Aluminium Hidroksid - Wikipedia
Alüminium hidroksid – kimyəvi formululu Al(OH)3 olan qeyri –üzvi birləşmədi.
Alüminium hidroksid | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | Al(OH)3 |
Molyar kütlə | 78 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 2,42 q/sm³ |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 21645-51-2 |
PubChem | 10176082 |
RTECS | BD0940000 |
ChEBI | 33130 |
ChemSpider | 8351587 |
Alınması
redaktəAlüminium hidroksidi alüminium duzlarının ammonyakla reaksiyası nəticəsində almaq olar:
Alüminium hidroksid jelatinə bənzər ağ çöküntü kimi çökür.
Alüminium hidroksid istehsalının ikinci üsulu isə suda həll olunan alüminium duzlarının qələvi metalların karbonatları ilə reaksiyasıdı:
Fiziki xassələri
redaktəAlüminium hidroksid, 4 kristal modifikasiyası olan ağ kristal maddədir:
- monoklinik (γ) gibbsit
- triklinik (γ ') gibbsit (hidrarqillit)
- bayerit (γ)
- nordstrandit (β)
Gibbsit, alüminium hidroksidin kimyəvi cəhətdən ən sabit formasıdır.
Kimyəvi xassələri
redaktəAlüminium hidroksid suda zəif həll olunur, amfoter xüsusiyyətə malikdir. Təzə çökmüş alüminium hidroksid turşularla və qələvilərlə reaksiyaya daxil olur:
- qələvi lərlə:
- Bərk reagentlərin əriməsi nəticəsində:
- Qızdırıldıqda parçalanır:
Ammonyak məhlulları ilə reaksiya daxil olmur.
Tətbiqi
redaktəAlüminium hidroksid, suyun təmizlənməsində istifadə olunur, çünki müxtəlif maddələri absorbsiya (udmaq) qabiliyyətinə malikdir. Tibbdə peyvəndlərin istehsalında köməkçi maddə kimi istifadə olunur. Diş pastası, mineral gübrələr, kağız, boyaların tətbiqində istifadə olunur.
Mənbə
redaktə- Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — 3-е изд., М.: Химия, 2000. — 480 с.
- Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., М.-Л.: Химия, 1966. — Т. 1. — 1072 с.
- Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., Л.: Химия, 1971. — Т. 2. — 1168 с.