Tursu - Wikipedia
Turşu — metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddə. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen ionu əmələ gətirən elektrolitlərə turşu deyilir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir. Əsaslığına görə turşular birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.), üçəsaslı (H3BO2, H3PO4 və s.) və dördəsaslı (H4P2O4 və s.) olur. Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir. Qüvvətliliyinə görə turşular qüvvətli, orta qüvvətli və zəif turşulara bölünür.
Məsələn:
- qüvvətli turşular — HClO4, H2SO4, HJ, HBr, HCl, HNO3
- orta qüvvətli turşular — HPO3, H3PO4, H2SO3, HF
- zəif turşular — H2CO3, HClO, H2S, H2SiO3
Turşuların alınması
redaktəTurşular aşağıdakı kimi alınır:
- Oksigensiz turşular qeyri-metalların bilavasitə hidrogenlə birləşməsi və əmələ gələn qazların suda həll edilməsi yolu ilə alınır.
H2 + Br2 → 2HBr; H2 + S → H2S
- Oksigenli turşular turşu oksidlərinin (SiO2 istisnadır) su ilə qarşılıqlı təsirindən alınır.
- Duzların turşularla qarşılıqlı təsirindən də turşu alınır. Turşuların duzlarla reaksiyaya daxil olmasını turşuların bir-birini duzlardan sıxışdırıb çıxarması sırası ilə müəyyənləşdirmək olar. Bu sırada turşular onların qüvvətliliyi, uçuculuğu və həll olması nəzərə alınmaqla ardıcıl yerləşdirilib və şərti olaraq turşuların fəallıq sırası adlandırılır. HCl
H2SO4, HNO3, H2SO3, H2CO3, H2S, H2SiO3
H3PO4
Bu sırada hər öndə duran turşu özündən sonrakı turşunu duzundan sıxışdırıb çıxarır. Alt-alta yazılan turşular eyni qüvvətlidir. Na2SO3 + 2HCl → 2NaCl + SO2 + H2O (SO2 + H2O → H2SO3)
NaCl(bərk) + H2SO4(qatı) → NaHSO4 + HCl
Anhidridi (turşu oksidi) suda həll olmayan turşular bu üsulla alınır.
4. Bəzi oksigenli turşular qeyri-metallara güclü oksidləşdirici turşularla təsir etməklə alınır.
J2 + 5Cl2 + 6H2O → HJO3 + 10HCl
5. Passiv metalların oksigenli turşularla əmələ gətirdiyi duzların suda məhlulunun elektrolizindən turşu alınır.
2CuSO4 + 2H2O → 2Cu + 2H2SO4 + O2
Turşuların xassələri
redaktəTurşuların bir qismi suda yaxşı həll olan rəngsiz mayelərdir. Məsələn, H2SO4, HNO3 və s.
Bəzi turşular isə adi şəraitdə bərk halda olur: H3PO4, H3BO3, HPO3.
Metasilikat turşusu (H2SiO3 H4SiO4) suda praktik olaraq həll olmur.
1. Turşular indikatorların rəngini dəyişir: bənövşəyi lakmusu qırmızı, narıncı metiloranjı çəhrayı rəngə boyayır.
2. Turşular metallarla qarşılıqlı təsirdə olur:
a) Elektrokimyəvi gərginlik sırasında hidrogendən solda yerləşən metallar turşulardan (nitrat və qatı sulfat turşusundan başqa) hidrogeni sıxışdırıb çıxarır;
2HCl + Fe → FeCl2 + H2; H2SO4(duru) + Zn → ZnSO4 + H2
b) Elektrokimyəvi gərginlik sırasında hidrogendən sağda yerləşən metallar hidrogeni turşulardan sıxışdırıb çıxarmır; nitrat və qatı sulfat turşusundan başqa turşularla qarşılıqlı təsirdə olmur.
c) Pt və Au "çar arağı"nda (zərhəl də adlandırılır — 1mol HNO3 + 3mol HCl) həll olur.
3. Turşular əsasi oksidlərlə qarşılıqlı təsirdə olur.
4. Turşular amfoter oksidlərlə qarşılıqlı təsirdə olur.
5. Turşular əsaslarla neytrallaşma reaksiyasına daxil olur.
6. Turşular ammonyakla qarşılıqlı təsirdə olur.
H2SO4 + NH3 → NH4HSO4; NH4HSO4 + NH3 → (NH4)2SO4
7. Turşular bəzi duzlarla qarşılıqlı təsirdə olur.
8. Bəzi turşular qeyri-metallarla qarşılıqlı təsirdə olur.
4HNO3(qatı) + C → CO2 + 2H2O + 4NO2
9. Oksigenli turşular qızdırıldıqda suya və turşu oksidinə parçalanır.