redaktəAlbanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir. Alban etnosunun tərkibində bir neçə etnik qrup vardır - gegeriyalılar və tosklar.
Adı
redaktə"Alban" sözünün dəqiq mənası məlum deyil. Bəzi etimoloqlar bu sözü hind-Avropa mənşəli "alb" - dağ və ya latın mənşəli "albus" - ağ (rəng) sözləri ilə əlaqələndirirlər. Xalqın müasir dövrdəki etnonimi olan "shqip" (şkip) - aydın danışan mənasını verir. Yunanıstanda yunan dilindəki αλβανος (albanos), αρβανιτης (arbanitos) - sərt, vəhşi mənalarını daşıyan sözlərə uyğun etimologiya da mövcuddur. Həmçinin, ölkənin və xalqın adının illiriya dilindəki "olba" (məskən, yaşayış yeri) sözündən yaranması versiyası da mövcuddur.
Albanların sıx yaşadığı Balkan dövlətlərində onlar əsasən şkiptar, Türkiyədə arnavut, Yunanıstanda arvanit, İtaliyada isə arbereş adlandırılırlar.
Dünyada sayları
redaktəAvropada 6 milyondan çox alban yaşayır. Albanların Avropada yaşadığı ölkələr Albaniya, Kosovo, Monteneqro, Makedoniya Respublikası, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya, İtaliya, Rumıniya, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Fransa və Niderlanddır.
Türkiyədə albanların sayı barədə qəti məlumat yoxdur, bəzi mənbələr bu göstəricinin 1 milyondan artıq olduğunu ifadə edir. Ethnologue veb-saytı, 1965-ci il siyahıya almasına görə Türkiyədəki Albanların sayını 65 000 nəfər göstərir. Türkiyədəki albanların çox hissəsi 1920-ci illərdə Türkiyə-Yunanıstan əhali dəyişməsi zamanı Cənubi Epirdən və Egey Makedoniyasından çıxarılan tosklardan, müəyyən hissəsi isə İkinci dünya müharibəsindən sonra Yuqoslaviyadan qaçan türklərlə birlikdə köçən gegeriyalılardan ibarətdir.
Bundan əlavə Misirdə Osmanlı dövründən qalma albanlar vardır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Republika e Shqipërisë - Instituti i Statistikës: Censusii popullsisë dhe banesave 2011, Pjesa 1—Përmbajtja e tabelave—Rezultatet kryesore në nivel kombëtar—1.1.13. Popullsia banuese sipas përkatësisë etnike dhe kulturore Arxivləşdirilib 2014-11-14 at the Wayback Machine
- ↑ Kosovo Agency of Statistics: Kosovo population and housing census 2011—Final results Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine
- ↑ State Statistical Office of the Republic of Macedonia :Census of Population, Households and Dwellings 2002, Book XIII: Total population, households and dwellings. According to the territorial organization of The Republic of Macedonia, 2004, 2002 Arxivləşdirilib 2012-03-24 at the Wayback Machine---Date of release:03.05.2005/Language:Macedonian and English
- ↑ Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Arxivləşdirilib 2012-05-26 at Archive.today
- ↑ arnaud [arnaut] isim Albaniya Xalq Respublikasının əsas əhalisinin adı və bu xalqa mənsub adam; arnaud.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |