Berpa Olunan Enerji - Wikipedia
Bərpa olunan enerji — günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-nin bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir.
Növləri
redaktəBərpa olunan enerji mənbələri aşağıdakılardır:
Tətbiqi
redaktəEkoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Rusiya, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr qabaqcıl mövqe tuturlar.
BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 mlrd. ABŞ dolları, neft və daş kömürün istehsalına isə 110 mlrd. ABŞ dolları vəsait xərclənib. Dünya üzrə ümumilikdə külək enerjisindən istifadəyə 51.8 mlrd., Günəş enerjisindən istifadəyə 33.5 mlrd., bio-yanacaqdan istifadəyə isə 16.9 mlrd. ABŞ dolları vəsait xərclənmişdir. Avropa ölkələri 2008-ci ildə alternativ enerjiyə 50 mlrd., Amerika 30 mlrd., Çin 15.6 mlrd., Hindistan isə 4.1 mlrd. ABŞ dolları vəsait sərf edib.
Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatına əsasən, 2018-ci ildə dünyada bərpaolunan enerji mənbələri üzrə quraşdırılmış 2350,756 GVt gücün 70 faizi Çin, ABŞ, Braziliya, Almaniya, Hindistan, Kanada, Yaponiya, İtaliya, Rusiya və Fransanın payına düşüb.[2]
Azərbaycanda
redaktəAzərbaycanda alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.
Azərbaycan 3 əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisin istehsal ediləcəyi, bu həcmin 10 qiqavatının “Masdar” şirkəti, 12 qiqavatının “Fortescue” şirkəti üzərinə düşdüyü nəzərdə tutulub. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. [3]
Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasını həyata keçirən və bərpaolunan enerji istehsal edən sahibkarlıq subyektlərinə vergi güzəşti tətbiq edilməsi nəzərdə tutulub.[4]
İstinadlar
redaktə- ↑ Alternativ enerji mənbələri Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslıq Fakültəsi
- ↑ "Ötən il bərpaolunan enerji mənbələri üzrə quraşdırılmış gücün 70 faizi hansı ölkələrin payına düşüb?". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
- ↑ ""Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" milli prioritetdir" (az.). Xalq qəzeti. 26.12.2023. 13.04.2024 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycanda bərpaolunan enerji istehsalçılarına vergi güzəşti tətbiq ediləcək". Report İnformasiya Agentliyi (az.). 2024-09-19. İstifadə tarixi: 2024-09-19.