Abs Federal Hokumeti - Wikipedia
Birləşmiş Ştatların federal rəhbərliyi — Amerika Birləşmiş Ştatlarını yaradan 50 ştatın aid olduğu konstitusiya respublikasının milli rəhbərliyi. Federal hökumət (və ya idarəetmə), üç orqandan ibarətdir: Qanunvericilik, icra və məhkəmə. Bu orqanlar və onların qüvvələri ABŞ Konstitusiyası ilə qeyd edilmişdir; qüvvələr haqqında daha çox detal, Konqres tərəfindən həyata keçirilən qanunlarda bildirilir.
Birləşmiş Ştatların idarəetmə mərkəzi Vaşinqton şəhərində yerləşir, bu coğrafi ərazi heç bir əyalətə aid deyil. Bu səbəbdən Amerika Birləşmiş Ştatları federal hökuməti üçün "Vaşinqton" ifadəsi geniş istifadə edilir.
Bu mətndə hökumət sözü "nazirlər kabineti" mənasında deyil, bir ölkəni idarə edən təşkilatlar mənasında və "idarəetmə" sözü ilə sinonim istifadə edilmişdir.
Tarix
redaktəBirləşmiş Ştatlar hökumətinin əsas xətləri konstitusiyasında xülasə olaraq qeyd edilmişdir. Hökumətin 1789-cu ildə qurulması ilə ABŞ, dünyanın ilk müasir milli konstitusiya respublikalarından biri olmuşdur.
Amerika Birləşmiş Ştatları Konstitusiyasında qeyd olunduğu kimi, Birləşmiş Ştatlar hökuməti federalizm əsası üzərində qurulmuşdur, siyasi güc, federal hökumət ilə əyalət hökumətləri arasında bölüşülmüşdür. Amerikan federalizm detalları (federal hökumətin hansı qüvvələrə malik olması və bu qüvvələrin necə həyata keçirilməsi vacibliyi də daxil olmaqla), Konstitusiyanın qəbulundan bəri müzakirə olunmuşdur. Bəziləri əhatəli bir federal gücü qoruyarkən, bəzilərinində qənaətinə görə, insanlar, əyalətlər və digər müəyyən edilmiş varlıqlara müqayisədə, mərkəzi hökumət daha məhdud rola malik olmalıdır.
Amerika Birləşmiş Ştatlarında Vətəndaş Müharibəsindən bəri, federal hökumətin gücü adətən artmışdır. Ancaq, qanunvericilik orqanının daha dominant olduğu müəyyən dövrlər də olmuşdur (məsələn, Vətəndan müharibəsini təqib edən on illərdə). O cümlədən, qanunvericilik, icra hakimiyyəti və ya konstitusiya prinsiplərinin hakimlərlə şərh olunması yolu ilə, əyalət haqları müdafiəçilərinin federal gücü məhdudlaşdırmağa nail olduğu dövrlər də olmuşdur.[1]
Amerika Birləşmiş Ştatları Konstitusiyasındakı nəzəri əsaslardan biri, Amerika hökumətinin üç orqanının (icra, qanunverici və məhkəmə) qüvvələri və məsuliyyətləri arasında "nəzarət və tarazlıqlar" (İngiliscə yazsaq "checks and balances") olmasıdır. Məsələn, Konqres (qanunvericilik orqanı), qanun çıxarma gücünə sahib olmasına baxmayaraq, icra (Sədr) hər hansı bir qanunu veto edə, onun bu hərəkəti də Konqres tərəfindən etibarsız sayıla bilər. Sədr ölkənin ən yüksək məhkəmə nüfuzuna (Konstitusiya Məhkəməsinə) hakimləri təyin edir, lakin təyin olunan bu hakimlərin Konqres tərəfindən təsdiq olunması lazımdır. Konstitusiya Məhkəməsi də, Konqres tərəfindən keçirilən hər hansı bir qanunu "konstitusiyaya zidd" hesab edib əsassız saya bilər. Bu və digər məsələlər aşağıdakı mətndə araşdırılmaqdadır.
Qanunvericilik orqanı
redaktəƏsas səhifəː ABŞ Konqresi
Amerika Birləşmiş Ştatları Konqresi, federal hökumətin qanunverici orqanıdır. Konqres ikipalatalı parlamentdən ibarətdir, Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatası və Senat.
Konqresin qüvvələri
redaktəKonstitusiya, Konqresə müxtəlif qüvvələr vermişdir. I Maddənin 8-ci Hissəsində sıralandığı kimi, bunlar, vergi qoyma və toplama; Pul kəsmə və dəyərini tənzimləmə; Hiyləgərlik üçün cəza təyin etmə, poçt xidmətləri üçün asan yollar təmin etmək, patent vermək yolu ilə elmin inkişafını təşviq etmək, Konstitusiya Məhkəməsinə bağlı alt məhkəmələr qurmaq, piratlığa və ağır cinayətlərə qarşı mübarizə aparmaq; Müharibə elan etmək; Ordular qurmaq və onu idarə etdirmək; Donanma yaratmaq və onu idarə etdirmək; Quru və dəniz qüvvələrinin keçirilməsi üçün qaydalar tərtib etmək, milis qüvvələrini maliyyələşdirmək, onları silahlandırmaq və onların intizamını təmin etmək; Kolumbiya Bölgəsi (District of Columbia) üçün xüsusi qanunlar çıxarmaq, və özünə aid bu qüvvələri tətbiq etmək üçün lazımı qanunları həyata keçirməkdir. Birləşmiş Ştatlar qurulduğundan bəri keçən iki əsrdən artıq müddət ərzində federal hökumət orqanlarının güclərinin sərhədləri haqqında bir çox ixtilaf çıxmışdır. Bu münaqişələr çox zaman iddiaların mövzusu olmuş və ən nəhayət Amerika Birləşmiş Ştatları Konstitusiya Məhkəməsində həll olunmuşdur.
Konqresin tərkibi
redaktəNümayəndələr palatası
redaktəNümayəndələr palatası (İng. House of Representatives) hazırda 435 nümayəndədən ibarətdir, bunların hər biri bir konqres bölgəsini (congressional district) təmsil edir. Hər əyalətin parlamentdə malik olduğu nümayəndə sayı, o əyalətin Amerika Birləşmiş Ştatları əhali sayı ilə müəyyən edilmiş əhalinin sayına əsaslanır. 435 nümayəndənin hamısının vəzifə müddəti iki ildir. Hər əyalətin Məclisdə ən azı bir nümayəndəsi olmalıdır. Nümayəndə seçilə bilmək üçün bir nəfərin ən az 25 yaşında olması və ən az yeddi ildir ki, Amerika Birləşmiş Ştatları vətəndaşı olması lazımdır. Bir nümayəndənin neçə dəfə seçiləcəyinə dair bir məhdudiyyət yoxdur. 435 səs verən nümayəndəyə əlavə olaraq altı dənə səs verməyən nümayəndə var, bunlar beş nümayəndə və bir rezident vəzifəsidir (resident commissioner). Beş nümayəndə, Kolumbiya Bölgəsi, Quam, Vircin Adaları, Amerika Samoa Adası və Şimali Mariana Adaları Komonveltindən (Commonwealth of the Northern Mariana Islands) gəlir, resident commissioner isə Puerto-Rikodan.[2]
Senat
redaktə
Nümayəndələr palatasından fərqli olaraq, əyalətin əhalisinin sayından asılı olmayaraq Senatda hər əyalətdən iki senator olur. Hazırda 100 senator var (50 əyalətdən iki dənə), hər birinin vəzifə müddəti altı ildir. Senatorların təqribən üçdə biri hər iki ildən bir yenidən seçkiyə tabe olur.
Müxtəlif qüvvələr
redaktəMəclis və Senatın hər birinin özünə xas qüvvələri vardır. Məsələn, Prezident tərəfindən edilən təyinatların çoxusu (hökumət nümayəndələri və nazirləri, federal hakimlər, Amerika Birləşmiş Ştatlarının hərbi zabitləri və xarici ölkələrə səfirlər) Senat tərəfindən təsdiq olunur (Konstitusiyada qeyd edildiyi kimi "tövsiyə edər və razılıq verir"). Gəlir əldə etməyi hədəfləyən bütün qanunlar Nümayəndələr Məclisindən qaynaqlanmalıdır. Hər hansı bir qanunun keçməsi üçün hər iki məclis tərəfindən təsdiq olunması lazımdır amma onun qanuni olması üçün həmçinin Prezident tərəfindən imzalanması lazımdır. Əgər Prezident qanunu veto etsə, Konqresin hər iki palatası qanunu üçdə iki çoxluqla yenidən keçirə bilər, bu halda Prezidentin imzası olmadan qanunlaşır. Konqresin qüvvələri Konstitusiyada sayılanlarla məhduddur; bütün digər qüvvələr və əyalətlər xalqa məxsusdur. Konstitusiyada ayrıca bir "Lazımlı və Uyğun Məqam" ("Necessary and Proper Clause") maddə var, bu maddə Konqresə "qeyd olunan qüvvələrin tətbiqi üçün zəruri və uyğun olan hər bir qanunu keçirmək" səlahiyyəti verir. Nümayəndələr Palatası və Senat üzvləri gəldikləri ştatlarda səs çoxluğu seçki sistemi ilə seçilirlər, bunun istisnası Luiziana və Vaşinqton ştatlarıdır, bunlarda iki mərhələli seçki sistemi vardır.
Federal rəsmilərinin vəzifədən azad edilməsi
redaktəKonqresin Sədr, federal hakim və digər federal rəsmilərini vəzifədən azad etmə gücü var. Nümayəndələr Palatası və Senatın bu prosesdə fərqli rolları vardır. Nümayəndələr Palatası əvvəlcə səlahiyyətli şəxsi günahlandırmaq (İngilis dilində "impeach") üçün səsvermə keçirər. Sonra, Senatda mühakimə edilib səlahiyyətli şəxsin vəzifəsindən azad edilməsinin vacibliyi qərarı verilər.
Konqresin prosedurları
redaktəAmerika Birləşmiş Ştatlarının Konstitusiyasını 1-ci Maddəsinin 2-ci Hissəsinin 2-ci bəndində qeyd olunur ki, Konqresin hər iki məclisinə də "toplanma qaydalarını müəyyənləşdirmək" səlahiyyəti verilsin. Bu hökm sayəsində konqres komitələri yaranmışdır, bunlar qanun mətnlərini hazırlayır və milli məsələlərlə bağlı məclisin təhqiqat işlərini icra edirlər. 108-ci Konqresdə (2003-2009) Məclisdə 19 və Senatda 17 daimi komitə var idi, bunlara əlavə olaraq, hər iki məclisin üzvləri olan dörd daimi komitə daha vardı, bunlar Konqres Kitabxanası, pul nəşri, fiskal və iqtisadiyyata nəzarət edirdi. Bundan başqa hər məclis müəyyən problemləri araşdırmaq üçün xüsusi və ya seçmə komitələr təyin edə bilir. Günümüzdə konqresin iş yükünün böyük hissəsi alt komitələr tərəfindən aparılır, bu alt komitlerin sayı 150-dən çoxdur.
Konqresin qüvvələri
redaktəƏsas səhifəː Amerika Birləşmiş Ştatları Konstitusiyasının Birinci Maddəsi
Konqresin nəzarəti
redaktəƏsas səhifəː Konqresin nəzarəti
Konqres nəzarətinin məqsədi, ziyan və saxtakarlığın qarşısını almaq, insan azadlıqlarını və şəxsi hüquqları qorumaq, icranın qanunlara riayət etməsini təmin etmək, qanun yaratmaq və ictimaiyyəti təhsilləndirmək üçün məlumat toplamaq və icranın performansını qiymətləndirməkdir.[3]
Hökumət nazirlikləri, inzibati idarələr, nəzarət komissiyaları və rəhbərlik üzərində təsir sahibidir.
Konqresin nəzarəti müxtəlif formalarda ola bilər:
- Komitə təhqiqatları və iclasları.
- Prezident ilə rəsmi görüş və onun təqdim etdiyi hesabatlar.
- Rəhbərlik təyinatları və andlaşmalar üçün Senatın təklif və rəyləri.
- Nümayəndələr Palatasının ittihamları (impeachment) və onu izləyən Senatın mühakimə etməsi.
- Prezidentin, vəzifəsini icra edə bilməməsi zəruriyyəti yarandıqda və ya Prezidentin köməkçisinin məqamının boş olması halında, Konstitusiyanın 25-ci əlavə maddəsinə görə Məclis və Senatın iclasları.
- Qanunverici hakimiyyət və icra nümayəndələri arasında qeyri rəsmi görüşlər.
İcraedici hakimiyyət
redaktəƏsas səhifəː Amerika Birləşmiş Ştatları Konstitusiyasının İkinci Maddəsi
Federal hökumətin icra gücü Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən aparılır amma o bu gücü adətən Hökumət üzvləri və digər nümayəndələrə ötürür.[4][5]
Amerika Birləşmiş Ştatlarının Prezidenti və Vitse-prezidenti iki nəfərlik bir namizəd komandası (running mate) olaraq Seçicilər Məclisi tərəfindən seçilir. Seçicilər Məclisində hər əyalətə (Kolumbiya Bölgəsi də daxil olmaqla), Konqresin hər iki palatasında təmsil gücü ilə mütənasib olaraq müəyyən sayda stul təsis edilmişdir. Prezident, ən çox iki dəfə dörd illik səlahiyyət müddəti ilə məhdudlaşır (bunlar ardıcıl olmaq məcburiyyətində deyil) və ya əgər seçki yolu ilə deyil vəzifə ötürülməsi yolu ilə Prezident oldusa, Prezident olaraq vəzifə başında iki ildən uzun qaldısa bundan sonra ancaq bir dörd illik müddət üçün daha seçilə bilər.
Prezident
redaktəƏsas səhifə: Amerika Birləşmiş Ştatlarının Prezidenti
Hakimiyyətin icra orqanı Prezident və Prezidentin səlahiyyət verdiyi şəxslərdən ibarətdir. Prezident həm dövlət başçısı, həm baş nazirdir, həmçinin Ali Baş Komandan və baş diplomatdır. Konstitusiyaya görə Prezident, "qanunlara sadiq qaldığına diqqət etməli" və "Konstitusiyanı mühafizə etməli, qorumalı və müdafiə etməlidir". Prezident, federal hakimiyyətin icraedici hakimiyyəti orqanında başçıdır. 5 milyon nəfərdən ibarət olan bu təşkilatın içində 1 milyon aktiv hərbi personal və 600.000 poçt xidməti işçisi var. Hazırkı Prezident olan Donald Tramp, Amerika Birləşmiş Ştatları tarixinin 45-ci Prezidentidir.
Prezident, Konqres tərəfindən hazırlanmış qanunları imzalayaraq qüvvəyə keçirir və ya onu veto edir. Veto olduğu təqdirdə onun qanuni olmasını əngəlləyir. Əgər konqresin iki məclisinin üçdə ikisi onun vetosunu etibarsız hesab edərsə prezidentin etdiyi veto etibarsız sayılır və qanun qüvvəyə minir. Prezident, təkbaşına xarici ölkələrlə sazişlər imzalaya bilər. Ancaq, beynəlxalq sazişlərin təsdiq olunması üçün Senatın üçdə ikilik hissəsinin dəstəyi lazımdır. Prezident, xəyanət, rüşvət və digər böyük cinayətlərə görə Nümayəndələr palatası tərəfindən günahlandırılıb Senatın üçdə ikilik səsi ilə vəzifədən azad edilə bilər. Prezident parlamenti ləğv edə bilməz və ya erkən seçki qərarı ala bilməz. Prezident, federal hökumətə qarşı cinayət törətmiş, məhkum olunmuş şəxsləri əfv edə bilər (günahlandırma prosesilə vəzifədən azad edilən şəxslər istisna olmaqla), sərəncam verə bilər (Senatın razılığı ilə) və Konstitusiya Məhkəməsinin sədrlərini və federal hakimləri başqa vəzifələrə təyin edə bilir.
Vitse-prezident
redaktəƏsas səhifəː ABŞ vitse-prezidenti
ABŞ-nin vitse-prezidenti, rəhbərlikdəki ikinci ən yüksək icra nümayəndəsidir. Amerika Birləşmiş Ştatları prezident xələfiliyi zamanı başda yer alan vitse-prezident, Prezidentin ölümü, istefası yaxud vəzifədən azad edildiyi təqdirdə Prezident olur; bu hal Amerika Birləşmiş Ştatları tarixində doqquz dəfə meydana gəlmişdir. Konstitusiyaya əsasən Vitse-prezident Senatın Prezidenti olur. Bu xüsusiyyətindən dolayı vitse-prezident qanunlar barədə səsvermə prosesində bərabərlik yarandığı təqdirdə bərabərliyi pozmaq məqsədilə Senatda səs verə bilər. 12-ci Əlavə Maddəyə görə, Seçicilər Komissiyasının səslərini saymaq məqsədilə toplanan Konqresin iki məclisinin birgə iclasında sədrlik edər. Vitse-prezidentin Konstitusiyada qeyd olunan yeganə funksionallığı, prezidentin xələfi olması istisna olmaqla, Senatda Prezident olsa da, hazırda bu məqam, ümumiyyətlə, federal hakimiyyətin icra orqanının bir hissəsi kimi görülür. Amerika Birləşmiş Ştatlarının Konstitusiyası bu orqanın hakimiyyətin üç orqanından hansına aid olduğunu qeyd etməz, bu səbəbdən akademiklər onun icraedici hakimiyyətə, yoxsa qanunvericilik orqanına, yoxsa ikisinə də aid olduğunu müzakirə edirlər.[6][7]
Hökumət, inzibati bölmələr və dairələri
redaktəƏsas səhifələr: Amerika Birləşmiş Ştatları kabineti və Amerika Birləşmiş Ştatları fedral dairələrinin siyahısı
Dövlət Departamenti
redaktəƏsas səhifə: ABŞ Dövlət Departamenti
Xarici işlər Naziri (əslində bu məqamın İngilis dilində Secretary of State olan adının Azərbaycan dilində tam lüğət tərcüməsi Dövlət Katibidir), Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin (Department of State) Baş İcraçı Direktoru (Chief Executive Officer)-dur. Bu nazirlik bütün federal icra nazirliklərinin ən öndə gələnidir. Xarici işlər Naziri Amerika Birləşmiş Ştatları rəhbərliyinin icraedici hakimiyyətinin üçüncü ən ali rəsmisidir, Prezident və Vitse-prezidentdən sonra. Nazir, Prezident Kabinetinin üzvüdür; həm Prezidentin xələfilik sıralamasında həm də protokoldakı prioritet sıralamasındakı ən yüksək hökumət naziridir. Nazir, Amerika Birləşmiş Ştatlarının xarici işlər siyasəti məsələsində Prezidentin baş müşaviridir və bu xüsusiyyəti gərəyi saziş və müqavilələrlə bağlı müzakirələr aparır, onları şərh edir və ya sona çatdırır; həmçinin beynəlxalq konfranslara, təşkilatlara və idarələrə şəxsən qatılır və ya nümayəndələr göndərir; Amerika Birləşmiş Ştatlarının xarici işləri ilə bağlı müzakirələr aparır; xarici səfarət və konsulluqların idarə edilməsindən cavabdehdir. Xarici ticarət missiyaları və kəşfiyyat vəzifəliləri birbaşa Xarici İşlər Nazirinə hesabat verirlər. Nazir həmçinin Amerika Birləşmiş Ştatlarının xarici ölkələrdəki fəaliyyətləri ilə bağlı digər nazirliklərin fəaliyyətinin istiqaməti, koordinasiya və yoxlanmasından cavabdehdir.
Digər hökumət rəsmiləri, komissiyalar və inzibati qurumlar
redaktəFederal qanunların gündəlik həyata keçirilməsi və idarəsi, müxtəlif federal icra nazirliklərinin məsuliyyətindədir. Bu nazirliklər Konqres tərəfindən, milli və beynəlxalq məsələlərin spesifik məsələləri ilə məşğul olmaları üçün yaradılıb. 15 nazirliyin başçısı Prezident tərəfindən seçilir, Amerika Birləşmiş Ştatları Senatının "tövsiyə və razılığı" ilə təsdiq edilir, bunlar Prezidentin "kabineti" kimi tanınan məsləhətçilər şurasıdırlar. Nazirliklərlə (İngilis dilində departments) yanaşı, bəzi başqa inzibati qurumlar (agency) Prezidentin İcra Aparatı (Executive Office of the President) altında toplanır. Bunlarına arasında Ağ Ev personalı, Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Şurası, (National Security Council) Müəssisə və Büdcə idarəsi (Office of Management and Budget), İqtisadi Məsləhətçilər Şurası (Council of Economic Advisers), Ekoloji Keyfiyyət Şurası, (Council on Environmental Quality) Amerika Birləşmiş Ştatları Ticarət Nümayəndələri idarəsi (Office of the U.S. Trade Representative), Milli Narkotik Nəzarət Siyasəti idarəsi (Office of National Drug Control Policy) və Elm və Texnologiya Siyasəti idarəsi (Office of Science and Technology Policy) yerləşir. Bu Amerika Birləşmiş Ştatları dövlət qurumlarının əməkdaşları, Amerika Birləşmiş Ştatları dövlət xidmətləri olaraq adlandırılır.
İnzibati orqanlardan başqa, Amerika Birləşmiş Ştatları Poçt İdarəsi, (United States Postal Service) Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Amerika Birləşmiş Ştatları Ətraf Mühiti Qoruma İdarəsi (Environmental Protection Agency), və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf İdarəsi (United States Agency for International Development) kimi müstəqil inzibati qurumları var. Əlavə olaraq, Federal Depozit Sığorta Şirkəti (Federal Deposit Insurance Corporation) və Milli Dəmiryol Sərnişin Şirkəti (National Railroad Passenger Corporation) kimi iqtisadi dövlət qurumları var.
Məhkəmə orqanı
redaktəƏsas səhifə: Amerika Birləşmiş Ştatları federal məhkəmələri
Həmçinin baxınː Amerika Birləşmiş Ştatları Konstitusiyasının 3-cü Maddəsi
Məhkəmə qanunları açıqlayır və həyata keçirir. Bu orqan müxtəlif hüquqi iddiaları dinləyir və barələrində qərar alır.
Federal məhkəmə orqanına ümumi baxış
redaktəAmerika Birləşmiş Ştatları Konstitusiya Məhkəməsi federal məhkəmə sisteminin və ən qədim hüququ əmsalına görə, Amerika Birləşmiş Ştatlarının ən ali məhkəməsidir. Federal məhkəmə hakimiyyəti, Konstitusiya məhkəməsi və müxtəlif "alt məhkəmələrdən" ibarətdir. Konstitusiya Məhkəməsinin hakimləri Prezident tərəfindən ömürlük vəzifəyə təyin olunur və Senat tərəfindən təsdiq olunur. Hazırkı Amerika Birləşmiş Ştatlarının Başhakimi Con Q. Robertdir. Alt məhkəmələr arasında Kassasiya Məhkəmələri və Federal Bölgə Məhkəmələri yerləşir.
İlk Konqres ölkəni məhkəmə bölgələrinə ayırmış və hər bir bölgə üçün federal məhkəmələr qurmuşdur. O başlanğıcdan günümüzdəki quruluş ortaya çıxmışdır: Konstitusiya Məhkəməsi, 13 Kassasiya Məhkəməsi (Səyyar Məhkəmə və ya Apelyasiya Məhkəməsi olaraq da adlandırılır), 94 dairə məhkəməsi və iki xüsusi səlahiyyət sahəsi məhkəməsi. Konqres, Prezidentin razılığı ilə, Konstitusiya Məhkəməsindən aşağı məhkəmələri yenidən tənzimləyə və hətta ləğv edə bilmə səlahiyyətinə malikdir. Konstitusiyanın qoyduğu bir məhdudiyyət ilə, Konstitusiya Məhkəməsinin hakim sayını yalnız Konqres müəyyənləşdirə bilər.
Amerika Birləşmiş Ştatları Konstitusiya Məhkəməsi, "məhkəmə və münaqişələri" barədə hökm verir. Federal idarəetmə ilə bağlı məsələlərə, əyalətlər arasındakı münaqişələrə, Amerika Birləşmiş Ştatları Konstitusiyasının şərhi ilə bağlı məsələlərə baxır. Ümumiyyətlə, hakimiyyətin hər hansı bir səviyyəsində keçirilən qanunları və inzibati əməliyyatları konstitusiyaya uyğunsuz elan edə bilir, bu yolla qanunu etibarsız qılıb gələcək qanunvericilik və qərarlara presedent yaradır. Amerika Birləşmiş Ştatlarının Konstitusiyası qanunverici orqanına məhkəmə nəzarəti gücünü (bir qanunun konstitusiyaya zidd elan etmə gücünü) xüsusilə verməmişdir. Bu güc, Başhakim Marşal tərəfindən, Amerika hüquq tarixində bir dönüş nöqtəsi sayılan Marbury v. Medison (1803) adlı Konstitusiya Məhkəməsi işində irəli sürülmüşdür. İlk dəfə bu məhkəmədə bir qanunun konstitusiyaya zidd elan edilib ləğv edilmişdir. Amerika Birləşmiş Ştatları Konstitusiya Məhkəməsindən aşağı Amerika Birləşmiş Ştatları kassasiya məhkəmələri mövcuddur, onların aşağısında da Amerika Birləşmiş Ştatları bölgə məhkəmələri. Amerika Birləşmiş Ştatlarında bölgə məhkəmələri, federal hüquqla bağlı ümumi iclaslara baxan məhkəmələrdir. Həmçinin, bu məhkəmələr, iddiaçıların tək bir əyalətin vətəndaşı sayılmadığı bəzi münaqişələrə də baxırlar.
Ümumi mühakimə səlahiyyəti olan, yəni insanlar arasında cinayət işləri və hüquq işlərinə baxan üç hissəli federal məhkəmə var. Digər məhkəmələr, məsələn, Amerika Birləşmiş Ştatları iflas bankı və (bankruptcy courts) Vergi Məhkəməsi, sadəcə, müəyyən məhkəmə işlərinə baxan xüsusiləşmiş məhkəmələrdir. İflas bankları bölgə məhkəmələrinin aşağısında sayılırlar və buna görə də 3-cü Maddə çərçivəsində hesab olunmazlar. Bu səbəbdən onların hakimləri ömürlük vəzifə müddətinə malik deyillər və əmək haqlarını azaldılmasından konstitusion olaraq azad deyillər. Vergi Məhkəməsi də 3-cü Maddə məhkəməsi deyil (amma bir "Maddə 1 Məhkəməsi" sayılır).
Federal Bölgə Məhkəmələri, ittihamların Məhkəmə Qanunu (Amerika Birləşmiş Ştatları Qanunlar Toplusu Maddə 28) çərçivəsində dəyərləndirildiyi məhkəmələrdir. Bu məhkəmələrdə "federal məsələ mühakiməsi" (federal question jurisdiction), "müxtəliflik mühakiməsi" (diversity jurisdiction) və "tamamlanmamış məhkəmə" (pendent jurisdiction) əsasları ilə uyğun işlər açılır və qərara bağlanır. Bölgə Məhkəmələri həmçinin "yurisdiksiya" (removal jurisdiction) əsasına aid işlərə də baxırlar: Bu işlərdə əyalət məhkəməsində açılan bir iddianın müxtəliflik məhkəmə şərtlərini ödəyər və iddiaçılardan biri məhkəmə işini əyalət məhkəməsindən çıxarıb federal məhkəməyə qaldırar.
Amerika Birləşmiş Ştatları Kassasiya Məhkəməsi, bölgə məhkəmələri tərəfindən qərara bağlanmış işlər haqqındakı etirazlara baxar, həmçinin dövlət qurumlarından gələn şikayətlər və bəzi ara şikayətlərə (yəni bir məhkəmə işi başa çatmadan edilən şikayət ərizələrinə) baxar. Amerika Birləşmiş Ştatları Konstitusiya məhkəməsi kassasiya məhkəmələri və əyalət konstitusiya məhkəmələrinin qərarlarının şikayətlərinə baxır, həmçinin az sayda bəzi məhkəmə işlərində bilavasitə mühakimə səlahiyyəti vardır.
Qanunvericilik gücünün məhkəmə səlahiyyət dairəsi içinə girən mövzular aşağıdakılardır:
- Konstitusiyadan irəli gələn işlər
- Bir Konqres qanunu
- Bir Amerika Birləşmiş Ştatları sazişi
- Xarici ölkələrin Amerika Birləşmiş Ştatlarındakı səfirləri
- Elçilərə və konsullara təsir edən işlər
- Federal hakimiyyətin tərəf olduğu işlər
- Əyalətlər (və ya onların vətəndaşları) və xarici ölkələr (və ya onların vətəndaşları və ya tebaları) arasında münaqişələr
- İflas işləri
Bunlar hamısı "federal məsələ mühakiməsi" (federal-question jurisdiction) çərçivəsində sayılır. 11-ci Əlavə Maddə də, iddiaçıların bir əyalətin vətəndaşı, iddialının digər bir əyalətin hökuməti olduğu iddiaları federal məhkəmə səlahiyyətindən çıxarmışdır; Ancaq iddiaçının bir əyalət hökuməti, iddialının digər bir əyalət vətəndaşı olduğu işlərdəki federal məhkəmə rəsmisinə toxunmamışdır.
Federal məhkəmələrin gücü həm zərər təzminatı ilə bağlı hüquqi işlər, həm də federal qanundan irəli gələn cinayət işlərinə qədər uzanır. Üstünlük Şəraiti (Supremacy Clause) və III. Maddə arasındakı qarşılıqlı təsirlər nəticəsində, əyalət və federal məhkəmələr arasında mürəkkəb bir münasibət yaranmışdır. Federal məhkəmələr bəzən ştat məhkəmələrindən irəli gələn işlərə baxırlar, müxtəliflik mühakiməsi əsasından hərəkət edərək. Əyalət məhkəmələri federal qanunla bağlı bəzi məsələlərə baxırlar və bəzi federal hüquqlar, federal qanunlar nəticəsində əyalət məhkəmələrin səlahiyyətinə buraxılıb (məsələn, 1991 Telefon İstehlakçı Qoruma Qanunu kimi). Hər iki məhkəmə sisteminin müəyyən sahələrdə məhdudlaşdırılmış mühakimə səlahiyyəti, başqa sahələrdə isə birgə mühakimə səlahiyyəti var.
ABŞ Konstitusiyası, məhkəmə hakimiyyətinin müstəqilliyinin qorumaq üçün federal hakimlərin vəzifə başında olmaları üçün hökm oxuyar; praktikada, hakimlər ölənə, təqaüdçü olana və ya istefa edənə qədər vəzifədə qalarlar. Vəzifədə ikən cinayət törədən bir hakim, günahlandırma prosesinə (impeachment) tabe tutula bilər, Prezident və ya federal hökumətin bir digər rəsmisi kimi. ABŞ hakimləri Prezident tərəfindən təyin olunur və Senat tərəfindən təsdiq edilməlidirlər. Başqa bir konstitusiya müddəası, Konqres tərəfindən hakiminin maaşını azaltmağı qadağan edir (Konqres yeni vəzifəyə gətiriləcək hakimlərə daha aşağı əmək haqqı verilməsinə qərar verə bilər lakin mövcud hakimlərin maaşlarını azalda bilməz).
Əyalət və federal məhkəmələr arasındakı əlaqələr
redaktəYuxarıda sadalanan bu federal məhkəmə sistemindən başqa (lakin ondan tamamilə müstəqil olmayan), bir də əyalətlərin məhkəmə sistemləri var. Bunların hər biri, federal qanunlara əlavə olaraq (federal qanunların əsassızlığı əsas deyilsə) ştatın qanunları ilə maraqlanır və öz məhkəmə qayda və prosedurlarına malikdir. Əyalət rəhbərlikləri və federal hakimiyyət rəsmən "ikitərəfli hakim" (dual sovereigns) olsa da, Amerika Birləşmiş Ştatları Konstitusiya Məhkəməsi çox halda Əyalət Konstitusiya Məhkəmələrinin kassasiya məhkəməsidir (bunun istisnası, əyalət məhkəməsinin "yetərli və müstəqil əyalət dayağı doktrinanı" [[[doctrine of adequate and independent State grounds]]] irəli sürməsidir). Bu doktrinaya görə hər əyalətin Konstitusiya Məhkəməsi sözügedən əyalətin qanunlarını və konstitusiyasını açıqlamada son sözə malikdir. Əyalətlərin çoxu konstitusiyasının müddəaları Amerika Birləşmiş Ştatları Konstitusiyasının müddəaları ilə eyni səviyyədədir və "paralel" sayılırlar. Məsələn, bir əyalət konstitusiyasından irəli gələn fərdi məxfilik hüququ, federal bir məxfilik haqqından daha geniş olsa və bir məhkmədə, federal yox lakin bu əyalət məcəlləsindəki məxfilik hüququ, "müstəqillik" əsasına əsaslanaraq müdafiə edilsə, bu mövzudakı bir məhkəmə ən son mərhələdə əyalət konstitusiya məhkəməsində qərara bağlanır, Amerika Birləşmiş Ştatları Konstitusiya Məhkəməsi qarışmağı rədd edir.
Bir Əyalətin Konstitusiya Məhkəməsi, federal qanunlar haqqında yalnız Amerika Birləşmiş Ştatları Konstitusiya Məhkəməsinin hökümlərinə tabe olmaq məcburiyyətindədir amma öz razılığı daxilindəki hallar istisna olmaqla, əyalətin aid olduğu federal bölgədəki federal kassasiya məhkəmələrinin hökümləri ona aid edilə bilməz; hətta bu federal kassasiya məhkəmələri o əyalətin tərkibində olsa belə onların şərhi əyalət Konstitusiya Məhkəməsinə aid edilə bilməz, "ikitərəfli suverenlik" əsasından dolayı. Baxmayaraq, bir federal bölgə məhkəməsi əgər təkcə əyalət qanunları ilə bağlı bir iş görürsə (ümumiyyətlə, bu "müxtəliflik məhkəmə" hökümləri vəziyyətində baş verir), məhkəmənin yerləşdiyi əyalətə aid əsasa dair hüququnu tətbiq etməklə məsuldur. Bu öhdəlik, Erie Doktrinasının tətbiqindən irəli gəlir. Buna baxmayaraq, məhkəmə iclası Mülki Mühakimə üçün Federal Qanunlar (Federal Rules of Civil Procedure), Cinayət Mühakimə üçün Federal Qanunlar (Federal Rules of Criminal Procedure) və Dəlil üçün Federal Qanunlar (Federal Rules of Evidence) yeridərək aparılır, əyalət üsul qaydalarını tətbiq etmək əvəzinə. Yəni, müxtəliflik düşüncəsindən qaynaqlanan səlahiyyət hüququnu irəli sürən bir federal məhkəmə tərəfindən Erie Doktrinasının tətbiq etməsi, sadəcə əsasa dair hüququn izlənməsini məcburi edər amma (fərqli olan) üsula dair əyalət qanununu zəruri etməz. Birlikdə, federal və əyalət hakimiyyətlərinin qanunları Amerika Birləşmiş Ştatları Hüququnu əmələ gətirir.
Seçkilər və səs vermə
redaktəƏsas səhifə: ABŞ-də seçkilər
Səsvermə hüququ zaman ərzində əhəmiyyətli dərəcədə dəyişiklik keçirmişdir. Amerika Birləşmiş Ştatlarının ilk illərində səs vermə əyalət rəhbərliyi ilə bağlı idi və bu haqq adətən torpaq sahibi ağ dərili kişilər ilə məhdud idi. Birbaşa seçkilər başlıca Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatası və əyalət qanunverici orqanları üçün edilirdi, lakin seçicilər tərəfindən hansı orqanların seçildiyi əyalətdən əyalətə dəyişərdi. Bu orijinal sistemdə, Amerika Birləşmiş Ştatları Senatında hər bir əyaləti təmsil edən senatorlar, gəldikləri əyalətin qanunverici orqanı tərəfindən seçilirdi. 1913-cü ildə 17-ci Maddənin əyalətlərlə təsdiq olunmasından sonra Konqresin hər iki palatasının da üzvləri birbaşa seçildilər.
Günümüzdə, qismən 26-ci Əlavə Maddənin qəbulu sayəsində, Amerika Birləşmiş Ştatları vətəndaşlarının 18 yaşdan etibarən, irq, cinsiyyət və ya sərvətdən müstəqil olaraq, demək olar universal səs vermə hüququ vardır. Bunun tək istisnası məhbus ağır cinayətkarların səs vermə hüququnun olmaması və bəzi əyalətlərdə keçmiş məhbusların da səs vermə hüququ olmamasıdır.
Günümüzdə, Amerika Birləşmiş Ştatları torpaqları (territory) və Vaşinqton şəhərindəki federal bölgənin təmsili məhduddur: Kolumbiya Bölgəsi rezidentləri federal qanun və vergilərə tabedir amma Konqresdəki tək nümayəndələri səs verməyən bir nümayəndədir. Amerika Birləşmiş Ştatları territory-lərinin rezidentlərinin malik olduğu hüquqlar müxtəliflik göstərir; Məsələn, Puerto-Rikoda yalnız bəzi rezidentlər federal gəlir vergisi ödəyir (amma bütün rezidentlər digər bütün federal vergiləri ödəməklə vergi ödəyicisidir, idxal və ixrac vergisi, federal əmtəə vergisi və pensiya bonusları (Sosial Müdafiə bonusu və Medicare bonusu) kimi. "Yerli olaraq əsassız" olmayan federal qanunlar avtomatik olaraq Puerto-Rikoda "hakim qanun" (law of the land) sayılır, buna baxmayaraq, Puerto-Rikoluların Amerika Birləşmiş Ştatları Konqresində təmsili, səsvermə hüququ olmayan bir Resident Commissioner (rezident rəsmisi) tərəfindən aparılır.[8]
Əyalət və qəbilə idarələri, yerli hakimiyyətlər
redaktəƏsas səhifə: Amerika Birləşmiş Ştatlarının əyalət hökumətləri və Amerika Birləşmiş Ştatlarında yerli özünüidarəetmə
Əyalət rəhbərlikləri bir çox amerikalının gündəlik həyatında federal rəhbərlikdən daha böyük təsirə malikdir. Amerika Birləşmiş Ştatları Konstitusiyasının 10-ci Əlavə maddəsinə görə, əyalətlər və konstitusiya tərəfindən federal hakimiyyətə təslim edilməmiş bir qüvvənin onun tərəfindən istifadə edilməsini qadağan edir. Bunun nəticəsi olaraq, əyalətlər, öz hüquqi səlahiyyət sahələri içində yaşayan insanlar üçün ən vacib olan məsələlərlə məşğul olurlar. Əyalət rəhbərlikləri pul buraxma gücünə malik olmadıqları üçün fiskal və ya istiqraz çıxarma yolu ilə gəlir əldə edirlər. Bu səbəbdən, nə vaxt iqtisadiyyat zəifləsə, əyalət rəhbərlikləri ciddi büdcə ixtisarları həyata keçirir, bunun təsiri dövlət xərclərindən istifadə edən insanlar tərəfindən şiddətlə hiss edilir.[9]
Hər ştatın öz konstitusiyası, idarəetmə və qanunlar toplusu vardır. Əyalətlər arasında qanun və üsul baxımından bəzən böyük fərqlər ola bilər, xüsusən mülk, cinayət, səhiyyə və təhsil məsələlərində. Hər əyalətin seçilmiş ən yüksək vəzifəli rəsmisi qubernatordur. Hər əyalətdə eləcə də əyalətdəki seçiciləri təmsil edən bir qanunvericilik orqanı olur. Nebraska istisna olmaqla hər ştatdakı qanunverici orqanı iki palatalıdır. Bəzi əyalətlərdə konstitusiya və onun altındakı məhkəmələrin hakimləri xalq tərəfindən seçilir, digərlərində isə hakimlər federal sistemdə olduğu kimi təyin olunmaqla vəzifəyə alınır.
Worcester v. Georgia adlı Konstitusiya Məhkəmə işi nəticəsində hindu qəbilələri "yerli asılı millətlər" kimi sayılır. Bunlar federal hakimiyyətə tabe amma adətən və mümkün dərəcədə, əyalət hakimiyyətlərinin təsiri xaricində suveren rəhbərliklərdir. Gərək qəbilələrin gərək də əyalətlərin idarəetmə statusu günümüzə qədər yüzlərlə qanun, prezident fərmanı və məhkəmə qərarı ilə dəyişikliyə məruz qalmışsa da, Amerika Birləşmiş Dövlətləri tarixi boyu əyalət rəhbərlikləri və qəbilə rəhbərlikləri müxtəlif rəhbərliklər kimi tanınmağa davam etmişlər. Qırmızıdərili hökumətlərinin strukturu çox müxtəlifdir, müxtəliflik spektrinin bir ucunda, bütün qəbilə işlərinə nazir sadə bir assambleya, o biri ucunda isə böyük və mürəkkəb bürokratiya, bir neçə quruluşlu hakimiyyət orqanlarına qədər müxtəlif inzibati binalar mövcuddur. Qəbilələr öz hakimiyyətlərini yaratmaq gücünə malikdir: seçki ilə başa gələn qəbilə şurası, seçki ilə başa gələn qəbilə qurum sədri və ya dini olaraq təyin olunmuş liderlər (pueblolar vəziyyətində) hakimiyyətə gələ bilir. Qəbilə vətəndaşlığı (və səs vermə hüququ) ümumiyyətlə, qədim hindu nəslindən olan insanlarla məhdudlaşdırılmışdır amma qəbilələr istədiklərinə üzvlük verməkdə sərbəstdirlər.
Əyalətlərdə yerli hakimiyyətdən məsul olan qurumlar tipik olaraq, qəsəbə, şəhər və ya county komissiyaları, su əməliyyat bölgələri, yanğınsöndürmə əməliyyat bölgələri, kitabxana bölgələri və müəyyən bir bölgəyə təsir edən qanunlar hazırlayan bənzər idarəetmə bölmələrdir. Bu qanunlar yol, alkoqol satışı və heyvan baxımı kimi məsələlərə təsir edə bilər. Bir qəsəbə və ya şəhərin seçilmiş ən yüksək rəsmisi bələdiyyə sədri (mayor) - dur. Yeni İngiltərə bölgəsində qəsəbələr birbaşa demokratik şəkildə idarə edilirlər və bəzi əyalətlərdə, Rod-Aylend və Konnektikut kimi, county-lərin gücü çox az və ya heç yoxdur, sadəcə coğrafi adlandırmağa yarayırlar. Başqa bölgələrdə, county rəhbərliklərinin daha çox gücü var, bunların vergi toplamaq və qanun sanksiya təşkilatları edama etdirmək kimi məsuliyyətləri olur.
Həmçinin baxın
redaktəSədr
Məhkəmələr
- İflas bankları
- Kassasiya məhkəmələri
- Bölgə məhkəmələri
- Federal məhkəmələr
- Federal məhkəmə dövrü (Federal judicial circuit)
- Federal məhkəmə bölgəsi
- Konstitusiya məhkəməsi
Hüquq
Qurumlar
Qurumların çoxu icraya aiddir, bir neçə qanunvericilik və ya məhkəməyə məxsusdur.
Əyalətlər və torpaqlar (territory-ler)
Veb saytları və araşdırmalar
İstinadlar
redaktə- ↑ The Influence of State Politics in Expanding Federal Power,' Henry Jones Ford, 'Proceedings of the American Political Science Association, Vol. 5, Fifth Annual Meeting (1908)' Jstor.org Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine Retrieved on 17 March 2010
- ↑ "US House Official Website". 29 Aprel 2011 tarixində mənbəyindən arxivlənmişdir. Çıxış tarixi: 03 dek 2018.
- ↑ Kaiser, Frederick M. (2006-01-03). "Congressional Oversight" (PDF). Congressional Research Service. 27 dekabr 2014 tarixində mənbəyindən (PDF) arxivlənib. Çıxış tarixi: 05 dek 2018.
- ↑ ABŞ Kodeksi, 3 §§ 301–303
- ↑ Barack, Obama (2009-04-27). "Delegation of Certain Authority Under the National Defense Authorization Act for Fiscal Year 2008". Amerika Birləşmiş Ştatları. 27 Dekabr 2014 tarixində mənbəyindən arxivlənib. Çıxış tarixi: 2018-12-06.
- ↑ Goldstein, Joel K. (1995). "The New Constitutional Vice Presidency". Wake Forest Law Review. Winston Salem, NC: Wake Forest Law Review Association, Inc. 30 (505).
- ↑ Reynolds, Glenn Harlan (2007). "Is Dick Cheney Unconstitutional?". Northwestern University Law Review Colloquy. Chicago: Northwestern University School of Law. 102 (110).
- ↑ Ümumi inancın əksinə, Puerto-Riko rezidentləri Amerika Birləşmiş Ştatlarına federal vergiləri ödəyirlər: Gömrük vergiləri (bunların bir qismi sonra Puerto-Riko xəzinəsinə ekstradisiya edilir)(Bax. Department of the Interior, Office of Insular Affairs.), İdxal/ixrac vergiləri, Federal əmtəə vergiləri, İctimai təhlükəsizlik vergiləri (Bax. IRS.gov, (09.05.2019 tarixində mənbəyindən arxivləndi) vs.) ödəyər. Rezidentlər federal pensiya haqları ödəyir (yəni Sosial Təhlükəsizlik (Bax. IRS.gov (09.05.2019 tarixində mənbəyindən arxivləndi) və Medicare bonusları (Bax. Reuters.com (09.05.2019 tarixində mənbəyindən arxivləndi), bundan başqa, Puerto-Riko Komonvelt gəlir vergisi (Bax. Puertorico-herald.com (09.05.2019 tarixində mənbəyindən arxivləndi). Bütün federal personal, Bundan başqa, federal hökumət ilə işləyənlər, Amerika Birləşmiş Ştatlarına pul həvalə edəcək Puerto-Riko mərkəzli şirkətlər (Bax. Səhifə 9, sətir 1. (09.05.2019 tarixində mənbəyindən arxivləndi), və bəzi (Məsələn, Amerika Birləşmiş Ştatları hərbi üzvü olan Puerto-Riko rezidentləri, və Puerto-Rikodan başqa qaynaqlardan gəlir əldə edən Puerto-Riko rezidentləri) federal gəlir vergisi ödəyər. Bundan əlavə, gəlir vergisinin aşağı həddi Amerika Birləşmiş Ştatları vergi qanunundan fərqli olduğu və Puerto-Rikoda adambaşına gəlir qitədəki orta hesabla adambaşına gəliri aşağı olduğu üçün, Puerto-Rikoda gəlir vergisi ödəyən şəxs nisbəti, Amerika Birləşmiş Ştatları vergi qanunun adaya birbaşa həyata keçirilməsindən gözlənilə biləcək nisbətdən daha yüksəkdir. Bunun səbəbi "Puerto-Riko Komonveltinin məsuliyyətləri Amerika Birləşmiş Ştatları əyalətləri və yerli hakimiyyətindəkindən daha yüksəkdir" olaraq ifadə edilmişdir (Bax. GAO.gov (09.05.2019 tarixində mənbəyindən arxivləndi). Puerto-Riko rezidentləri Sosial Müdafiə fonduna pul yatırır, bunun nəticəsində Puerto-Rikolular təqaüdə çıxanda İctimai Təhlükəsizlik qazanclarına haqq sahibi olurlar. Ancaq, Əlavə təhlükəsizlik Gəliri (Supplemental Security Income, və ya SSI) almırlar (Puerto-Riko Komonvelti rezidentləri, Şimali Mariana Adaları Komonvelti və 50 əyalətin rezidentlərindən fərqli olaraq SSI ala bilməzlər. Bax. Socialsecurity.gov (09.05.2019 tarixində mənbəyindən arxivləndi), həmçinin adanın aldığı Medicaid fondu, ada bir Amerika Birləşmiş Ştatları əyaləti olsaydı alacağı məbləğin %15inden azdır. Medicare xidməti verən tibbi təşkilatlar Puerto-Rikodakı xidmətlərinə qarşılıq olaraq tipik bir əyalətdə alacaqlarından daha az dövlət tərəfindən özlərinə ödənir, Puerto-Rikolalılar normal səviyyədə ödəmə etmələrinə baxmayaraq. Hesablara görə (Bax. Eagleforum.org (09.05.2019 tarixində mənbəyindən arxivləndi), ada əhalisi ştatların yarısından çoxundan daha çox olduğu üçün, əgər Puerto-Riko bir əyalət olsaydı, Nümayəndələr Palatasında altı ilə səkkiz təmsilcisi olardı, Senatdakı iki təmsilciyə əlavə olaraq (Bax. Eagleforum.org (09.05.2019 tarixində mənbəyindən arxivləndi) [Verilən əlaqələrdən sonuncusu üçün bir sorğu keçirmək lazımdır. Sözügedən sənədin adı "House Report 110-597 - Puerto Rico Democracy Act of 2007". Bu addımların izlənməsi lazımdır: Thomas.gov (09.05.2019 tarixində mənbəyindən arxivləndi) > Committee Reports > 110 > "Word/Phrase" > "Report Number" seç - "597" yazın, Report Number yanına. Bu yolla "House Report 110-597 - Puerto Rico Democracy Act of 2007" sənədini əldə edəcəksiniz, Sonra İçindəkilər lövhəsindən "Background and need for legislation" hissəsini seçin.]). Digər bir yanlış qənaət, Amerika Birləşmiş Ştatları tərəfindən toplanan, Puerto-Rikodan emal edilən mallardan alınan idxal/ixrac vergilərinin tamamilə Puerto-Riko xəzinəsinə geri qayıtmasıdır. Bu doğru deyil, bu idxal ixrac vergiləri yalnız rom məhsulları üçün ekstradisiya edilir, onlarda belə Amerika Birləşmiş Ştatları Xəzinəsi bu vergilərin müəyyən bir qismini tutar (Bax. Yuxarıda göstərilən "House Report 110-597 - Puerto Rico Democracy Act of 2007").
- ↑ "A brief overview of state fiscal conditions and the effects of federal policies on state budgets" (PDF). Center on Budget and Policy Priorities. 2004-05-12. 10 Mart 2009-cu il tarixində mənbəyindən Arxivləşdirilib 2020-12-05 at the Wayback Machine (PDF) arxivləndi.
Daha çox oxumaq üçün
redaktə- "ABŞ Konstitusiyası" (PDF). ABŞ Beynəlxalq İnformasiya Proqramları Bürosu. 2004.
Xarici keçid
redaktə- USA.gov rəsmi ABŞ İdarəsi veb portal