Albaniya U 21 Milli Futbol Komandasi - Wikipedia
Albaniya U-21 milli futbol komandası — Albaniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasıdır və Albaniya Futbol Assosiasiyası tərəfindən idarə olunur. Komanda iki ildən bir keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatında mübarizə aparır.
Ləqəbi | Kuq e Zinjtë (Qırmıı Qaralar) Shqiponjat (Qartallar) Shpresat e Shqipërisë (Albaniyanın ümidləri) | |||
---|---|---|---|---|
Konfederasiya | UEFA | |||
Baş məşqçi | Alban Buşi | |||
Kapitan | Şerif Kallaku | |||
Ən çox oyun keçirən | Şaqir Tafa (23) | |||
Ən çox qol vuran | Odise Roşi (7) | |||
FİFA kodu | ALB | |||
| ||||
İlk beynəlxalq oyunu | ||||
Yuqoslaviya 1–0 Albaniya (Saloniki, Yunanıstan; 25 iyun 1976)[1] | ||||
Ən böyükhesablı qələbəsi | ||||
Albaniya 7–1 Rumıniya (Tirana, Albaniya; 12 aprel 1978)[2] | ||||
Ən böyükhesablı məğlubiyyəti | ||||
Almaniya 8–0 Albaniya (Köln, Almaniya; 23 mart 2001) |
1976-cı ildə UEFA-nın yeniyetmələr arasında yarışlarını yenidən təşkil etdikdən sonra Albaniyanın 21 yaşadək futbolçulardan ibarət komandası formalaşdırıldı.
Tarixi
redaktəİlk əvvəllər Albaniyada gənclər milli komandası, 23 yaşa qədər olan futbolçulardan təşkil edilmiş milli komanda hesab edilirdi. 23 yaşadək futbolçulardan ibarət Albaniya milli komandası, 1969-cu ildən 1976-cı ilə qədər Balkan Gənclər Çempionatı turnirlərində iştirak edir. 1976-cı ildə turnirdə yaş məhdudiyyəti 21 yaşa qədər yendirilir. Bu hadisədən sonra Albaniyada 21 yaşadək futbolçulardan ibarət Albaniya U-21 milli komandası təşkil edilir.
21 yaşadək futbolçulardan ibarət Albaniya milli komandası, Balkan Gənclər Çempionatının 1976–78 və 1981-ci il yarışlarında U-23 milli futbol komandasının davamçısı kimi iştirak etmiş, Rumıniya və Bolqarıstan milli komandalarına qarşı final oyunlarında qalib gəlmişdir. Xüsusilə 1978-ci ildə Rumıniya ilə final matçının cavab oyunu Albaniyanın 7–1 hesablı böyükhesablı qələbəsi ilə bitmişdir. Bu da Albaniyanın U-21 komandasının, indiyə qədər qeydə alınmış ən böyük hesablı qələbəsidir.[3]
1978-ci ildə Avropada, 21 yaşadək futbolçulardan ibarət Avropa milli komandaları üçün çempionatyaradılır. Albaniya U-21 milli komandası bu yarışlarda ild dəfə 1984-cü il çempionatında yarışda debüt edir. Seçmə mərhələdə onlar Qərbi Almaniya, Türkiyə və Avstriyanın daxil olduğu çox çətin qrupa düşmüşdülər. Albaniya U-21 həm evdə səfərdə Avstriyaya (səfərdə 1–2, həm də 3–0 evdə) və Türkiyəyə (hər ikisi 1–0) qalib gəlirlər və Qərbi Almaniya ilə oyunlarda heç-heçə edirlər (hər ikisi 1–1). Albaniya komandası dörddəbir finalda İtaliya ilə oynayır. İtalyanlara qarşı oyunlarda həm evdə, həm də səfərdə iki dəfə 0–1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşırlar. Bu Albaniya U-21 komandasının, final mərhələsində iştirak etddiyi yeganə beynəlxalq yarış olur.
Oyunçuları
redaktə- Sonuncu dəfə 1 aprel 2023 tarixində yeniləndi[4]
|
Yarışlardakı statistikası
redaktə21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatı | 21 yaşadək futbolçulardan ibarət UEFA Avropa çempionatının seçmə oyunları | Məşqçi | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Çempionatrn təşkil edildiyi yer və ili | Mərhələ | Yerlər | O | Q | H | M | VQ | BQ | O | Q | H | M | VQ | BQ | |||
Avropa 1978 | İştirak etmədi | İştirak etmədi | |||||||||||||||
Avropa 1980 | İştirak etmədi | İştirak etmədi | |||||||||||||||
Avropa 1982 | İştirak etmədi | İştirak etmədi | |||||||||||||||
Avropa 1984 | Dörddəbir Final | 8 komandadan 6-cı | 2 | 0 | 0 | 2 | 0 | 2 | 6 | 4 | 2 | 0 | 9 | 3 | Rreli & Rragami | ||
Avropa 1986 | İştirak etmədi | 4 | 1 | 0 | 3 | 3 | 7 | ||||||||||
Avropa 1988 | İştirak etmədi | 6 | 0 | 2 | 4 | 4 | 10 | ||||||||||
Avropa 1990 | İştirak etmədi | 6 | 0 | 1 | 5 | 1 | 8 | ||||||||||
Avropa 1992 | İştirak etmədi | 7 | 1 | 2 | 4 | 3 | 13 | ||||||||||
Fransa 1994 | İştirak etmədi | 8 | 1 | 2 | 5 | 5 | 18 | ||||||||||
İspaniya 1996 | İştirak etmədi | İştirak etmədi | |||||||||||||||
Rumıniya 1998 | İştirak etmədi | 8 | 1 | 1 | 6 | 6 | 19 | ||||||||||
Slovakiya 2000 | İştirak etmədi | 10 | 1 | 4 | 5 | 8 | 21 | ||||||||||
İsveçrə 2002 | İştirak etmədi | 8 | 1 | 1 | 6 | 3 | 19 | ||||||||||
Almaniya 2004 | İştirak etmədi | 8 | 3 | 1 | 4 | 10 | 10 | ||||||||||
Portuqaliya 2006 | İştirak etmədi | 12 | 2 | 3 | 7 | 9 | 27 | Bushati | |||||||||
Niderland 2007 | İştirak etmədi | 2 | 0 | 1 | 1 | 0 | 3 | Bushati | |||||||||
İsveç 2009 | İştirak etmədi | 10 | 3 | 3 | 4 | 10 | 13 | Bushati | |||||||||
Danimarka 2011 | İştirak etmədi | 8 | 1 | 1 | 6 | 11 | 20 | Bushati | |||||||||
İsrail 2013 | İştirak etmədi | 8 | 1 | 2 | 5 | 11 | 18 | Gega | |||||||||
Çexiya 2015 | İştirak etmədi | 8 | 2 | 0 | 6 | 7 | 15 | Gega | |||||||||
Polşa 2017 | İştirak etmədi | 10 | 3 | 3 | 4 | 11 | 20 | Jupi | |||||||||
İtaliya 2019 | İştirak etmədi | 10 | 1 | 4 | 5 | 9 | 17 | Bushi | |||||||||
Sloveniya Macarıstan 2021 | İştirak etmədi | 10 | 4 | 2 | 4 | 16 | 21 | Bushi | |||||||||
Rumıniya Gürcüstan 2023 | İştirak etmədi | 10 | 3 | 1 | 6 | 9 | 17 | Bushi | |||||||||
Toplam | 2 | 0 | 0 | 2 | 0 | 2 | 159 | 33 | 36 | 90 | 145 | 299 |
Uğurları
redaktəGənclər arasında Balkan Çempionatı
- Çempion (2): 1978, 1981
İstinadlar
redaktə- ↑ Balkan Youth Championship 1976 Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine RSSSF
- ↑ Second leg of the Balkan Youth Championship final Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine RSSSF
- ↑ Balkan Youth Championship 1968–1981 Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine RSSSF
- ↑ "Shqipëria U-21 / Trajneri Bushi zbardh listën e lojtarëve për dy miqësoret me Poloninë dhe Azerbajxhanin" [Albaniya U-21 baş məşqçisi Buşi Polşa və Azərbaycanla yoldaşlıq görüşünə çağırılan futbolçuların siyahısını açıqlayıb.] (Albanian). Albaniya Futbol Federasiyası. 16 mart 2023. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.