Albaniyanin Berpa Olunan Enerjisi - Wikipedia
Albaniyanın Bərpa olunan enerjisinə bioyanacaq, geotermal mənbələr, su, günəş və külək ilə işləyən elektrik stansiyaları daxildir.[1] Albaniyanın bərpa olunan energetikasının əsasını hidroelektrostansiyalar təşkil edir, baxmayaraq ki çəkilmə zamanı və ya su aşağı səviyyədə olanda energetika ilə problemlər yaşanır. Albaniyanın günəş, külək və geotermal mənbələrin istifadəsi üçün böyük potensiala malikdir, bu da Aralıq dənizi iqlimi, təbii su quyuları və balkan dağların mövcud olması ilə bağlıdır.[2]
Su elektrik stansiyaları
redaktəElektrik enerjisinin əsas mənbəyi SES-di, hansı ki hər halda daimi dəyişikliklərə görə etibarsız sayılır. Albaniya 2012-ci ildə 100 min yaşayış evini elektriklə təmin edilməsi üçün Verbumd adlı Avstriya şirkəti ilə Aşta SES-in tikintisi barədə müqavilə bağlamışdı.
Günəş elektrik stansiyaları
redaktəBMT-nin inkişaf proqramı Albaniyada günəş batareyalarının tikintisini planlaşdırır. Proqram daxilində 75 min m² sahəli panellərin quraşdırılması üçün 2,75 milion ABŞ dolları xərcləndi. 2010-cu ildə 10 700 m² quraşdırılmışdır, batareyaların qalan hissəsinin tikintisi 2015-ci ildən davam etdirildi.[3] Günəş batareyaları ildə 2100 - 2700 günəş saatı üçün nəzərdə tutulub. Bu növ energetika yaşayış evləri, kommersiya və sənaye binalarının istilik və elektriklə təchizatı üçün istifadə oluna bilər.[4]
Külək energetikası
redaktəTexnologiyaları kifayət qədər inkişaf etmədiyinə görə Albaniya küləyi enerji mənbəyi kimi tam istifadə edə bilmir. 2000 Mvt enerji istehsalı gücünə malik külək elektrik stansiyasının quraşdırılması planlaşdırılır. Belə energetikanın istifadəsi üçün Albaniyanın cənub, şərq və şimal dağları ideal yer sayılır. Ölkənin bir çox rayonlarında küləyin sürəti 8 — 9 m/s çatır. Enerjini İtaliyaya satmaq planlaşdırlır.[3]
Geotermal energetika
redaktəÖlkədə geotermal elektrik stansiyaları yoxdur, hərçənd Yunanıstanla sərhəddə təbii quyu şəklində yararlı mənbələr mövcuddur. Hazırda geotermal enerjinin istifadəsi müzakirə edilir
Qanunverici tənzimlənmə
redaktə2004-cü ildə bir sıra yeni SES-in tikilməsi haqqında 9073 saylı qanun qəbul olunub, 2006-cı ildə 9663 saylı qanun SES tikintisi üçün özəl investisiyalardan istifadə etməyə icazə verdi.[3] Cari elektrik enerjisinin tarifləri 2007-ci ildə qəbul edilib.[3] 2008-ci ildə elektrik enerjisinin bazar Modeli yaradıldı, bunun sayəsində müstəqil enerji şirkətləri və kiçik şirkətlər arasında müqavilələr bağlamaq mümkün oldu, həmçinin elektrik enerjini hər bir növ bazar üçün satmaq imkanı yaradıldı, bu da alternativ energetikanı əlçatan etdi.[3]
İstinadlar
redaktə- ↑ Anisa Xhitoni. Renewable energy scenarios for Albania Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine (23 July 2013). Yoxlanılıb 23 avqust 2014.
- ↑ Renewable Energy and Energy Efficiency in Albania Arxivləşdirilib 2013-06-13 at the Wayback Machine. aea-al.org.
- ↑ 1 2 3 4 5 Renewable Energies Albania Arxivləşdirilib 2012-03-04 at the Wayback Machine. www.energy-community.org.
- ↑ Here comes the sun: Albania passes law on renewable energy Arxivləşdirilib 2010-06-20 at the Wayback Machine. http://europeandcis.undp.org/. Yoxlanılıb 17 noyabr 2014.