Albaniya Respublikasi Avtomobil Dovlet Qeydiyyat Nisani - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Albaniya Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikllarda, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə.
Format
redaktə2011-ci ilin fevral ayının 16-dan bu günə qədər, İtaliya və Fransanın istifadə etdiyi avtomobil nömrə nişanı formatına bənzər bir dizayn istifadə edilir[1]. Nişanlar solda ağ hərflərlə AL yazılmış və iki başlı qartal fiquru olan mavi bir lentlə başlayır. İki hərfli kod, təhlükəsizlik holoqramı, üç rəqəm və iki hərfli kod ilə davam edir, son olaraq sağ tərəfdə mavi xətt üzərində qeydiyyat ili ilə vilayət kodu yazılmışdır. Yazı tipi 2002-ci ildən etibarən dəyişdirilərək daha emfatik hala gətirilmişdir[2]. Tənqidçilər cüt başlı qartalın və AL hərflərinin, rənglərindən ötəri Albaniyanı təmsil etmədiyini iddia edirlər.[3]
Tarixi
redaktə1958-1993
redaktəKommunist rejimi dövründə yük maşınlarındakı avtomobil nömrə nişanları, vilayət adının ilk hərfləri, sonra is beş rəqəm olaraq (Məsələn: BR • 14825) istifadə edilmişdir. Bu avtomobil nömrə nişanı qaydası, 1991-ci ildə iki nömrə, iki hərfli vilayət kodu, üç nömrə (Məsələn: 22 • KO • 4283 ) olaraq dəyişdirilmişdir. Rəsmi avtomobillər isə kommunizmi təmsil edən qırmızı bir ulduzla birlikdə, ağ rəngli çərçivənin içərisində qara rənglə verilmiş bölgənin ilk hərflərini və nömrəsi var idi. 1993-ci ildə kommunist rejimin bitməsi ilə birlikdə format yenilənmişdir.
1993-2011
redaktə1993-ci ildən bəri istifadə bu nömrə nişanları 2011-ci ilin fevral ayından istifadəsi başlayan nömrə nişanları ilə birlikdə etibarlılığını qorumaqdadır. 1995-ci ildə nömrə nişanlarının sol hissəsində yerləşən milli simvolun şrifti dəyişdirilərək, bir az daha böyüdülmüşdür. 1993-2011-ci illər arasında bir neçə dəfə simvollar arasındakı boşluqlar dəyişmiş, amma ən əhəmiyyətlisi nömrə nişanlara təhlükəsizlik holoqramı yerləşdirilmişdir. Nömrə nişanlarında vilayətləri təmsil edən iki hərfli ixtisarlar mövcuddur. Məsələn KO ixtisarı Korçe vilayətini, TR ixtisarı isə Tirana vilayətini təmsil edir. Vilayət kodundan sonra hər bir seriya nömrəsini müəyyənləşdirən tək hərfli ardıcıl kod var. Məsələn A seriya nömrəsi ilə başlayan bir nömrə nişanı, B seriya nömrəli bir nömrə nişanından daha əvvəl verilmişdir deməkdir.[qeyd 1]
Vilayət kodları
redaktəKod | Vilayət |
---|---|
BC | Tropoye |
BR | Bərat |
BZ | Bulqize |
DI | Diber |
DL | Delvine |
DR | Durres |
DV | Devoll |
EL | Elbasan |
ER | Kolonye |
FR | Fiyer |
GJ | Erqiri |
GR | Qramş |
HS | Has |
KJ | Kavaye |
KO | Korçe |
KR | Kruye |
KU | Kukes |
KV | Kuçove |
LA | Kurbin |
LB | Librajd |
LE | Leja |
LU | Luşnye |
MA | Malesi e Madhe |
MK | Mallakaster |
MR | Mirdite |
MT | Mat |
PE | Peklin |
PG | Poqrades |
PR | Permet |
PU | Puke |
SH | Şkoder |
SK | Skrapar |
SR | Sarande |
TP | Tepelene |
TR | Tirana |
VL | Vlore |
Növləri
redaktəTipi | Formatı | Açıklama |
---|---|---|
Diplomatik | CD 00-00 A | Yaşılla yazılır və çərçivəsi olur. |
Taksi | AA 000 T | Yaşılla yazılır və çərçivəsi olur. Sağ və sol hissəsində göy rəngli xətt olur. |
Polis nəqliyyat vasitələri | MB 000 A | "MB" (Ministria e Brendshme-Albanian) Daxili İşlər Nazirliyi sözünün Alban dilindəki abreviaturası. |
Diplomatik nömrə nişanları:
Kodu | Ölkə vəya Təşkilat |
---|---|
01 | Avstriya |
02 | Böyük Britaniya |
03 | Bolqarıstan |
04 | Boş |
05 | Çexiya |
06 | Misir |
07 | Fransa |
08 | Yunanıstan |
09 | Almaniya |
10 | Macarıstan |
11 | İtaliya |
12 | İran |
13 | Serbiya |
14 | Çin Xalq Respublikası |
15 | Xorvatiya |
16 | Boş |
17 | Makedoniya Respublikası |
18 | İordaniya |
19 | Polşa |
20 | Rumıniya |
21 | Rusiya |
22 | Boş |
23 | ABŞ |
24 | Türkiyə |
25 | İsveçrə |
27 | Səudiyyə Ərəbistanı |
28 | İsveç |
29 | İspaniya |
33 | UNESCO |
41 | Avropa İttifaqı |
42 | BMT |
43 | UNICEF |
44 | Boş |
45 | Ümumdünya Səhiyyə Təşkilatı |
48 | Dünya Bankı |
52 | Küveyt |
55 | Kosovo |
56 | Niderland |
60 | Danimarka |
66 | Slovakiya |
77 | Braziliya |
79 | İsrail |
81 | Qətər |
Xarici Keçidlər
redaktə- License plates in Albania
- Old Albanian License Plates
- Drejtoria e Pergjithshme e Sherbimeve te Transportit Rrugor Website (Quru Yolu Nəqliyyatı Xidməti Ümumi Müdirliyi Rəsmi Saytı)
Qeydlər
redaktə- ↑ 20 (hərflər) x 10 000 (9999 maşınlar) ["O", "Q", "V", "X" və "Y" hərfləri işlənmir amma, "Z" hərfi dövlət nəqliyyat vasitələri üçün qorunur].
İstinadlar
redaktə- ↑ "Targat e reja të makinave, nisi sot vënia në qarkullim" Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine (azərb. "Yeni avtomobil nömrələrinin istifadəsinə bu gün başlandı"). TV Klan. 16 fevral 2011.
- ↑ "Targat e reja, me stemen e BE" Arxivləşdirilib 2010-09-03 at the Wayback Machine (azərb. "Yeni lövhələr, Aİ sistemi ilə"). Koha Jone. 2 sentyabr 2010.
- ↑ "Konferencë për shtyp e Drejtorit të DPSHTRR-së, z. Kreshnik Bozdo" Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine (azərb. "GDRTS Direktoru Mətbuat Konfransı, Cənab Kreşnik Bozdo".). MPPT. 2 Sentyabr 2010.