Abdulla Letifzade - Wikipedia
Abdulla Lətifzadə — şair, dramaturq, dialektoloq, ədəbiyyatşünas, pedaqoq.
Abdulla Lətifzadə | |
---|---|
Abdulla Əbil oğlu Lətifzadə | |
Doğum tarixi | |
Doğum yeri | Ağməscid, Krım, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Rusiya imperiyası SSRİ |
Milliyyəti | Krım tatarı |
Fəaliyyəti | şair |
Həyatı
redaktəAbdulla Əbil oğlu Lətifzadə - onun adı qaynaqlarda Abdulla, Abdullah, doğum ili 1890-cı il və ya 1891-ci il, anadan olduğu yer isə gah Akmescid, yəni indiki Simferopol, gah da Yefpatoriya kimi yazılır. Müəllim ailəsində doğulan Abdulla Əbil oğlu Lətifzadə ilk təhsilini atasından almış, ondan rus dilində yazıb oxumağı öyrənmiş, mədrəsəni bitirdikdən sonra rüştiyyə məktəbində oxumuşur.
O dövrdə rüştiyyələr yeni aşılırdı və orta təhsil sayılırdı. Keçmiş mədrəsələrdən isə təbiət elmlərini öyrədilməsi və tədris metodu ilə seçilirdi.
Təhsil almaq uğrunda mücadilə
redaktəRüşdüyyədə oxuyarkən inqilabçılara qoşularaq hökumət əleyhinə keçirilən tədbirlərdə fəal iştirak edir. Bundan xəbər tutan xüsusi xidmət orqanları onu məktəbdən qovmaqla cəzalandırırlar.
Abdulla Lətifzadə 1908-ci ildə xeyriyyəçilərdən toplanan yardımın hesabına İstanbula gedərək orada ali təhsil almağa çalışır. Lakin atasının vaxtsız ölümü onu 1910-cu ilədə vətənə dönməyə vadar edir.
Krıma döndükdə "Tərcüman" və "Vətən xadimi" qəzetlərində şeirlərini çap etdirən gənc şair 1910-cu ildə yazdığı "Xəyal-ömür" şerilə sanki həyat məramnaməsini dilə gətirir.
Bir müddət Krımda işlədikdən sonra Abdulla Lətifzadə yarımçıq qoyduğu təhsilini başa vurmaq üçün Ufa şəhərinə gedir. Oradakı məşhur Qaliyə mədrəsəsində üç il oxuyur.
Bir əldə silah obirində qələm
redaktə1915-1917-ci illərdə çar ordusunda hərbi xidmətdə olan Abdulla Lətifzadə Birinci Dünya Savaşında iştirak edir. Rusiya ordusunda xidmət edərkən belə bədii yaradıcılığından qalmır, Aleksandr Puşkinin, Lev Tolstoyun nəsr əsərlərini ana dilinə çevirir.
Rusiya Birinci Dünya Savaşında məğlub olduqda Abdulla Lətifzadə Krıma dönür. Gəncliyindən inqilaba böyük maraq göstərən vətənpərvər çar II Nikolay hakimiyyətdən devrildikdən sonra Tatar Birləşmiş Sosialistlər Partiyasına daxil olur, Milli Firqəyə üzv yazılır. 1917-ci ildə Akmescitdə keçirilən I Krımtatar Qurultayına nümayəndə seçilir, "Millət" qəzetində çap olunan yazıları redaktə edir.
Həyatında yeni səhifə
redaktə1918-20-ci illərin çətin, burulğanlı günlərində Abdulla Lətifzadə Krımın müxtəlif şəhər və kəndlərində müəllimlik edir. Bölşevik işğalını alqışlarla qarşılayır. Ona elə gəlir ki, bölşeviklərin gəlişi onun xalqını da zülm və əsarətdən xilas edəcək. Odur ki, gah həmkarlar təşkilatında, gah da Xalq Maarif Komissarlığında rəhbər vəzifələrdə canı-dildən işləyir
Yaradıcılığı
redaktəİnqilab ruhlu şair Krım tatar ədəbiyyatını yeniləşdirməyə can atır, forma və məzmunda dəyişikliklər edir. Vladimir Mayakovskinin təsiri ilə şeiri lirikadan uzaqlaşdırıb ona ictimai-siyasi, fəlsəfi yön verməyə çalışır. Onun "Ver", "Cermayın türküsü", "Bir damcı qan", "Çətin, lakin çiçəklənəcək yol", "Qurtarınız ölümdən!" və başqa şeirlərində bu ruh özünü qabarıqlığı ilə göstərir.
1923-cü ildə çap olunan "Şairə", "Axır zaman quşu", "Axına" şeirləri yeni Krım tatar ədəbiyyatının ən gözəl nümunələri kimi dəyərləndirilir. Yeni həyatı tərənnüm edən "Şairin ruhu", "Ömür", "Gözaydınlığı", "Müjdə" kimi şeirləri ilə yanaşı, "Xeyirsiz yuxu" poemasını da yazır. Bütün bunlar toplanaraq 1928-ci ildə Akmescitdə "Yeni saz" adı altında çap etdirir.
Bölgələri gəzərək dialekt və şivələri toplayan, ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsi uğrunda mübarizə aparan Abdulla Lətifzadə 1927-1930-cu illərdə Yeni Əlifba Komitəsində katib işləyir. "Okuv işleri" jurnalının 1927-ci il 4-5-ci saylarındakı "Krım tatar ədəbiyyatının ən yeni dövrü" və 11-ci sayındakı "Krım tatar ədəbiyyatına qısa nəzər" məqalələri onu bir ədəbiyyatşünas kimi də məşhurlaşdırır[1].
1929-cu ildə keçirilən İkinci Ümumkrım Orfoqrafiya Konfrasında terminologiya ilə bağlı oxuduğu elmi məruzə əslində Krım ədəbi dilinin fotmalaşdırılmasını istiqamətlənmişdi. Bölgələrə dialektoloji ekspedisyalara gedən, sözlüklər hazırlayan Abdulla Lətifzadə bir alim kimi formalaşmışdı. Həqiqətləri dediyinə, xalqını sevdiyinə, milli dəyərləri qiymərləndirdiyinə görə mətbuatda onun haqqında tənqidi məqalələr çap olunmağa başlayır. Məqalələrdə Abdulla Lətifzadə millətçilikdə suçlanır.
O, təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün Moskvaya oxumağa getməyi qərarlaşdırır. Əslində, o, püxtələşmiş alim idi. Sadəcə elmi dərəcə almaq lazım gəlirdi ki, ali məktəblərdə dərs desin, akademiya sistemində işləyə bilsin.
Odur ki, Abdulla Lətifzadəni 1930-cu ildə Moskvadakı Şərq Xalqları İnstitutuna oxumağa gedir. Az sonra isə Dövlət İncəsənət Tarixi Akademiyasının aspiranturasında oxuyur. 1932-ci ildə təhsilini başa vurub mudafiə etdikdən sonra Leninqrada gedir və 1934-cü ilədək orada işləyir.
Moskva və Leninqradda olarkən rus ədibi Valeri Bryusovun ədəbiyyatın yeniləşməsi mövzusunda söhbətlərinə qulaq asan, Vladimir Mayakovski ilə görüşən Abdulla Lətifzadə ukraynalı şair Tıçınoy və akademik Krimski ilə dostluq edir.
Abdulla Lətifzadə Krım tatar ədəbiyyatında yeni olan dramaturgiyanın inkişafı üçün də əlindən gələni əsirgəmir. Onun 1928-ci ildə tamaşaya qoyulan "Ömür barı" pyesi bir neçə il səhnədən düşmür.
Gəncliyində çılğınlıqla bölşevikləri müdafiə edən, sosializm quruculuğu uğrunda mübarizənin önündə ölması ilə qürur duyan şair illər keçdikcə aldadıldığını başa düşür. Rusiyada əsarətin yenə də davam etdiyini, verilən vədlərin reallaşmadığını, bolşeviklərin hakimiyyət uğrunda mübarizədə keçmiş silahdaşlarına necə qəddarlıqla divan tutduqlarını görür. Odur ki, Krım tatar millətçilərinə doğru meyillənir, onlarla birlikdə olmağa can atır.
1934-cü ildə təhsilini başa vurub vətənə qayıdan Abdulla Lətifzadə Krım Dövlət Pedaqoji İnstitutunda dərs deməyə başlayır. Qısa müddətdə dosent seçilir. Krım tatar dili və ədəbiyyatı fakültəsində Batı Avropa ədəbiyyatından mühazirələr oxumağa başlayır.
Bütün gücünü gənc nəsli savadlı, vətənpərvər və millətçi ruhda böyütməyə çalışır.
Həyatının sonu
redaktəOnun fəaliyyəti Sovet KQB-sinin diqqətindən yayınmır. Üzərində nəzarəti artırırlar. Təqib və təzyiqlər artdıqca Abdulla Lətifzadə gizli fəaliyyətdə olan Krım tatar millətçiləri ilə daha sıx əməkdaşlıq edir. Elmi bilikləri artdıqca tərənnümçülükdən, şüarçılıqdan qaçır, faktlara dayanan bilgiləri təbliğ edir. Bu da Krım tatar gənclərində tarixlərinə, ədəbiyyatlarına marağı artırır. Bütün bunlar da Sovetlərin əsarətdə olan xalqlardan kosmapolit insanlar yetişdirmək siyasətinə qarşı durur.
1937-ci il martın 21-də, Krım tatar xalqı Novruz bayramını qeyd edən günü Abdulla Lətifzadəni işdən azad edirlər. İşdən çıxmasının heç bir ayı tamam olmamış onun həbs edirlər. Qatı millətçilikdə ittiham edilən şair-alimin istintaqı bir ilə yaxın sürür.
1938-ci ilin aprelin 17-də Abdulla Lətifzadəni Simferopoldakı həbsxananın həyətində güllələnir.
Uzun illərin qadağalarına baxmayaraq xalqı keçməkeşli ömür sürmüş Abdulla Lətifzadəni unutmur.
Krım tatarları sürgündən vətənə döndükdən sonra onun əsərlərini toplayıb çap edir, adının əbədiləşməsi üçün bir sıra tədbirlər görür.
İstinadlar
redaktə- ↑ Türk dünyasının məşhurları — trtazerbaycan.com saytı