Alcaqboy Xamerops - Wikipedia
Alçaqboy xamerops (lat. Chamaerops humilis) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin xamerops cinsinə aid bitki növü.
Alçaqboy xamerops | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Alçaqboy xamerops |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəTəbii halda Avropanın qərb hissəsində, Aralıq dənizyanı ölkələrində və Şimali Afrika da yayılmışdır.
Botaniki təsviri
redaktəAlçaq gövdəli koldur. Gövdəsi bozumtul-göy rəngli sərt yarpaqlardan ibarət sıx çətir əmələ gətirir, kürən-qonur liflərə sıx çətir örtülmüşdür. Saplaqların uzunluğu 70-80 sm-ə qədərdir. Yarpayası yelpikvari sərtdir, diametri 50-60 sm, qaidəsinin kənarında pazvari oyuq vardır. Sermenlərin sayı 30-a çatır, üst tərəfi tünd yaşıl, alt tərəfi bozumtul rəngdədir. Xamaşçiçəyin gövdənin qaidəsi yaxınlığında yerləşən və uzunluğu 30-40 sm-ə olan qıçalardı. Kasacığın dilimləri sivridir. İkicinsli çiçəkləri oturaqdır. Yaşımtıl-sarı rəngdədir. Meyvəsi sarımtıl rəngli, oval və ya kürəyə oxşar yumurtavaridir, lətli və qabalilfi meyvəyanlığı vardır. Mayın birinci yarısında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Toxumları uzunsov, uzunluğu 11–12 mm, eni 12-15 mm-dir. Toxumla, kök pöhrələri ilə çoxaldılır.
Ekologiyası
redaktəİstisevən, az şoranlaşmış torpağa, quraqlığa davamlı bitkidir.
Azərbaycanda yayılması
redaktəAbşeron, Lənkəran, Gəncə, Qəbələ və digər şəhər və rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəTək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Yarpaqlarından alınan lifdən baş örtükləri, səbət, kəndir, tor, qaytan və s. hazırlamaq üçün istifadə edilir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Corypha humilis (L.) Pynaert
- Phoenix humilis (L.) Cav.
Yarımnövləri
redaktəİstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1187.